Bahar Muradova: Onlar uğursuz siyasətlə məşğuldurlar
06.04.2013 [16:50]
“Bu millət, xalq, dövlət üçün ölçüyəgəlməz miqyasda işlər görənlərin hansısa məhdud dünya görüşlü adamlar tərəfindən ittiham edilməsi, hesab edirəm ki, doğru deyil”
Kinorejissor Rüstəm İbrahimbəyov “Rosbalt” İnformasiya Agentliyində müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra absurd fikirlər səsləndirib. Belə ki, R.İbrahimbəyov Dağlıq Qarabağın erməni torpağı olduğunu və ermənilərin münaqişənin qurbanları olduğunu iddia edib. Həmçinin, qoca kinorejissor bir qədər də irəli gedərək bu torpaqların təkcə azərbaycanlıların olmadığını söyləyib və nə qədər ermənipərəst olduğunu bir daha ortaya qoyub.
Milli Məclisin vitse-spikeri Bahar Muradova Publika.Az-a müsahibəsində bu fikirləri dəyərləndirib.
- Rüstəm İbrahimbəyovun ermənilərlə azərbaycanlıların yaxınlaşdırılması və gələcəkdə bir yerdə yaşamasını indidən təmin etməklə bağlı fikirlərinə münasibətiniz necədir?
- Düşünürəm ki, Azərbaycanın erməni və Azərbaycan əsilli vətəndaşları qarşıdakı zamanlarda Dağlıq Qarabağ ərazisində bir yerdə yaşayacaqlar. Bu da Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra baş verəcək. Dağlıq Qarabağın erməni və azərbaycanlı sakinləri işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxmasından və oradan çıxarılmış məcburi köçkünlərin öz yurdlarına qayıtmasından sonra bir yerdə yaşayacaqlar. Amma bütün bunları bir kənara qoyaraq, olanları unutmaq lazımdır deyənlər, hesab edirəm ki, böyük səhv edirlər. Onlar böyük bir mərhələni adlamaq istəyirlər. Halbuki baş vermiş hadisələrə adekvat qiymət vermədən, insanların bu faciələrinə, fəlakətlərinə səbəb olanlar öz hüquqi qiymətini almadan birgə yaşayış mümkün olmayacaq. Amma əlbəttə ki, gələcəkdə münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri kimi erməni əsilli Azərbaycan vətəndaşları da bizimlə birgə yaşayacaq.
- Dediyiniz mərhələni adlayaraq bu cür fikirlərin səsləndirilməsini, xüsusilə belə həssas dönəmdə mövqelərin sərgilənməsini necə qiymətləndirirsiniz?
- Bu cür əndazəyə, çərçivəyə sığmayan fikirlər, əlbəttə ki, insanlarda narahatlıq doğurur və insanlar bunu qəbul etmir. Bu cür fikirlərə ictimaiyyətin müxtəlif nümayəndələri tərəfindən kəskin reaksiyalar gəlir ki, bu da təbiidir. Çox zaman da verilən reaksiyalar nədənsə bu cür fikirləri səsləndirənləri təəccübləndirir. Onlar düşünürlər ki, nəyə görə onların fikirlərinə belə reaksiyalar verilir. Əslində onlar öz fikirlərinə diqqət yetirsələr, bu cür reaksiyaların səbəbini bir daha görərlər. Mən düşünmürəm ki, onlar bu qədər sadəlövhdürlər. Yaxud da kosmopolitik düşüncə gözlərini o qədər tutub ki, onlar bundan artıq düşünə bilmirlər. Sadəcə olaraq, görünür, başqa fikirlərini, məqsədlərini pərdələmək üçün belə fikirlər səsləndirirlər. Bu da çox təəssüf doğuran məsələdir.
- Necə hesab edirsiniz, seçki ilində onlar hansı məqsədləri pərdələməyə çalışırlar?
- Çox xeyli müddət başqa bir fikrin daşıyıcısı olub, sonradan hansısa ziddiyyətli səbəblərdən fikrini dəyişənlərin belə məqamlarda mütləq hansısa maraqlarının rol oynadığının həmişə şahidi olmuşuq. Konkret halda da bu, belədir. Ona görə də bunları seçkilərlə əlaqələndirmək belə, özlərinin şəxsi və qrup maraqlarının öndə olduğunu göstərir. Bu, təəssüf doğurur. Heç istəməzdim ki, Azərbaycanın hər hansı bir ziyalı adlandırılan şəxsi ölkənin əsas milli maraqlarına toxunan məsələlərdə başqalarının dəyirmanına su tökən fikirlər səsləndirsin. Amma çox təəssüf ki, belə hadisələr baş verir.
- Maralıdır ki, onlar daha çox Azərbaycan hökumətini antimilli maraqlarda ittiham edirlər...
-Azərbaycan hökumətini, Azərbaycan siyasətini yönəldənləri antimilli siyasətdə ittiham etmək mümkün deyil. Bunun üçün heç bir əsas yoxdur. Əksinə özlərinin fəaliyyətində bu və buna bənzər əlamətlər olan şəxslər bəzən öz adlarını başqasına qoymaq istəyirlər. Bundan artıq heç nə demək mümkün deyil. Hər kəsin fəaliyyəti göz qarşısındadır. Bu millət, xalq, dövlət üçün ölçüyəgəlməz miqyasda işlər görənlərin hansısa məhdud dünya görüşlü adamlar tərəfindən ittiham edilməsi, hesab edirəm ki, doğru deyil. Hər halda aradakı səviyyə ölçüyəgəlməz dərəcədə fərqlidir. Ən azından bu xalqa xidmətlərinə görə. Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Siyasət həqiqətən də çətindir və səriştəyə, uzun illərin təcrübəsinə sahib olmayan, bu sahədə, ümumiyyətlə, fəaliyyət göstərməyən şəxslərin, uzun müddətdən sonra bu proseslərə qatılması çox zaman uğursuz alınır. Konkret adı çəkilən şəxslər hesab edirəm ki, hazırki dövrdə uğursuz siyasətlə məşğuldurlar. Onların hər addımında, hər fikrində, hər sözündə bu özünü biruzə verir.
Xəbər lenti
Hamısına baxHadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38

