Mübariz Qurbanlı: “Milli şura” məhvə məhkumdur
26.06.2013 [09:57]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı SİA-ya müsahibə verib:
- Mübariz müəllim, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi hesabatın dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi layihələrə kölgə salmaq məqsədi daşıdığını söyləmək olarmı?
- Avropa Parlamenti və onun qəbul etdiyi sənəd hüquqi bir məsuliyyət və hüquqi bir nəticə vermir. Bu parlament ayrı-ayrı ölkələrlə bağlı müxtəlif mövzularda yüzlərlə bu tipli sənəd qəbul edir. Ən xırda hadisələrə belə anında reaksiya verir. Misal olaraq deyim ki, Fransada Sarkozinin prezidentliyi dövründə qaraçıların Fransa ərazisindən çıxarılmasına münasibət bildirərək rəsmi Parisin fəaliyyətini pisləyən qətnamə qəbul etmişdi. Yəni, istənilən ölkə haqqında bu tipli qətnamələr qəbul edir. Avropa Parlamentinin qəbul etdiyi qətnamələr bəyannamə, bəyanat xarakteri daşıyır. Azərbaycan yalnız üzvü olduğu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdən və ondan irəli gələn müddəalardan hansısa bir narahatçılıq keçirə bilər. Azərbaycan Avropa İttifaqının, Avropa Parlamentinin üzvü deyil, ölkəmiz Avropa Parlamenti ilə Şərq tərəfdaşlığı çərçivəsində münasibətlər qurub və Avronest deyilən bir qurumda birləşən 6 ölkədən biridir. Əgər Avropa Parlamenti Azərbaycanın hansısa bir məsələsi ilə bağlı müzakirə açmaq istəyirdisə, əslində, bunu Avronestdə açmalı idi.
- Qətnamənin qəbul edilməsində Avropa Parlamentinin 734 deputatından yalnız 32-si iştirak edib. 32 deputatın qəbul etdiyi qətnamə onu söyləməyə əsas verirmi ki, artıq Avropa Parlamenti qeyri-ciddi təşkilata çevrilib? Yoxsa burada prosedur fərqlidir?
- 32 deputatın bir araya gələrək qətnamə layihəsini müzakirəyə çıxarıb onu qəbul etməsi, sadəcə, deklorativ bəyanatdan başqa bir şey deyil. Ölkəmiz Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımır. Bu parlament Avropanın 27 ölkəsinin ərazisindən seçilmiş deputatlardan ibarətdir. Bizim parlamentimiz həmin 27 ölkənin parlamentləri ilə ikitərəfli əlaqələrə malikdir. Avropa Parlamenti 27 üzv ölkənin sərhədləri çərçivəsində hansısa qərarlar, qanunlar qəbul edə bilər. Onun Azərbaycanla bağlı verdiyi açıqlamalar sadəcə informativ xarakter daşıya bilər. Ona görə də, bizim parlamentimizin bu məsələyə münasibət bildirməsi, sadəcə, həmin sənədin qeyri-qanuniliyini ifadə etmək məqsədi daşıyır.
- “Milli şura”nın öz toplantısını ABŞ-da keçirəcəyi barədə məlumatlar gedir. Bu barədə nə demək istərdiniz?
- Biz demokratik bir ölkədə yaşadığımız üçün istənilən siyasi partiya, təşkilat bir araya gələrək hansısa bir qurum yarada bilər. Zaman-zaman müxtəlif adlar altında, məsələn, “Demokratik Konqres”, “DUH”, “SİDSUH” və bu kimi qurumlarda birləşiblər. Biz bundan heç bir narahatçılıq keçirmirik. Adlarının nə olduğundan asılı olmayaraq, xalq üçün eyni yerdə dayanırlar. Onların özləri haqqında süni ajiotaj yaratmaları göz önündədir, hər zaman sensasiya yaymaqla məşğuldurlar. Bu seçkilər ərəfəsində də həmin piardan istifadə edirlər. 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində Londonda, 2008-ci ildə hansısa bir şəhərdə toplanmışdılar, guya toplantı etməyə burada yer yoxdur. Məqsəd “Milli şura” adını cəmiyyətdə, mətbuatda hallandırmaq və onu tanıtmaqdan başqa bir şey deyil. Amma tanıtsalar da bir nəticə əldə olunmayacağı açıq-aydın görünməkdədir. “Milli şura”ya münasibət məhdud çərçivədə, onların tərəfdarları arasında qalacaq. Bu insanlar siyasi boğanaq, siyasi uğursuzluq içindədirlər. Müxalif yönlü bir mətbuat orqanı “Milli şura”da olan Eldar Namazovun, Rüstəm İbrahimbəyovun, İsa Qəmbərin, Əli Kərimlinin şəkillərini götürərək, küçələrdə insanlardan bunları tanıyıb, tanımadıqları haqqında sorğu keçirib və sosial şəbəkəyə yerləşdirib. Vətəndaşlarımız bu fraqmentlərə baxsa bir daha şahidi olar ki, şifahi sorğuda iştirak edənlərin böyük əksəriyyəti onları tanımadığını deyib. Hətta “Milli şura”nın nə olduğundan məlumatsız olduqlarını bildiriblər. Bunu biz deyil, “Milli şura”da təmsil olunan partiyanın maraqlarını qoruyan bir mətbuat orqanı keçirirdi. Onlar özləri keçirdikləri sorğudan bir ibrət götürməlidirlər.
- Sizcə İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov Rusiya hökumətinin müəyyən dairələrinin dəstəklədiyi Rüstəm İbrahimbəyovun layihəsini nə üçün dəstəkləmək məcburiyyətində qaldılar?
- Azərbaycanda müxalifətyönümlü siyasi təşkilatın heç biri hökumət səviyyəsində nə Avropadan, nə Amerikadan, nə də ki, Rusiyadan dəstək almır və ala da bilməz. Rusiya ilə Azərbaycan strateji tərəfdaşdırlar. Bu tərəfdaşlığa Azərbaycan və Rusiya bütün hallarda əməl etməkdədir. Onlar Rusiyada olan, ölkəmizə qarşı mənfi münasibət bildirən və eyni zamanda, ermənilərlə iş birliyində fəaliyyət göstərən dairələrdən dəstək ala bilərlər. Bu insanları dövlət səviyyəsində heç kim tanımır. Rüstəm İbrahimbəyovu Rusiyada hansısa bir fərd tanıya bilər, inanmıram ki, onu parlamentin hər hansı bir deputatı tanısın. Dövlətimizin daxili işlərinə dövlətlərarası münasibətlər fonunda heç kim müdaxilə etmir və etməyəcək. Rüstəm İbrahimbəyov və onun ətrafındakılar Rusiyada və Qərbdə müəyyən antimilli, anti-Azərbaycan dairələr ilə əməkdaşlıq edirlər və onlardan qidalanırlar. Bu antimilli dairələrin də erməni lobbisi ilə sıx əlaqələri var. Onların müxtəlif maraqları olsa da, bir araya gəliblər və bu gün iqtidara qarşı birgə olduqlarını nümayiş etdirmək istəyirlər.
- “Milli şura”nın vahid namizəd məsələsi hələ də öz həllini tapmayıb. Sizcə, bu onu deməyə əsas verirmi ki, onlar arasında ciddi narazılıqlar var?
- “Milli şura”nın seçkilərə bir və ya bir neçə namizədlə gedəcəkləri bizim üçün fərq etməz. Namizədlərinin kim olmasından asılı olmayaraq, onların bizim namizədimizə rəqib olması qeyri-mümkündür. Cənab İlham Əliyevin şəxsiyyəti, liderliyi, beynəlxalq aləmdə, cəmiyyətdə mövqeyi, nüfuzu bizim qələbəmizə təkan verən amillərdəndir. Bizim üçün ancaq və ancaq xalqın dəstəyi lazımdır, ayrı-ayrı fərdlərin yox. Xalq isə cənab Prezident İlham Əliyevi dəstəkləyir və biz mütləq bu dəstəyi prezident seçkilərində görəcəyik.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

