Azərbaycanın parlament diplomatiyası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır
07.06.2014 [11:10]
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun AzərTAc-ın müxbirinə müsahibəsi
- Sizin başçılıq etdiyiniz parlament nümayəndə heyəti iyunun 4-5-də Rusiyanın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olmuşdur. Bu səfərin nəticələri barədə nə deyə bilərsiniz?
- İlk növbədə qeyd etməliyəm ki, Rusiya Dövlət Dumasının dəvəti ilə təşkil edilmiş bu səfər çox uğurlu oldu. Bildiyiniz kimi, səfər çərçivəsində biz Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Sergey Narışkin və Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozinlə görüşdük.
Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin və parlamentlərarası əməkdaşlığın dinamik inkişafı qeyd edilmişdir. V.Matviyenko vurğulamışdır ki, Azərbaycan ilə Rusiyanın hərtərəfli əlaqələri strateji xarakter daşıyır. Yüksək səviyyədə siyasi dialoq bütün sahələrdə münasibətlərin dərinləşməsinə müsbət təsir göstərir. Görüşdə Rusiyanın ayrı-ayrı regionları ilə Azərbaycanın əməkdaşlığı mövzusuna da toxunulmuşdur. Bununla əlaqədar, Volqoqradda keçirilən regional forumun uğurlu olması qeyd edilmişdir. Bildiyiniz kimi, növbəti regionlararası forumun bu ayın axırlarında Qəbələ şəhərində keçirilməsi planlaşdırılır.
Söhbət zamanı Valentina Matviyenko Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda Beynəlxalq humanitar forumların keçirilməsini yüksək qiymətləndirmişdir. Məlumdur ki, Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Görüşdə iki dövlət arasında əlaqələrin və strateji tərəfdaşlığın yüksək səviyyəyə çatmasında Azərbaycanın və Rusiyanın dövlət başçılarının rolu vurğulanmışdır.
Qeyd edilmişdir ki, siyasi, mədəni və humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənir. Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dollarına çatmışdır. Azərbaycanda tədrisin rus dilində aparıldığı 300-ə yaxın ümumtəhsil məktəbi, Moskva Dövlət Universitetinin Bakı filialı, Slavyan Universiteti fəaliyyət göstərir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin gələcək inkişafında parlamentlərin rolu xüsusi qeyd edilmişdir.
Biz təkcə ikitərəfli formatda deyil, həm də MDB Parlamentlərarası Assambleyası, digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşdə həmkarım qeyd etdi ki, parlamentlərarası əlaqələr iki dövlət arasında böyük siyasi dialoqun tərkib hissəsidir. O, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafında qanunvericilik orqanlarının rolunu xüsusi qeyd etmiş, parlamentlərarası əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğunu vurğulamışdır. Dövlət Dumasının sədri Rusiya tərəfinin Azərbaycan ilə strateji tərəfdaşlığın möhkəmlənməsində və genişlənməsində maraqlı olduğunu təsdiqləmişdir.
Mən də öz növbəmdə, Azərbaycan-Rusiya dövlətlərarası əlaqələrin yüksək səviyyədə olmasını qeyd etdim. Bildirdim ki, Azərbaycanda Rusiya ilə dostluq, mehriban qonşuluq münasibətlərinə çox böyük əhəmiyyət verilir, bu münasibətlər bizim xarici siyasi fəaliyyətimizin prioriteti hesab edilir.
Bu ayın axırlarında Bakıda ATƏT-in Parlamentlərarası Assambleyasının 23-cü illik sessiyası keçiriləcəkdir. Həmin sessiyada Rusiya nümayəndə heyətini görməyə şad olardıq.
Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozinlə görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Adları çəkilən bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunuldu. Mən qeyd etdim ki, bu problem ölkəmizin inkişafı, regionda sülhün və sabitliyin bərpa edilməsi yolunda ciddi maneədir. Təəssüf ki, Azərbaycan bu problemin həllində ikili standartlarla üzləşir. Biz əminik ki, beynəlxalq təşkilatlar bu münaqişənin həlli üçün səylərini fəallaşdıracaqlar.
- Aparıcı informasiya agentliklərindən birinin Dövlət Dumasının sədri cənab Narışkinlə Sizin görüşünüzün yekunları barədə məlumatının sərlövhəsində göstərilmişdi ki, guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycan Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyəcəkdir.
- Bəri başdan qeyd edim ki, sizin dediyiniz məlumatın sərlövhəsində səhvə yol verilmişdi. Yeri gəlmişkən, həmin informasiya agentliyi bu məlumatın sərlövhəsinə dəyişiklik etmişdir. Üstəlik, ATƏT-in Parlament Assambleyasının sessiyasının gündəliyi hələ təsdiq edilməmişdir.
Əlbəttə, Ukraynada baş verən hadisələr bizi çox narahat edir. Biz Rusiya tərəfinin narahatlığını da başa düşürük. Belə məsələlərdə Azərbaycan həmişə münaqişələrin beynəlxalq hüquq çərçivəsində dialoq yolu ilə həll edilməsinin tərəfdarı kimi çıxış edir. Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın da ərazi bütövlüyünü tanıyırıq.
Rusiya ilə qarşılıqlı maraqlar baxımından mövqelərin yaxınlaşması məsələsinə gəldikdə isə, qeyd etmək istəyirəm ki, Azərbaycan və Rusiya parlamentariləri beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq edirlər. İki və ya daha artıq dövlətin nümayəndələrinin öz milli mənafelərinə uyğun olaraq vahid mövqedən çıxış etməsi beynəlxalq təcrübədə adi haldır.
Bir daha təkrar edirəm, Azərbaycanın parlament diplomatiyası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu, beynəlxalq parlament strukturlarının tədbirlərində dəfələrlə qeyd edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37

