Səttar Bəhlulzadə bənzərsizliyi
15.12.2023 [11:18]
Böyük rəng ustadının doğum günüdür
Bu gün Azərbaycanın Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin doğum günüdür. O, 1909-cu ildə Bakının Əmircan kəndində doğulub. 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q.M. Şaqalın tələbəsi olub.
Görkəmli rəssam yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadənin ölməz irsi təsviri sənətimizdə yeni və unudulmaz səhifələr yaradıb.
O, doğma təbiətimizi tərənnüm edən istedadlı rəssamlardan biri idi. Vətəninin gözəlliklərinə valeh olan rəssam Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə əsərlər yaradıb. Azərbaycanımızın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla rəsm əsərlərində tərənnüm edib. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” adlı şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Dumanlı dağlar”, “Yaşıl xalça” lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində canlandırıb.
Səttar Bəhlulzadənin lirik, poetik mənzərələr ustası olması 1947-1953-cü illərdə yaratdığı “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, həmçinin “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Şahnabat”, “Naxçıvan” adlı əsərlərində birmənalı şəkildə təsdiqlənib. O, real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirməyi bacarıb.
Əsərlərində açıq-ağ, mavi, çəhrayı, yaşıl rənglərin vəhdəti əsas yer tutur. “Muğanda bahar”, “Bağlar arasında”, “Çiçəklənən torpaq”, “Torpağın arzusu”, “Nağıl” və s. əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət elə ilk baxışdaca aşkar duyulur.
Səttar Bəhlulzadə bənzərsizliyini şərtləndirən təkcə onun sənəti deyildi. O, bir insan kimi də bənzərsiz idi. Bu mənada onun əliaçıqlığını, öz əsərlərini təmənnasız olaraq hədiyyə etmək xüsusiyyətini vurğulamaq yerinə düşər. Dünyamız çoxdan S.Bəhlulzadə əsərlərinin qeyri-rəsmi və ümmansız sərgisinə çevrilib. Bu gün Azərbaycanımızla yanaşı, dünyanın ən müxtəlif ölkələrində, o cümlədən nüfuzlu muzey və şəxsi kolleksiyalarda onun rəngkarlıq və qrafika əsərlərinin saxlanılması da bunun təsdiqidir. Bütün yaradıcılığı boyu çox məhsuldar işləməsi ilə sayagəlməz bədii irs yaradan rəssamın yalnız Azərbaycanın və keçmiş SSRİ məkanındakı muzeylərin saxlanclarında toplanan 200 əsəri rəsmi şəkildə qonorarla alınıb. S.Bəhlulzadə əsərlərinin qalanını isə təmənnasız olaraq ürəyinə yatan adamlara hədiyyə verib. Başqa sözlə desək, o, heç kimə əsər satmayıb.
Məhsuldar fəaliyyətinə və yüksək sənətinə görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq rəssamı fəxri adlarına layiq görülmüş rəssama 1972-ci ildə yekdilliklə Azərbaycan SSR Dövlət mükafatı verilib. O, iki “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. Səttar Bəhlulzadənin tabloları respublika, ümumittifaq, habelə rəssamın fərdi sərgilərində nümayiş etdirilib. Eyni zamanda Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sovet təsviri sənəti sərgilərində təqdim olunub. 1964-cü ildə Praqada onun qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub.
Görkəmli rəssam, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri sayılan Səttar Bəhlulzadə 1974-cü ildə Moskvada vəfat edib. Sənətkarın nəşi Əmircana gətirilərək doğma kəndində dəfn olunub.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

