Yeni Azərbaycan Partiyası İCAPP-da aparıcı rol oynayır
02.08.2013 [09:55]
Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Asəf müəllim, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti bu günlərdə Kambocada səfərdə olub. Bu səfər hansı məqsəd daşıyırdı?
- Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin tərkibinə partiyanın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və mən daxil idim. Qeyd edim ki, iyulun 28-də Kambocada parlament seçkiləri keçirildi. Dünya praktikasında nüfuzlu beynəlxalq təşkilatların ölkələrdə keçirilən seçkiləri müşahidə etməsi ənənəvi haldır. Bu mənada Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) Kambocada keçirilən parlament seçkilərini müşahidə etməyə dəvət olunmuşdu. Bu fakt bir daha İCAPP-ın oturuşmuş, beynəlxalq müstəvidə özünü təsdiq etmiş təşkilat olduğunu sübut edir. YAP nümayəndə heyəti də İCAPP-ın müşahidə missiyasının tərkibində Kambocada keçirilən seçkiləri izlədi. Yəni bu ölkəyə səfərin məqsədi parlament seçkilərini müşahidə etməkdən ibarət idi. Onu da bildirim ki, bu seçkiləri digər nüfuzlu təşkilat olan CAPDİ ilə əməkdaşlıq şəratində izlədik. YAP nümayəndə heyətinin təşkilatın müşahidə missiyasının tərkibində yer alması təsadüfi deyil. Çünki partiyamız İCAPP-da aparıcı rol oynayır və qurumun rəhbər orqanı olan Daimi Komitəsinin üzvüdür.
- İCAPP-ın müşahidə missiyasının tərkibinə hansı ölkələrin nümayəndələri daxil edilmişdi?
- Həm İCAPP-ın, həm də CAPDİ-nin müşahidə missiyasının tərkibinə nüfuzlu şəxslər daxil idi. İCAPP-ın yaradıcılarından biri, 5 dəfə Flippin parlamentinin spikeri olmuş Xose de Venesia, İndoneziyanın keçmiş vitse-prezidenti, Kanadanın keçmiş baş naziri, Nepalın keçmiş baş naziri, Pakistan parlamentinin müdafiə komitəsinin sədri və s. nüfuzlu şəxslər müşahidə missiyasında təmsil olunurdular. Yəni, qurumun müşahidə missiyası çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu da onu göstərir ki, İCAPP və CAPDİ dünyada tanınmış beynəlxalq təşkilata çevriliblər. Müşahidə missiyasının tərkibində 18 ölkənin 40-dan çox nümayəndəsi təmsil olunurdu. Burada Azərbaycanla yanaşı Çin, Yaponiya, Türkiyə, Flippin, Tailand, Vyetnam və digər ölkələrin nümayəndələri var idi.
- Seçki ilə bağlı müşahidə missiyasının rəyi nədən ibarət oldu? Asiya ölkəsində keçirilən seçki barədə təəssüratlarınız necədir?
- Kambocada parlament seçkiləri çox yüksək səviyyədə təşkil olunmuşdu. Biz müşahidəçilər olaraq səsvermə günündən əvvəl də vəziyyətlə maraqlandıq, seçki məntəqələri ilə tanış olduq. Bu ölkədə seçkilərdən bir gün öncə məntəqələrin hazırlığı barədə məlumat verilir, eləcə də, həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirilir. Eyni zamanda, ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərlə bağlı müşahidə missiyaları üçün təqdimat təşkil olunmuşdu. Seçki günü müşahidə missiyasının üzvləri olaraq məntəqələrdə olduq, səsvermənin gedişini izlədik. Seçkilər azad və şəffaf keçirildi. Qeyd edim ki, seçki məntəqələrində hər bir partiyanın nümayəndələri var idi. Müşahidə missiyası olaraq onlardan vəziyyəti soruşduq və birmənalı cavab verdilər ki, səsvermə qanun çərçivəsində həyata keçirilir.
Seçkilərin nəticəsində Kambocada hakimiyyətdə olan partiya yenə üstünlük qazandı. Belə ki, parlamentdə 123 yerdən 68-ni hakimiyyətdə olan Kamboca Xalq Partiyası, 55 yeri isə müxalifət partiyası olan Kamboca Dəyərlər Partiyası əldə etdi.
Seçkilərin səhəri günü İCAPP və CAPDİ-nin müşahidə missiyası birgə mətbuat konfransı keçirərək rəylərini bildirdilər. Mətbuat konfransında YAP-ın nümayəndəsi olaraq biz də fikirlərimizi ifadə etdik. Vurğulandı ki, Kambocada parlament seçkiləri demokratik, şəffaf, beynəlxalq standartlara uyğun şəkildə keçirilib.
- Kambocadakı seçkiləri daha hansı beynəlxalq təşkilatlar müşahidə edirdi?
- Bir sıra təşkilatlar da bu ölkəyə müşahidə missiyaları göndərmişdilər. Onlardan Diplomatik Korpusların Avropa Federasiyası, Beynəlxalq Mərkəzçi Demokratlar Təşkilatının adını çəkə bilərəm. Bu təşkilatlar da nüfuzlu qurumlardır. Onların da seçkilərlə bağlı rəyi müsbət oldu.
- Asəf müəllim, bir neçə ay əvvəl də YAP nümayəndə heyəti Kambocada səfərdə olmuşdu. Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında əlaqələr haqda nə deyə bilərsiniz?
- Bilirsiniz ki, ötən il Bakı şəhərində Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bir neçə ay əvvəl həmin partiyanın dəvəti ilə Kambocada səfərdə olduq. Nümayəndə heyətimiz bu ölkədə yüksək səviyyədə qarşılandı. Səfər proqramına uyğun olaraq, biz Kambocanın Baş naziri, KXP-nin lideri Xun Sen ilə görüşdük. Görüşdə YAP ilə KXP arasında əməkdaşlığın perspektivləri, İCAPP çərçivəsində fəaliyyətin istiqamətləri və bütövlükdə ikitərəfli əlaqələr müzakirə edildi. Baş nazir onu da bildirdi ki, vaxtilə keçmiş SSRİ-yə səfəri çərçivəsində Azərbaycanda da olub.
Nümayəndə heyətimiz, eyni zamanda, KXP-in igamətgahında oldu, partiyanın baş katibi Say Çum və xarici əlaqələr şöbəsinin rəhbəri ilə görüşlər keçirdi. Bizə bu partiyanın strukturu və fəaliyyəti haqqında geniş məlumat verildi. Həmçinin, Kambocanın Baş nazirinin müavini, KXP-nin aparıcı şəxslərindən biri olan cənab Sok An ilə görüşdə isə İCAPP çərçivəsində perspektiv planlar müazakirə olundu. Asiyanın bu ölkəsi də inkişaf etməkdədir və bu sevindirici haldır. Hesab edirəm ki, partiyalarımız arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək.
- Sizcə, partiyalar arasında əməkdaşlıq bütövlükdə dövlətlərin münasibətlərinin inkişafına nə dərəcədə təsir göstərir?
- Əlbəttə ki, siyasi partiyalar arasında əməkdaşlıq dövlətlərin münasibətlərinin inkişafına öz töhfələrini verir. Əgər həmin partiyalar iqtidar partiyalarıdırsa, onda onların əməkdaşlığı dövlətlərin münasibətlərinə çox müsbət təsir göstərir, bu münasibətlərə təkan verir. Kambocada partiyalar hökumətlərin formalaşmasında xüsusi rol oynayır. Bu parlament tipli ölkədir. Hakim partiyalar təbii ki, ölkənin inkişafında böyük rol oynayırlar. Yeni Azərbaycan Partiyası da ölkəmizdə hakimiyyətdədir, parlamentdə mütləq çoxluq təşkil edir. Parlamentdə qəbul olunan qanunlarda partiyamızı təmsil edən deputatların mövqeyi həlledicidir. Qəbul edilən qanunlar xalqımızın maraqlarına xidmət edir və bu qanunları icra edən də bizim iqtidardır. Yəni dövlətlər arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu danılmazdır və bu baxımdan, partiyaların əməkdaşlığı dövlətlərin münasibətlərinin inkişafına təkan verir. İnkişafın kökündə bir amil dayanır, bu da əməkdaşlıqdır.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

