Yulia Ferştandt: Azərbaycan mənim vətənimdir...
19.03.2025 [08:53]
- Yulia xanım, öncə oxucular sizi tanısın...
- Mən Yulia Ferştandt, uzun illərdir Azebaycan Akademik Opera və Balet Teatrında aparıcı solist olaraq çalışıram.
- Balerina olmaq həvəsi haradan yarandı?
- Uşaqlıq illərimdə televizordan “Mavi quş” baletini, eləcə də İqor Moiseyev adına rəqs ansamblının çıxışlarını izləyirdim. İzlədikcə hiss edirdim ki, məndə balet sevgisi yaranır. Bundan əlavə, qonşumuz balerina idi, qızı xoreoqrafiya məktəbində oxuyurdu. Onları balerina geyimində görəndə çox həvəslənirdim.
- Balet sənətinin fiziki tərəfləri məlumdur, bəs psixoloji çətinlikləri hansılardır?
- Təbii ki, psixoloji çətinlikləri də var, bu hisslər idmançının yarışdan əvvəl yaşadığı hisslərə bənzəyir. Həyəcan və narahatlığın sizə maneə olmasına imkan verməməlisiniz. Düzdür, bəzən bu, çox çətin olur, lakin çoxlu məşq edərək bunu bacarmalısan.
- Nə vaxtdan Opera və Balet teatrında çalışırsınız?
- Rəsmi olaraq 2002-ci ildən teatrda çalışıram, amma ondan bir il əvvəldən fəaliyyətə başladım. İştirak etdiyim ilk tamaşa müəllimim, Azərbaycanın Xalq Artisti Tamila Şirəliyevanın quruluşunda bəstəkar Tofiq Bakıxanovun “Xəzər balladası” oldu.
- Hansı obrazlar və ya tamaşalar sizin yaddaşınızda iz qoyub?
- Təbii ki, bütün rollarım mənə əzizdir: A.Adəmin eyniadlı baletindəki Jizel mənim üçün inanılmaz dərəcədə maraqlı, dərin və yaxın obraz oldu. F.Əmirovun “1001 gecə” baletindəki parlaq, müdrik və rəngarəng Şəhrizad obrazın oynamaq da maraqlı idi. Bundan əlavə “Məhəbbət əfsənəsi” baletinin Şirin, “Şelkunçik” baletindən Maşa obrazları da sevdiklərimdəndir.
- Rusiyada balet artistləri balerina Anastasiya Voloçkovanın çəkisi çox olduğu üçün qaldırmağa gücləri çatmadığını deyirlər. Azərbaycan səhnəsində də elə problemlər olurmu?
- Xeyr, bütün balerinalarımız özlərini əla formada saxlayırlar. Bizim partnyorlarımız güclü və hazırlıqlıdır, ona görə də bizdə belə problemlər olmur.
- Sizin bu qədər incə olmağınız işinizlə bağlıdır?
- Daha çox işimi nəzərə alaraq pəhriz saxlayıram.
- Bizim cəmiyyətimizdə balet o qədər də geniş yayılmayıb. Tamaşaları daha çox ziyalı, elit təbəqənin insanları izləyirlər. Sizcə niyə?
- Əslində, yaxın vaxtlara qədər belə idi, indi isə yeni rəhbərliyin gəlişi ilə Azərbaycan baletinə marağın açıq şəkildə artdığını görürük. Bu bizi çox sevindirir.
- Səhnədə başınıza gözlənilməz hadisələr gəlibmi?
- Bir dəfə rəqs ayaqqabılarımı unutmuşdum və bunu səhnəyə çıxandan sonra bildim.
Qrim otağına getmək imkanım yox idi, həmin vaxt tamaşada birlikdə rəqs etdiyim baldızım Liya Ferştandtın ayaqqabılarını götürdüm. Ayaq ölçümüz eyni olsa da, heç vaxt bir-birimizin ayaqqabılarından istifadə etmirik. İlk çıxışımı etdim, hər şey yaxşı keçdi. Həmin vaxt çox həyəcanlanmışdım, lakin son anda çıxış yolunu tapdıq, belə hadisələr arada olur.
- Azərbaycan dilini mükəmməl bilirsiz?
- Hələki mükəmməl danışa bilmirəm, lakin təkmilləşdirməyə çalışıram.
- Nə vaxt öyrəndiniz?
- Tədricən, dostlarım və həmkarlarımla ünsiyyət vasitəsilə öyrəndim.
- İşiniz bunu tələb elədi yoxsa necə?
- Biz işdə həm Azərbaycan, həm də rus dilində danışırıq. Onu da qeyd edim ki, bütün dünyada geniş istifadə olunan fransız balet terminlərindən də çox istifadə edirik.
- Baletdə çox vaxt əsas partiyaları ifa edirsiniz. Sizi fərqləndirən nədir ki, bu rollar sizə verilir?
- Bu suala cavab vermək çətindir, yəqin ki, bu rolları mənə etibar edən insanların güvənini qazandığımdandır. Onu deyə bilərəm ki, bütün rollarıma böyük fədakarlıqla və həvəslə hazırlaşıram.
- Tamaşalar zamanı xəsarət alsanız, tibbi sığortanız varmı? Və yaxud işlədiyiniz teatr bu xərcləri qarşılayar?
- Bizdə belə hallar yoxdur. Düşünürəm ki, teatr qarşılayır. Ümid edirəm ki, belə hallarla qarşılaşmarıq.
- Yoldaşınız da balet sənətçisidir. Tanışlığınız necə oldu?
- Həyat yoldaşım - Makar Ferştandt, Azərbaycanın əməkdar artisti, eyni zamanda, teatrımızın aparıcı solistidir. Biz xoreoqrafiya məktəbində birlikdə oxumuşuq və son illərimizdə ünsiyyət qurmağa başladıq. Sonra ailə qurduq və iki gözəl qızımız var, qeyd edim ki, qızlarımız da balet akademiyasında oxuyur.
- Belə çıxır ki, siz ailəlikcə bu sənətlə məşğulsunuz?
- Bəli, hətta həyat yoldaşımın bacısı ilə bir balet truppasında işləyirik, övladlarımız isə xoreoqrafiya akademiyasında oxuyur. Məlum olduğu kimi balet sevgisi onlara miras yolu ilə keçib.
- Niyə məhz digər ölkələr yox, Azərbaycan?
- Azərbaycan mənim vətənimdir, mən burada doğulmuşam, valideynlərim, həyat yoldaşım, onun valideynləri burada yaşayır. Azərbaycanda böyüyüb təhsil almışam, indi də teatrımıza xidmət edirəm. Azərbaycanda balet sənətinin gələcək taleyinə biganə deyiləm.
- Yaxın günlərdə Azərbaycanın xalq artisti Tamila Şirəliyeva dünyasını dəyişdi. Bildiyim qədər müəlliminiz olub...
- Bəli, Tamila Şirəliyeva Xoreoqrafiya akademiyasında müəllimim olub. O, mənə müəllim kimi çox şey öyrətdi. Balerina olaraq xarakter formalaşdırdı, bu peşəyə sevgi ilə yanaşmağı öyrətdi. Bizi həmişə dəstəkləyirdi. Ona ömür boyu təşəkkür edəcəm. Tamila Şirəliyevanın əbədi gedişi hamımızı çox üzdü. Allahdan ona rəhmət diləyirəm. Əsl sənətkarlar hər zaman yaşayırlar.
Söhbətləşdi: Havar Şəfiyeva
Bizim müsahib
Xəbər lenti
Hamısına baxSiyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58

