Siyavuş Novruzov: İsa Qəmbər “Müsavat”çı yox, bolşevikdir
02.02.2017 [10:24]
“O, “Düşüncə mərkəzi”nin yox, düşüncəsizlik mərkəzinin rəhbəridir ki, gəncləri düzgün olmayan yola çəkir”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsi:
- Bu gün (yəni dünən - red.) Milli Məclisdə xaricdən gecə zəngləri ilə bağlı çıxışınız diqqət çəkdi. Bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etmisinizmi?
- Axşamlar xaricdən müəyyən zənglər gəlir. Bu məsələ ilə aidiyyəti orqanlar məşğuldur. Əks istiqamətdə yığırsansa da, artıq o cavab vermir. Deyir ki, bu telefon söndürülüb. Xüsusən gecə yarısı belə zənglər olur. Nə məsələdirsə, bununla əlaqədar bir çox insanlar da mənə müraciət edir. Ona görə də parlamentdə bu məsələni qaldırdım. Eyni zamanda, aidiyyəti strukturlarla bununla bağlı söhbət aparmışam. Hazırda araşdırmalar gedir.
- Deputatlardan söz düşmüşkən, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi daxil edilib. Bu qanun layihəsinə nə dərəcədə ehtiyac var?
- Hələ mən Milli Məclisin İntizam komissiyasının sədri olan dövrdə Avropa təcrübəsini öyrəndik. Bu təcrübələr tədqiq olundu. İndi bu barədə yaxşı bir qanun layihəsi hazırlanıb, bununla bağlı beynəlxalq rəy də yaxşıdır. Məmurların, hətta bələdiyyə işçilərinin etik kodeksləri var, deputatların etik kodeksi olmalıdır. Düzdür, Milli Məclisin daxili Nizamnaməsində bu, öz əksini tapıb. Amma burada tək deputatların daxildəki fəaliyyətindən söhbət getmir. Şahidi oluruq ki, müəyyən insanlar daxildən kənarda da etikadan kənar hərəkətlərə yol verirlər. Təbii ki, ümumən Milli Məclisin, qanunverici orqanın adına ziyan gətirir. O baxımdan da “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi elə olmalıdır ki, hərtərəfli bu məsələlər tənzimlənsin. Vaxtilə mən İntizam komissiyasının sədri olanda çoxlu məktublar gəlirdi. Yazırdılar ki, filankəs filan yerdə filan hərəkəti etdi. Düzdür, bu, bizim səlahiyyətə daxil deyildi, biz Milli Məclisin daxilində buna nəzarət edə bilərdik. Amma bu qanun qəbul ediləndən sonra parlamentdən kənarda da bu məsələlər öz həllini tapacaq.
- Bu gün parlamentdə bəzi deputatların çıxışlarını da tənqid etdiniz. Bu, nə ilə bağlıdır?
- Məsələn, hansısa deputat deyir ki, Prezidentin komandası dəyişməlidir. Komandanın dəyişməsi Prezidentin səlahiyyəti çərçivəsindədir. Prezident məsləhət bilər, komandanı dəyişər. Çünki Prezident yenidən seçildiyi dövrdə hökumət buraxılır və təzədən hökumət formalaşır, təyinatlar olur. Kim işləyirsə, vəzifədə saxlanılır, kim işləmirsə, vəzifəsindən uzaqlaşdırılır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Biz parlamentli respublika deyilik, prezidentli respublikayıq. Parlamentin səlahiyyəti qanun qəbul etmək, qanunların icrasına nəzarət, beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil etmək, parlamentlərarası əlaqələrin qurulmasıdır. Kimsə yerindən durub deyirsə ki, komanda dəyişməlidir, axı bu, onun səlahiyyəti çərçivəsində deyil. Bu, Prezidentin səlahiyyətinə müdaxilə etməkdir. Yaxud bir başqası çıxış edir ki, mart ayında vitse-prezidentlər təyin olunacaq. Vitse-prezidentlərin mart ayında təyin olunacağını haradan bilirsən? Bu, bilavasitə Konstitusiya dəyişiklikləri ilə əlaqədar Prezidentin səlahiyyətinə daxil olan məsələdir. Prezident nə vaxt istəyəcək, o vaxt da vitse-prezident təyin edəcək. Axı sən münəccim deyilsən, bu məsələdə kimin, nə vaxt təyin olunacağı səninlə məsləhətləşilmir! Bunlar, sadəcə, mətbuatın gündəmində qalmaq üçün deyilən fikirlərdir. O baxımdan parlamentin iclasında bu məsələlərə toxundum ki, hər kəs öz yerini, səlahiyyətini bilsin. Yaxud bir digər deputat deyir ki, parlament işləmir. Əgər işləmirsə, parlamentdə niyə oturmusan, niyə əməkhaqqı, mükafat alırsan?! Seçki vaxtı dəridən-qabıqdan çıxırsan ki, deputat seçiləsən, amma seçildikdən sonra parlamentin işləmədiyini söyləyirsən. Sual olunur ki, həmin deputat indiyə qədər neçə qanun layihəsi təqdim edib? Ona görə də hər kəs oturduğu kresloya hörmətlə yanaşmalıdır.
- Parlamentdə çıxışınızda düzgün maliyyə hesabatı verməyən müxalif siyasi partiyalarla bağlı məsələyə toxundunuz. Ümumiyyətlə, etik davranış normaları baxımından müxalifəti necə qiymətləndirərdiniz?
- Müxalifət parlament və parlamentdənkənar müxalifətə bölünür. Bir də xarici dövlətlərə işləyən müxalifət partiyaları var. Onlar yalnız xaricdən tapşırıq aldıqda hərəkətə keçirlər. Bir məqamı qeyd edim. Bir neçə gün əvvəl Prezident Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası, məcburi köçkünlərin o kəndə qayıdışı ilə bağlı Sərəncam imzaladı. Dövlət başçısı, Ali Baş Komandan Silahlı Qüvvələrin Bakıdakı N saylı hərbi hissəsində yeni qərargahın açılışında da iştirak etdi, hərbçilərlə görüşdü. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Daha sonra regionların sosial-iqtisadi inkişafına həsr edilmiş konfrans keçirildi, hər bir sahənin inkişafı ilə bağlı konkret tapşırıq və göstərişlər verildi. Bütün bunlar erməniləri və Azərbaycanda olan bir neçə daxili müxalif qüvvələri narahat edir, ikisi də eyni vaxtda işləyir. Görürsünüz ki, beynəlxalq təşkilatlardan “Human Rights Watch” Azərbaycanda insan hüquqlarının pis olduğu iddia edilən bir bəyanat da yaydı. Çünki Azərbaycanı istəməyən qüvvələrin hamısı eyni mənbədən idarə olunurlar. Ardınca da İsa Qəmbər narkotik vasitə qəbul edən iki nəfəri “milli qəhrəman” adlandırdı. Milli Qəhrəmanlar Lələtəpə uğrunda döyüşlərdə həlak olanlar, döyüşənlər, xəsarət alanlardır. Yoxsa öyrədilib, narkotik vasitə qəbul edib, nalayiq hərəkət edənlər deyil. Bu iki nəfəri “milli qəhrəman” elan edib, gəncləri qızışdırıb ortaya salmaq insan ləyaqətindən tamamilə kənardır. Çünki İsa Qəmbərin işi, əməli bundan ibarətdir, ömrü boyu belə işlərlə məşğul olub. Diqqət yetirin, Ümummilli lider hakimiyyətə gələndən sonra 14 amnistiya aktı, 70-dən artıq əfv Sərəncamı olub. İsa Qəmbər isə ay yarım ərzində 7 nəfərin güllələnməsi ilə bağlı qərara imza atıb. İsa Qəmbərin hərəkəti “müsavat”çılıq yox, bolşeviklikdir, o, Stalin yolu gedir. Düzdür, Stalin böyük şəxsiyyətdir, İsa Qəmbəri onunla müqayisə etmək də doğru deyil. Ancaq bolşevizmi təbliğ etmək tamam başqa məsələdir. Vaxtı ilə Gəncənin bombalanması ilə bağlı İsa Qəmbərin tapşırıq verməsi də bu bolşevik təfəkküründən qaynaqlanır. 20 Yanvar 1990-cı ildə insanlar istilaçılara qarşı mübarizə aparanda İsa Qəmbər qaçıb Yusif Səmədoğlunun evində gizlənmişdi. Özü də guya “Düşüncə mərkəzi”nin rəhbəridir. Düşüncəsizlik mərkəzinin rəhbəridir ki, gəncləri düzgün olmayan yola çəkir. İsa Qəmbər bir dəfə də olsun o gənclərin valideynlərinə, özlərinə baş çəkibmi?! Qızışdırıb ortaya salsın, məsələ beynəlxalq məruzələrdə getsin, Azərbaycan haqqında hər hansı mənfi rəy yaransın. Yaxud Əli Kərimli xaricdən maliyyə alır, müəyyən insanların adlarını siyahıya salır ki, guya həmin insanlar Azərbaycan dövləti tərəfindən sıxışdırılır. Kim xaricdən sığınacaq almaq istəyir, gətirib Əli Kərimliyə pul verir. Əli Kərimli də bir möhür vurub, onları xaricə yola salmaqla məşğuldur. Budur bunların xisləti, əməlləri! Bu əməlləri Azərbaycan xalqı da görür. Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, Onunla birlikdədir. Xalq-iqtidar birliyi mövcuddur, Azərbaycanda ictimai sabitlik var.
Xəbər lenti
Hamısına baxSiyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13

