“Dağlar qızı Reyhan” mahnısı necə yarandı?
06.09.2023 [14:38]
M.BAYRAMLI
Bu gün sizə dillər əzbəri olan “Dağlar qızı Reyhan” mahnısından söhbət açacağıq. Çox az adam bu mahnının gerçək tarixçəsini bilir. Mahnı qəhrəman bir qıza həsr edilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Dağlar qızı Reyhan” haqqında yazılan məqalədə mahnıda dağlar qızı Reyhan adlandırılan xanımın gerçək tarixi şəxsiyyət olması, 1918-ci ildə erməni daşnaklarına və bolşeviklərə qarşı fəal mübarizəsi, xalqın yaddaşında iz qoymuş qəhrəmanlıqları, həyatının keçmiş sovet hökuməti dönəmindən sonrakı aqibəti əks olunub.
Reyhan 1928-ci ildə sovet hakimiyyəti tərəfindən həbs olunur, ermənilər tərəfindən güllələnməyə məhkum edilir.
Amma güllələnməyə aparılan zaman xilas edilir. Ad və soyadı dəyişdirilərək, gizli şəkildə Krımda monastıra yerləşdirilir. Hansı monastırda yerləşdirildiyi isə tarixə məlum deyil.
Məşhur mahnının tarixi beləcə başlayır.
1959-ci ildə bəstəkar Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan “Dağlar qızı Reyhan” şeirinə musiqi bəstələyib. Bir versiyaya görə mahnının sözləri şair Tələt Eyyubova məxsusdur.
1960-cı ildə mahnını ilk dəfə Rəşid Behbudov ifa edir. 1965-ci ildə isə müğənni Flora Kərimova “Reyhan” mahnısını ifa edən ilk qadın ifaçı olsa da, mahnı 1966-cı ildə Xalq artisti Zeynəb Xanlarovanın ifasında daha da məşhurlaşır. Sorağı sərhədləri aşır. Hətta 1989-cu ildə Zeynəb Xanlarova ABŞ-da konsert verən zaman “Dağlar qızı Reyhan” mahnısı amerikalılar tərəfindən böyük maraqla qarşılanır və mahnı bir neçə dəfə səsləndirilir. Sonradan məlum olur ki, amerikalılar mahnıdakı Reyhan sözünü “Reyqan” başa düşüblər və Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reyqana həsr olunduğunu güman ediblər.
Eləcə də 1968-ci ildə Türkiyədə “Reyhan – Dağlar kızı” filmi də çəkilir. Filmdə Reyhan obrazını türk aktrisası Filiz Akın ifa edir. “Reyhan” mahnısı bu filmdə də səsləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39

