II Bakı Beynəlxalq Humanitar Forumu özündə ehtiva etdiyi məsələlərə görə xüsusi önəm daşıyır
05.10.2012 [03:46]
II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən EkiAvrasya mərkəzinin İdarə Heyətinin sədri Hikmət Eren Forumla bağlı fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşüb:
- Hikmət bəy, II Bakı Beynəlxalq Humanitar Forumunun işini necə dəyərləndirirsiniz?
- Öncə Bakıda gördüklərimdən, xüsusilə də Azərbaycanın dinamik iqtisadi inkişafından bəhs etmək istərdim. Bu gün Azərbaycan özünün sürətli iqtisadi inkişafına görə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə və Onun siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevə borcludur. Həqiqətən, Azərbaycan çox sürətli inkişaf yolundadır və bütün Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Forumun işinə gəlincə isə, deyə bilərəm ki, Prezident İlham Əliyev öz çıxışında çox mühüm məsələlərə toxundu. Bunlardan biri də perspektiv inkişaf üçün böyük əhəmiyyət kəsb edən gəncliyin yetişdirilməsidir. Prezident İlham Əliyev bu istiqamətdə görüləcək işlərdən bəhs etdi və bu məsələyə xüsusi diqqət yetirdi. Bu, xüsusi əhəmiyyət kəsb edir. Çünki həqiqətən də, bir ölkənin davamlı olaraq inkişaf etməsi və öz mövcudluğunu qoruyub saxlaması üçün milli-mənəvi dəyərləri mənimsəmiş sağlam düşüncəli gənclərin formalaşdırılması lazımdır. Bu baxımdan, Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi böyük əhəmiyyət daşıyır. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan bir dövlətdir. Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün durumuna düşməsi insanlıq ayıbı və Ermənistanın dövlət cinayətidir.
Qeyd etmək istərdim ki, Bakı Beynəlxalq Humanitar Forumu özündə ehtiva etdiyi məsələlərə görə xüsusi önəm daşıyır. Burada dövlət rəsmiləri, diplomatlar, elm xadimləri, “Nobel” mükafatına layiq görülmüş ziyalılar, araşdırmaçılar, yazarlar və s. iştirak edir. Bunun üçün cənab Prezident İlham Əliyev başda olmaqla Forumu təşkil edən hər kəsə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
- Siz Ermənistanın işğalçı siyasətindən bəhs etdiniz. Bu gün Ermənistan özünün işğalçı siyasətini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qeyri-konstruktiv mövqeyini davam etdirir...
- Birmənalı şəkildə deyə bilərəm ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı və beynəlxalq hüquq normalarının tələblərinə məhəl qoymalıdır. Ermənistan anlamalıdır ki, işğalçı və terrora söykənən siyasət heç bir nəticə verməyəcəkdir.
- Məlum olduğu kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti, Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və Prezident İlham Əliyev tərəfindən əfv edilməsi erməni terror təşkilatlarını hərəkətə gətirib. Xüsusilə də Sarkisyan rejiminin isterika dolu aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyirlər. Buna münasibətiniz necədir?
- Əminliklə demək olar ki, Ermənistan beynəlxalq münasibətlər sistemində müstəqil dövlət deyil, terrorçu təşkilatdır. Ermənistan bu gün dövlət səviyyəsində terroru dəstəkləyir, eyni zamanda, terrorçu təşkilatlara siyasi, ideoloji və digər müstəvilərdə dəstək verməklə terrorçu fəaliyyətini davam etdirir. Elə Sarkisyanın beynəlxalq arenada səsləndirdiyi əksər bəyanatlarda Azərbaycan və Türkiyəyə qarşı terror çağırışları vardır. Xatırlayırsınızsa, ötən il Sarkisyan çıxışında qeyd etmişdi ki, “bizim nəslimiz Qarabağı işğal edib, gələcək nəsillər isə Ağrı dağını işğal edərək öz torpaqlarına çevirəcəkdir”. Əminliklə demək olar ki, gələcək nəsillər Sarkisyan və digər terrorçu Ermənistan rəhbərliyini lənətlə anacaqlar. Çünki daim inkişaf edən, güclənən bir Azərbaycan və Türkiyə var, Ermənistan isə yaşam mücadiləsi verməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

