/ / "Rəqabətədavamlı strategiya formalaşdırmaq və müştərilərə əlçatanlığı təmin etmək bizim üçün prioritetdir"
"Rəqabətədavamlı strategiya formalaşdırmaq və müştərilərə əlçatanlığı təmin etmək bizim üçün prioritetdir"
12.07.2024 [09:23]
İntizar Əmirova
Ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması öz bəhrəsini verməkdədir. Bu məqsədlə ardıcıl həyata keçirilən islahatlar və dövlət proqramları sahibkarlığın inkişafını təmin edir və gənclərə, qadınlara bu sahədə öz potensiallarını reallaşdırmaq imkanları açır. Uğurla həyata keçirilən dövlət konsepsiyası insanların sosial rifah halının yaxşılaşmasında, qadınların bərabərliyinin təmin olunmasında, yeni iş yerlərinin açılmasında, gənc iş adamlarının formalaşmasında müstəsna rol oynayır. Son illər logistika sahəsinin inkişafı da bu proqramların məntiqi nəticəsidir. AZERCARGO logistika şirkətinin icraçı direktoru Günay Əliyeva sözügedən sahə ilə bağlı fikirlərini bizimlə bölüşüb.
- Günay xanım, söhbətimizə çalışdığınız sahə ilə bağlı başlamaq istərdik. Nədən məhz logistik xidməti seçdiniz?
- Hesab edirəm ki, insan sevdiyin işlə məşğul olduqda şəxsinə də, ətrafına da, cəmiyyətə də, dövlətinə də daha faydalı olur. Bu baxımdan hər birimizin doğru seçimi edənə qədər zamana ehtiyacı var. Mən İş fəaliyyətimə dövlət sektorunda başladım. Qismət məni nəqliyyat strukturunda çalışmağa yönləndirdi, desəm yanılmaram. Dövlətin nəqliyyat sektorunda çalışdığım müddətdə karqo, daşınma sahəsi mənə maraqlı gəldi. Logistika şirkətləri ilə işləyərkən onların xidməti, fəaliyyəti diqqətimi cəlb etdi. Xüsusilə son illərdə qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dövlətin dəstəyi, qadınların sahibkarlıqda daha çox yer alması məni daha da ruhlandırdı. Özümü sahibkarlıqda sınamağa qərar verdim. Düşündüm ki, qazandığım təcrübəni özəl sferada mən də tətbiq edə bilərəm. Bir az öncə qeyd etdiyim kimi zamanla logistika, daşınma və nəqliyyat sahəsində müəyyən təcrübə toplamışam. Tələsmədən araşdırdım, öyrəndim, düşündüm, tətbiq etdim və “AzərCargo” şirkətini yaratdım. İndiki nəticələrə baxanda doğru qərar verdiyimin, sevdiyim işlə böyük zövqlə məşğul olduğumun fərqindəyəm.
- Bu gün "logistika" anlayışı, bu sahənin inkişafı bütün dünyada mühüm əhəmiyyət kəsb edir. Əlbəttə ölkəmizdə də logistika xidmətləri ilə məşğul olan xeyli qurumlar var. Bilirsiniz, media qurumları bilavasitə maarifləndirmə ilə də məşğuldur. Bu baxımdan istərdik, oxucularımızı logistika xidməti ilə bağlı bir qədər geniş məlumatlandırasınız...
- Logistika təchizat zənciri proseslərinin bir hissəsi olub malların, xidmətlərin və müvafiq məlumatların hər hansı başlanğıc nöqtəsi ilə son istehlak nöqtəsi arasında prosesin səmərəli və effektiv şəkildə planlanması, tətbiq olunması və nəzarət edilməsini ehtiva edir. Təchizat zənciri isə bir məhsul və ya xidməti təchizatçıdan müştəriyə çatdırmaq üçün qurulmuş təşkilatlar, insanlar, texnologiya, müxtəlif fəaliyyətlər, informasiya və resurslar sistemidir. Bir sözlə logistika bu gün ən ehtiyac hiss edilən sahələrdən biri kimi təkmilləşməkdə, inkişaf etməkdədir.
- Logistikanın ticarət sahəsindəki rolunu necə izah etmək olar?
- Logistika bütün dönəmlərdə ticarətdə mühüm rol oynayıb. Əlbəttə istehsal varsa, istehlakçıya çatdırılma üsulu, xidməti də var. Bu gün də logistika daha təkmilləşmiş formada qlobal iqtisadiyyatda mühüm əhəmiyyət kəsb edir, ticarəti asanlaşdırır və məhsulların bütün dünyada istehlakçılara çatdırılmasını təmin edir. Biz də AZERCARGO olaraq, logistikanın inkişafına dəstək məqsədilə bir sıra kampaniyalar keçiririk. Belə ki, fəaliyyət göstərdiyimiz dövr ərzində müxtəlif kampaniyalar keçirmişik. Qeyd edim ki, müştərilər üçün sərfəli kampaniyalar mövcuddur. Türkiyədən ilk 3 daşınma zamanı 30,40, 50 faiz, Amerikadan isə ilk sifarişdə 50 faiz endirim mövcuddur. Həmçinin "6 bağlamadan sonra, 7-ci bağlama" pulsuzdur aksiyası mövcuddur. Müştərilər 7-ci bağlamanı daşınma haqqı ödəmədən əldə edə bilirlər. Eyni zamanda, "sifariş et" xidməti tamamilə pulsuzdur.
- Daşınma sahəsində - quru, su və hava nəqliyyatının əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Quru, su və hava nəqliyyatı logistika sənayesində ən çox istifadə edilən üç əsas daşıma üsuludur. Hər bir nəqliyyat metodunun öz üstünlükləri var. Avtomobil nəqliyyatı sürətli və çevik seçim kimi qiymətləndirilir. Xüsusilə qısa məsafəli daşımalar və təcili çatdırılmalar üçün əlverişli sayılır.
Su yolu ilə daşımalar daha çox böyük və ağır yüklər üçün sərfəlidir. Gəmilər böyük həcmdə yük daşımaq qabiliyyətinə malik olduğu üçün tək səfərdə yüz tonlarla yükün daşınmasına imkan verir.
Hava yolu ilə daşıma təcili və vaxt baxımından uyğun olan ən sürətli çatdırılmanı təmin edir. Təcili çatdırılma tələbləri olan məhsullar üçün üstünlük verilir. Hava nəqliyyatı dünyanın demək olar ki, istənilən nöqtəsinə çıxışı təmin etdiyindən daha sərfəlidir. Həmçinin bu vasitə yüksək təhlükəsizlik standartlarına malikdir və oğurluq riski azdır. Qısası günümüzdə hava daşımaları sürətli və etibarlı həll yolunun təminatı rolunda çıxış edir.
- Yeri gəlmişkən bilirsiniz ki, son 3-4 ildə onlayn ticarət və mağazalardan alış-veriş aktuallaşıb. 2020-ci ildən sonra , məlum pandemiyanın ortaya çıxardığı onlayn xidmətlər, alış-verişlər barədə fikriniz maraqlıdır. Ticarətin bu variantının üstünlükləri və çatışmazlıqlarını nədə görürsünüz?
- Bildiyiniz kimi, onlayn alış-veriş həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İstehlakçılar üçün rahatlıq, geniş məhsul çeşidi və rəqabətli qiymətlər kimi bir sıra üstünlüklər təklif edir. Onlayn alış-verişin inkişafı ilə birlikdə, e-ticarət adlanan geniş bir sənaye sahəsi meydana gəlib. Bu metod, alıcıların fiziki olaraq mağazalara getmədən, evdən və ya iş yerindən rahatlıqla alış-veriş etmələrinə imkan verir. Onlayn platformalar, müxtəlif kateqoriyalardan - geyim, elektronika, ev əşyaları, kitablar, kosmetika və daha çoxu daxil olmaqla geniş məhsul çeşidini təklif edirlər. Məhsulları onlayn satın almağın ən böyük çatışmazlıqlarından biri, almadan əvvəl məhsulları görə bilməməyimizdir. Gördüyümüz və ya nəzərdən keçirdiyimiz məhsul mağazanın təqdim etdiyi foto və məlumatlardır. Nəticədə, insanlar tez-tez materialların internetdə gördüklərindən tamamilə fərqli olduğu vəziyyətləri ilə qarşılaşırlar. Bu baxımdan hesab edirəm ki, arzu olunmaz nəticələrlə rastlaşmamaq üçün mağaza vasitəsilə alış-veriş etmək daha doğru seçimdir. Ancaq nəzərə alsaq ki, onlayn ticarət günümüzün trendinə çevrilir, o zaman problem yaşamamaq üçün etibarlı veb saytları seçdiyimizə əmin olmalıyıq.
- Fəaliyyətinizlə bağlı hədəfləriniz nədən ibarətdir?
- Ölkəmizdə gənc sahibkarların inkişaf etməsinə dəstək məqsədilə təxirəsalınmaz, fundamental proqramlar həyata keçirilir. AZERCARGO olaraq hədəfimiz daha da təkmilləşərək sahibkarlığın bu istiqamətinə töhfə vermək, xalqımızın, dövlətimizin xidmətində olmaqdan qürur duymaqdır. Eyni zamanda rəqabətədavamlı strategiya formalaşdırmaq və müştərilərə əlçatanlığı təmin etmək, dövrün tələb və ehtiyaclarına uyğun daxili iş planımızı formalaşdırmaq, operativlik və etibarlılıq prinsiplərini qorumaq bizim üçün prioritetdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

