/ / Qalib İsrafilov: ATƏT DTİHB-nin direktoru ona verilmiş mandat çərçivəsində Azərbaycana münasibətdə səlahiyyətlərini kobud şəkildə aşıb
Qalib İsrafilov: ATƏT DTİHB-nin direktoru ona verilmiş mandat çərçivəsində Azərbaycana münasibətdə səlahiyyətlərini kobud şəkildə aşıb
22.09.2015 [10:20]
AZƏRTAC-ın xüsusi müxbiri Azərbaycan Respublikasının ATƏT-dəki daimi nümayəndəsi Qalib İsrafilovdan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktorunun Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi ilə bağlı müsahibə götürüb. Müsahibəni təqdim edirik:
- Bildiyiniz kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina edib. Azərbaycanın DTİHB direktorunun qərarına münasibəti necədir və bu məsələ ATƏT-də hər hansı bir formada müzakirə edilibmi?
- Bu məsələ ATƏT-də müzakirə edilib. Məsələ ilə əlaqədar ölkəmizin münasibəti ATƏT Daimi Şurasının sentyabrın 17-də keçirilmiş iclasında səsləndirilib. Azərbaycan Respublikasının ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatı Vyanadakı səfirliyin internet və Twitter səhifələrində yerləşdirilib (azembassy.at). Ümumilikdə isə deyə bilərəm ki, Azərbaycan rəsmi şəkildə ATƏT DTİHB direktorunun öz mandatını aşdığını, ATƏT-ə üzv dövlətin suveren hüququnu pozduğunu və təşkilatın ruhuna zidd, qeyri-konstruktiv yanaşma nümayiş etdirdiyini bildirib, ATƏT sədrini və Daimi Şuranın üzvlərini DTİHB direktoru Linkin səlahiyyəti məsələsinə baxmağa çağırıb.
- Bu çox ciddi ittihamların arxasında duran əsaslı faktlar nədən ibarətdir?
- Bildiyiniz kimi, Azərbaycan hökuməti noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bir sıra beynəlxalq təsisat və təşkilatların müşahidəçilərini, o cümlədən ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq DTİHB-i dəvət edib. Bu il avqustun əvvəlində Bakıya səfər etmiş DTİHB ekspert missiyası üçün hökumət hər cür şərait yaradıb, ekspertlər bir neçə gün ərzində müxtəlif görüşlər keçirib və seçkiqabağı vəziyyət üzrə öz rəy və tövsiyələrini əks etdirən hesabatı ATƏT-də yayıb. Azərbaycan tərəfi DTİHB ekspertlərinin bir neçə rəy və tövsiyələrinin reallıqdan kənar olduğunu bildirib, onları yenidən nəzərdən keçirməyə və ölkəmizin ATƏT-dəki daimi nümayəndəliyi ilə məsləhətləşməyə dəvət edib. Təəssüf ki, DTİHB direktoru Azərbaycanın narahatlıqlarını nəzərə almayıb və heç bir tərəf ilə məsləhətləşmədən, müəyyən qüvvələrin təsiri altında özbaşına seçki müşahidəsindən imtina haqqında qərar qəbul edib.
- DTİHB direktorunun birtərəfli qaydada qəbul etdiyi bu qərar ATƏT qaydalarına və daşıdığı mandata ziddir, elə deyilmi?
- Tamamilə zidd xarakter daşıyır. İlk növbədə, DTİHB direktoru ona verilmiş mandat çərçivəsində səlahiyyətlərini kobud şəkildə aşıb. DTİHB ATƏT-ə üzv dövlətlərin öhdəliklərinin yerinə yetirilməsi məsələləri üzrə ATƏT-də qərar qəbuledici səlahiyyətə malik deyil. O, yalnız ATƏT-in Daimi Şurasında məşvərətçi qurum kimi iştirak edə bilər. ATƏT-in Budapeşt sammitinin 1994-cü il mandatına uyğun olaraq, DTİHB direktoru üzv dövlət ilə bağlı hər hansı mübahisəli məsələ yarandıqda ATƏT sədrliyi ilə sıx məsləhətləşməli və sonra həmin məsələni ATƏT Daimi Şurasına məruzə etməlidir. Lakin DTİHB direktoru bu prosedura riayət etməyib, özbaşına və müəyyən qüvvələrin təsiri altında qərar qəbul edib və bununla mandatını pozub. İkinci problem DTİHB-in seçki müşahidəsi ilə bağlı roluna aiddir. ATƏT-in 1992-ci il Helsinki sənədinə uyğun olaraq DTİHB-in üzərinə ATƏT üzv dövlətlərinə öhdəliklərin yerinə yetirilməsi üçün onlara yardım etməsi vəzifəsi həvalə olunub. DTİHB direktoru isə bir tərəfdən ATƏT-ə üzv dövlətin narahatlıqlarını nəzərə almaqdan imtina edir, digər tərəfdən də mübahisəli rəy üzrə ATƏT sədrliyi və Azərbaycan ilə məsləhətləşmələrdən boyun qaçırır. DTİHB-in bu cür yanaşması həm ATƏT-in əməkdaşlıq və dialoq ruhuna ziddir, həm də ATƏT üzv dövlətini təşkilatın icraçı qurumundan gözlədiyi dəstəkdən məhrum edir və onun suveren hüququnu pozur. Beləliklə, DTİHB direktorunun bu kimi fəaliyyəti və qərarı nəticəsində təşkilat bir sıra xoşagəlməz fəsadlarla və presedentlə üzləşib.
- DTİHB ekspertlərinin rəy və tövsiyələri ilə bağlı Azərbaycanın narahatlıqları nədən ibarətdir?
- DTİHB ekspertlərinin Azərbaycanda keçirilmiş ikigünlük görüşləri əsasında ümumiləşdirilmiş şəkildə verdiyi seçkiqabağı qiymətləndirmələr və xüsusilə seçkilərin müşahidəsi üçün təklif olunmuş 400-ə yaxın qısamüddətli və uzunmüddətli beynəlxalq müşahidəçinin sayı Azərbaycan tərəfində bir neçə sual doğurur. Müqayisə üçün bildirim ki, 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində tərəfimizdən DTİHB ilə aparılmış məsləhətləşmələr nəticəsində Azərbaycana 280-ə yaxın müşahidəçi göndərilmişdi. ATƏT-ə üzv olan digər dövlətlərdə keçirilmiş seçkilərə nəzər yetirsək, DTİHB Rusiyaya 260 nəfər, Belarusa 310 və Tacikistana 170 nəfər tövsiyə etmişdi. Əlli milyon əhalisi olan Ukraynaya 600, 9,5 milyon əhalisi olan Azərbaycana isə 400 müşahidəçinin göndərilməsi məntiqi hansı metodologiyaya əsaslanır? Bu rəqəmləri, eləcə də parlament seçkilərinə digər beynəlxalq qurumların və ATƏT üzv dövlətlərinin müşahidəçilər göndərmək marağını nəzərə alsaq, Azərbaycan seçkilərin müşahidəsi məqsədilə DTİHB tərəfindən Milli Məclisin 125 üzvünün seçilməsi üçün rasional sayda müşahidəçi göndərməyi gözləyirdi. Mahiyyət etibarilə, Azərbaycanda mövcud 125 seçki dairəsi üzrə 125 müşahidəçinin göndərilməsi normal və məntiqi yanaşmadır. Digər problemli bir məqam DTİHB direktorunun öz seçki metodologiyasını müzakirə etməkdən boyun qaçırması və onun ATƏT üzv dövlətlərinə öhdəlik kimi təqdim edilməsidir. Ümumiyyətlə, DTİHB-in fəaliyyətində son zamanlar müşahidə olunan bu cür problemli yanaşmalar çoxdur və onları bir-bir müzakirə etməyin və müvafiq ölçü götürməyin vaxtı çatıb.
ATƏT üzv dövlətlərinin bərabərliyi və suveren hüquqları, eləcə də onların təşkilatın icra qurumlarından əsaslı gözləntiləri təmin edilməlidir.
ATƏT-in Daimi Şurasının sonuncu iclasında məsələ ilə əlaqədar müzakirələr aparılan zaman bir sıra dövlətlər fəaliyyətdə olan sədr tərəfindən tərəflərlə məsləhətləşmələr apararaq məqbul variantın tapılmasına dair çağırışlar ediblər. Ümid edirik ki, Serbiyanın ATƏT-dəki sədrliyi maraqlı tərəflərlə məsləhətləşmələr aparacaq və nəticələr üzrə münasib çıxış yolu təklif edəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

