Sürgün həyatı yaşayan aktyorun anım günüdür
24.10.2023 [13:56]
M.BAYRAMLI
Mirzəağa Əliyevin bu gün anım günüdür. Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti 1883-cü ildə Bakının Hövsan kəndində anadan olub. İlk təhsilini mədrəsədə və rus-tatar məktəbində alıb. Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində usta köməkçisi olan Mirzağa Əliyev ilk dəfə 1901-ci ildə Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda səhnəyə çıxıb. Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstəriblər. 1906-1907-ci illərdə “Həmiyyət” teatr truppasının rəhbəri və aktyoru olub. "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilib.
1912-ci ildə ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilib. Görəsən, 29 yaşlı aktyorun Həştərxana sürgün edilməsinin səbəbi və ya səbəbləri nə idi? Mirzağa Əliyevə qarşı bu ifrat dözümsüzlüyün səbəbi nə ola bilərdi? Bəzi qaynaqlara görə, Mirzağa Əliyevin çar hökumətinin qəzəbinə tuş gəlibmiş. Əməkdar incəsənət xadimi İlham Rəhimli yazılarının birində belə qeyd edir: “Azərbaycan teatr tarixində ilk dəfə olaraq 1912-ci ilin noyabrında “Nicat”ın aktyoru Mirzağa Əliyev tamaşa zamanı səhnədən dövlət əleyhinə söz işlətdiyinə görə Hacıtərxan şəhərinə sürgün edilib”.
Mirzağa Əliyev Azərbaycanın ilk aktrisası kimi tanınan Gövhər Qazıyeva ilə ailə qurur. Sənət dostluğunun yerini həyat yoldaşılığı əvəz edir. Ailə qurduqdan qısa müddət sonra isə məlum sürgün hadisəsi yaşanır. Daha sonra cütlük ayrılır. Qaynaqlara görə, Həştərxanda sürgündə olarkən yerli teatr həvəskarlarının köməyi ilə teatr truppası yaradıb, Volqaboyu şəhərlərdə tamaşalarla çıxış etməyə başlayıb. Görkəmli aktyor sürgünə göndərildikdən bir il sonra, Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv edilib və Bakıya qayıdıb.
1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.
Eləcə də M.Əliyev Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçısı olub. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Aktyor yumoru, satiranı, “öldürücü” gülüşü obrazın xarakterində cəmləşdirirdi. Rejissor Hüseyn Seyidzadə “O olmasın, bu olsun”u ekranlaşdıracaq və Məşədi İbad roluna Mirzağa Əliyevi çəkmək istəyirdi. Lakin çəkilişlər yenicə başlamış görkəmli aktyor dünyasını dəyişir. Bundan sonra rejissor “Məşədi İbad” rolunu Əliağa Ağayevə həvalə edir.
O, 1954-cü ildə vəfat edib. Məzarı Bakıda Fəxri xiyabandadır.
Görkəmli aktyorun muzeydə qorunan fotoneqativi teatr tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir. Belə ki, anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına Mədəniyyət evi fəaliyyət göstərir. Bakının Yasamal rayonunda küçələrdən biri Mirzəağa Əliyevin adını daşıyır. Habelə bu gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda sənətkarın fotoneqativi qorunur. Qeyd edək ki, həmin fotoneqativdə 1952-ci ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində Nikolay Qoqolun “Müfəttiş” tamaşasında oynadığı Osip rolunda əks olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17

