“Elə səhnələr olub azərbaycanlı olduğum üçün məni ora dəvət ediblər”
27.05.2025 [09:58]
Müsahimiz Polşada yaşayan azərbaycanlı musiqiçi, tenor Tərlan Şahbazidir.
- Tərlan müəllim, fəaliyyətinizdən danışardınız, Polşada hansı işlər görürsünüz?
- Hazırda öz vokal sənətimi davam etdirirəm. Bu günə kimi bu ölkədə 8 il ərzində müxtəlif konsertlərdə, festivallarda iştrak etmişəm. Musiqi elə bir sənətdir ki, istənilən saatda məşğul olmaq istəyirsən. Polşada şəhərdən kənarda yaşadığımdan özümə daha rahat şərait qurmuşam. Çünki insan şəhərdə yaşayanda əlavə işlərlə daha çox məşğul olur və sənətə vaxt ayıra bilmir.
- Belə çıxır ki, vaxtınızı sırf sənətə ayırmaq üçün şəhərdən kənarda yaşamağı üstün tutmusunuz?
- Xeyr, bu, məndə təsadüfən alındı. Düzdür, əvvəllər çox darıxdırıcı idi, lakin nəticədə sənətimlə daha çox vaxt keçirmək imkanın yaranıb.
- Maraqlıdır, niyə məhz Polşa?
- Uzun müddət Moskvada yaşadım. 2017-ci ildə Rusiyadan qayıtdıqdan sonra müvəqqəti olaraq Polşaya getməyi düşündüm. Orada dost- tanışlarım çox idi. Elə vəziyyət yarandı ki, həyatımı orda davam elətdirməli oldum. İlk vaxtlarda müəyyən çətinliklərlə üzləşdim, hər şey zamanla həll olundu. Uzun illərdir artıq öyrəşmişəm. Azərbaycana tez tez gəlirəm. Gəlməyəndə Vətən üçün darıxıram.
- Polşada sizə hansı təkliflər olunur?
- Hər kəs ölkəsini öz sənəti ilə təmsil etməlidir. Elə səhnələr olub sırf azərbaycanlı olduğum üçün məni dəvət ediblər. Bir müddət öncə azərbaycanlı olduğumu öyrənən bir sənət adamı iş birliyi həyata keçirməyi təklif etdi. Bizim adət-ənənələrimizi özündə əks etdirən bir layihə üzərində işləməyi düşündük. Klassik konsertlər keçirdik, digər tədbirlərə hazırlıqlar getdi. Təəssüf ki, həmin xanım ağır xəstələndiyindən layihəmiz yarımçıq qaldı. Hətta planım həmin layihəni ölkəmizdə də davam etdirmək idi.
- Razılaşırsınızmı ki, ölkəmizdə klassik musiqiyə maraq elə də çox deyil, insanlar bayağı musiqiləri izləməyi daha çox üstün tuturlar. Polşada vəziyyət necədir?
- Orada da var belə hallar, lakin əvvəlki illərə nisbətən dəyişiklik hiss edirəm. Musiqini uşaq yaşlarından düzgün şəkildə təbliğ etmək lazımdır. Valideynlərimə minnətdaram ki, məni bu sahəyə yönləndirdi. Bunu hər zaman vurğulayıram. Atam daha çox avropasayağı musiqiləri dinlətdirirdi bizə, həmin musiqilərin zövqünü hələ də özümdə hiss edirəm.
- Tərlan müəllim, musiqi sahəmizdəki sənətkarlarla bağlı hansı xatirələriniz var?
- Bizdə o zamanlar gözəl bəstəkarlar çox idi. Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Elza İbrahimova və digərləri bir-birindən gözəl əsərlər yaradırdı. Hamısı da indiyə qədər dinlənilir. Rauf Atakişiyevi, Rəşid Behbudovu Tofiq Quliyevi yaxından tanıyırdım. Tofiq Quliyevlə bağlı bir çox xatirələrim var. Həddindən artıq dəyərli və səmimi adam olub. Həm bəstəkar, həm də bir insan kimi dahi şəxsiyyət olub mənim üçün. Bir çoxlarından fərqli olaraq onun insani cəhətləri çox idi.
- Siz həm də filmlərdə aktyor olaraq rol almısınız.
- Bəli, filmlər Rusiyada yaşadığım illərə təsadüf edir. Alman rejissoru Burhan Kurbanin kriminal janrında “NO BEST SO FİERCE” filmində də epizotik rolda “Qanqster” obrazını, “Yasmin” serialında qızıl dükanın sahibi Rəcəb obrazını canlandırmışam.
- Sizin bu sənətə yüksəlməyinizdə kimlərin rolu daha çox olub?
- Anam və atamı ilk olaraq qeyd etmək istəyərdim. Nəslimizdə musiqi ilə məşğul olan yeganə adam mənəm. Onlar tələbkar olduğu üçün mən gəlib bura qədər çıxmışam. Onlardan əlavə öz müəllimlərimə də dərin təşəkkürümü bildirirəm ki, mənə sənətin sirlərini öyrədiblər. Sənət müəllimim Kaludi Kaludov, Kalisz filarmoniyasının dirijoru Ruben Silva və digər sənət adamlarına minnətdaram.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Sənətlə bağlı planlar çoxdur. Ölkəmizdən təkliflər gəlir, onları hələ qeyd etmək istəmirəm. Polşada konsertlərim gözlənilir. Varşavada musiqişünas təhsilimi davam etdirdim, eyni zamanda musiqi meneceri olaraq da fəaliyyət göstərirəm. Düşünürəm ki, hər kəs öz sahəsini hərtərəfli öyrənməlidir.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

