Siyavuş Novruzov: Onlar çalışırdılar ki, Azərbaycan-NATO münasibətlərinə xələl gətirsinlər
24.06.2014 [09:50]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, Qəbələdə iki günlük V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb. Ümumiyyətlə, Forumun əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Hesab edirəm ki, bu forum çox böyük əhəmiyyətə malikdir. Forumda müxtəlif məsələlər - qarşılıqlı biznes, iqtisadi-siyasi, eləcə də regionların bir-biri ilə olan əlaqələri müzakirə olunur. Təbii ki, bu da hər iki tərəfdən olan insanların bir-birinə yaxınlaşmasına xidmət edir. İki gün ərzində tədbir çərçivəsində bir sıra məsələlər müzakirə olunur ki, həmin məsələlər də hər iki ölkə üçün öz vacibliyi ilə seçilir. Hesab edirəm ki, bu tip forumlar gələcəkdə də davam etdirilməlidir.
- Bu yaxınlarda NATO Parlament Assambleyasının Bakıda seminarı keçirildi. Amma təəssüf ki, ermənilər hər yerdə olduğu kimi, ölkəmizdə də təxribat törətməyə çalışdılar. Sizcə, onların Bakıya səfərlərində əsas məqsədləri nə idi?
- Əslində, erməni deputatların Bakıya gəlişi təxribata hesablanmışdı. Onlar çalışırdılar ki, Azərbaycan-NATO münasibətlərinə xələl gətirsinlər. Erməni deputatlar NATO Parlament Assambleyasının Bakıda keçirilən seminarında iştirakları zamanı müxtəlif təxribatçı addımlar atır, yalanlara, böhtanlara yol verərək, Azərbaycan dövləti, Dağlıq Qarabağ münaqişəsi haqqında, o cümlədən, ölkəmizlə bağlı digər məsələlərə dair əsassız fikirlər söyləyirdilər. Onların səsləndirdikləri iftiraların da əsas mənbəyini Azərbaycanda olan bəzi qeyri-hökumət təşkilatları və müxalifətdə olan bir sıra siyasi partiyalar təşkil edir. Yəni həmin erməni deputatlar çıxışlarında hər bir istinadlarını bu qurumlarla bağlayır və onlara əsaslanırdılar. Lakin onlar nə qədər çalışsalar da, Azərbaycanda heç bir təxribat baş tutmadı. Əksinə, Bakıya 20 dövlətdən gələn 60-a yaxın nümayəndə də gördü ki, azərbaycanlılar çox dözümlülük göstərirlər və onların heç bir provakasiyasına uymurlar.
Yəni, erməni deputatlar çalışırdılar ki, biz tərəfdən onlara qarşı hər hansı bir kəskin reaksiya olsun, amma bu baş vermədi. Əksinə, onlar getmək istədikləri yerdə tam azad idilər. Bir sözlə, onların öz ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla bağlı verdikləri təxribat xarakterli bəyanatların heç bir əsası yoxdur. Hesab edirəm ki, onların Azərbaycanda və öz ölkələrində vəziyyətlərinin necə olduğu bir daha dünya ictimaiyyətinə sübut olundu.
- Siyavuş müəllim, iyunun 28-dən iyulun 2-dək Bakıda ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası keçiriləcək. Həmin sessiyadan gözləntilər nədən ibarətdir?
- ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının Azərbaycanda keçirilməsinin özü çox böyük hadisədir. Bildiyiniz kimi, 600-dən yuxarı nümayəndə həmin sessiyada iştirak edəcək. Bununla belə, baş tutacaq sessiyada ATƏT-in qarşıya qoyduğu məsələlər var. Hətta biz tərəfdən də belə bir məsələ qoyulub ki, ATƏT-in Minsk qrupunun həmsədrləri 20 il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı işləri gördükləri ilə bağlı hesabat versinlər. Məsələn, ötən dəfə ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri olan Metyu Brayzaya sual olunanda ki, bu 20 il ərzində nələr etmisiniz, o dedi ki, biz yalnız Azərbaycan və Ermənistanın bir stol arxasında əyləşməyini təşkil etmişik. Əgər ATƏT-in Minsk qrupunun fəaliyyəti bundan ibarətdirsə, o zaman buna ehtiyac yoxdur. Bu baxımdan hesab edirəm ki, burada müzakirə olunacaq məsələlər çox ciddi olacaq. Təbii ki, burada Rusiya-Ukrayna məsələləri də müzakirəyə çıxarılacaq.
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

