/ / Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı ötən müddət ərzində böyük inkişaf yolu keçib
Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı ötən müddət ərzində böyük inkişaf yolu keçib
14.02.2017 [09:35]
Aydın Mirzəzadə: YAP Mingəçevir şəhər təşkilatı öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir
Fevralın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yaranmasından 24 il ötdü. 13 fevral 1993-cü il tarixində təsis edilmiş YAP Mingəçevir şəhər təşkilatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Şəhər təşkilatının ictimai-siyasi proseslərdə oynadığı rol, o cümlədən keçdiyi inkişaf yolu barədə suallarımızı YAP Mingəçevir şəhər təşkilatının ilk sədri olmuş, partiyanın Siyasi Şurasının üzvü, eləcə də siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə cavablandırıb.
- Aydın müəllim, 13 fevral 1993-cü il tarixində təsis edilmiş YAP Mingəçevir şəhər təşkilatının yaranması və ötən müddət ərzində keçdiyi inkişaf yolu barədə nə deyə bilərsiniz?
- Əvvəla onu qeyd edim ki, Mingəçevir şəhərinin inkişafında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi - müstəsna xidmətləri olub. 1969-cu ildə Azərbaycan Komminist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra Ulu öndər Heydər Əliyevin fəaliyyət istiqamətlərindən birini də respublikamızın əyalətlərində sənaye mərkəzlərinin yaradılması təşkil edib. Bu istiqamətdə ön sıralarda dayanan ərazilərdən biri isə Mingəçevir şəhəri olub. Şəhər ərazisində su elektrik stansiyasının, müasir tipli sənaye müəssisəsinin olması bunun üçün geniş imkanlar açıb. Beləliklə, həmin dövrdə, yəni 1974-cü ildə Mingəçevirdə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının tikintisinə başlandı. Stansiya 1981-ci il oktyabrın 21-də təhvil verildi, bununla da Azərbaycanın elektrik enerjisi potensialı 3 dəfəyədək artdı. Bununla yanaşı, bir çox sənaye müssəsisələri yaradıldı, həmçinin bu gün 20 min nəfərin yaşadığı Energetiklər qəsəbəsi salındı. Sonrakı dövrlərdə də şəhərin inkişafına xidmət edən mühüm addımlar atıldı. Həmin vaxt Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu işlər, həmçinin respublikanın tərəqqisinin sürətlənməsinə və xalqımızın daha yaxşı yaşamasına xidmət edən siyasət Mingəçevir sakinləri tərəfindən də rəğbətlə qarşılanmışdı. Məhz bu səbəbdən də ötən əsrin 90-cı illərinin əvvəlində Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıtması tələbi mingəçevirlilər tərəfindən də dəstəklənirdi. Təsadüfi deyil ki, 91 nəfər ziyalının 1992-ci il oktyabrın 16-da Ulu öndər Heydər Əliyevə müraciətindən, həmin ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsisi olunmasından sonra şəhərdə bir qrup ziyalı YAP Mingəçevir şəhər təşkilatının təşkilat komitəsini yaratdı. Təşkilat komitəsi qısa zaman ərzində şəhərin bir sıra yaşayış massivlərində, bir çox müəssisələrdə özək təşkilatlarını yaratmağa başladılar. 1993-cü ilin fevral ayının 13-də isə YAP Mingəçevir şəhər təşkilatının təsis konfransı keçirildi. Çətin bir dövrdə yaradılan şəhər təşkilatı fəaliyyətini Ümummilli liderin siyasi kursu, YAP-ın ana xətti əsasında qurdu. Sonrakı dövrlərdə YAP Mingəçevir şəhər təşkilatı partiyanın işində, eləcə də seçkilər və digər ictimai-siyasi kampaniyalarda fəal iştirak edərək həyata keçirilən işlərə öz töhfəsini vermiş oldu. Ümumiyyətlə, ölkəmiz üçün aktual məsələlər daima şəhər təşkilatının diqqətində olub, təşkilat öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. YAP Mingəçevir şəhər təşkilatı ötən müddət ərzində böyük inkişaf yolu keçib.
- Yeri gəlmişkən, YAP Mingəçevir şəhər təşkilatının hazırda ictimai-siyasi proseslərdə rolunu necə qiymətləndirirsiniz?
- Əminliklə deyə bilərəm ki, bu gün YAP Mingəçevir şəhər təşkilatı partiyanın avanqard region təşkilatlarından biridir. Şəhər təşkilatının fəaliyyətinin əsasını Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursunun dəstəklənməsi, partiyanın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi təşkil edir. Eyni zamanda, şəhər təşkilatı seçkilər və digər ictimai-siyasi kampaniyalarda uğurla iştirak edir, ümumi məqsədlərə və inkişafa xidmət edən ideoloji iş aparılır, gənclərin və qadınların potensialından səmərəli istifadə olunur. Təsadüfi deyil ki, Mingəçevir sakinləri də Yeni Azərbaycan Partiyasına üz tuturlar, partiyanın fəaliyyətini olduqca yüksək qiymətləndirirlər. Mən 1993-1999-cu illərdə YAP Mingəçevir şəhər təşkilatının sədri olmuşam, hazırda rayon ərazisində seçilmiş millət vəkili kimi fəaliyyət göstərirəm. Bu baxımdan, şəhər təşkilatının fəaliyyəti ilə bağlı məlumatlıyam və əminliklə deyə bilərəm ki, YAP Mingəçevir şəhər təşkilatı öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.
- Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası gənclərin və qadınların fəallığına böyük önəm verir. YAP Mingəçevir şəhər təşkilatında gənclər və qadınların təmsilçiliyi hansı səviyyədədir?
- YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi uğurlu fəaliyyət göstərir, qarşıya qoyulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası gənclərin və qadınların fəallığına böyük əhəmiyyət və dəstək verir. Qadınlar və gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi önəm verilir. Bu baxımdan, Mingəçevir şəhər təşkilatı da istisna deyil. Şəhər təşkilatını təmsil edən gənclər və qadınlar həm də ümumpartiya tədbirlərində fəal iştirak edirlər. Həmçinin gənclərin, qadınların yaradıcı ideyalarının reallaşmasında, inkişafa xidmət edən layihələrin həyata keçirilməsində şəhər təşkilatı öz dəstəyini nümayiş etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

