Uşaqlığımızın nəğməkar babası
31.08.2023 [15:28]
Bu gün Oqtay Zülfüqarov vəfatından 7 il ötür
MÜŞFİQƏ
“Mən xoşbəxtəm ki, uşaqlarla işləyirəm. Uşaqlar məni cavanlaşdırır, qocalmağa qoymurlar”. Bu sözləri ömrünün 60 ilindən çoxunu uşaqlara mahnılar yazan, onların nəğməkar babası bəstəkar Oqtay Zülfüqarov demişdi. Azərbaycan televiziyasında olarkən tez-tez kiçik dostları ilə görüşər, onlarla birgə verilişlər aparardı. Axı o, yaradıcılıq ilhamını körpələrin şirin sözlərindən, fərəh dolu baxışlarından alardı. Yaratdığı nəğmələrini sevimli balaların dilindən eşitmək onun ömrünə ömür qatırdı.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də həkim ailəsində anadan olub. Valideynləri ayrıldığı üçün azyaşlı Oqtayı nənəsi böyüdür.16 yaşı olanda sənədlərini musiqi məktəbinə verir. Yaşı çox olduğu üçün əvvəlcə qəbul etmək istəməsələr də, yolundan dönmür. 7 illik musiqi məktəbini 2 ilə başa vurur. Sonra təhsilini A.Zeynallı adına Musiqi Məktəbində davam etdirir. Evində pianosu olmadığı üçün gecələr məktəbdə qalıb məşq edir, durmadan öz üzərində çalışır. Bir müddət Dövlət Konservatoriyasının violonçel sinfində təhsil aldıqdan sonra professor Qara Qarayevin bəstəkarlıq sinfinə imtahansız qəbul edilir. 29 yaşında Qara Qarayevin bəstəkarlıq sinfini uğurla başa vurur və müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayır.
Mahnıların mövzularını da elə uşaqların özlərindən öyrənib yazıb. O, uşaqlar üçün “Qız-ulduz”, “Pişik və Sərçə” və "Meşə nağılı" operaların, "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediyanın və bir çox məşhur musiqi əsərlərinin müəllifidir. Bundan başqa, "Məlik Məmməd" nağılı əsasında “Sehrli alma” ikihissəli balet və musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı görkəmli sənətkarın rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.
Uşaqlarla işləməyi çox sevənə sənətkarın Leyla, Züleyxa və Cahangir adlı övladı olur. Məşhur “İdman” mahnısını ilk dəfə Leylanın ifasında dinləyib, sevdik. Yaddaşımıza həkk olundu. Hətta Leyla haqqında “Leyla və onun dostları” və “Salam Leyla” adlı filmlər də çəkilmişdi. Oğlu Cahangir Zülfüqarov da atası kimi bəstəkar oldu. Əməkdar incəsənət xadimi, bəstəkar C.Zülfüqarov bir sıra tamaşalara musiqi bəstələyib, sənədli filmlərə mahnı və romanslar yazıb. Atasının xatirəsinə “Ümid adası”nı ithaf edib.
2016-cı il avqustun 31-də Oqtay Zülfüqarov 87 yaşında vəfat edib. Məzarı İkinci Fəxri Xiyabandadır. Biz onun mahnıları ilə böyüdük. İinanırıq ki, dahi bəstəkarın əsərləri uzun illər yaşayacaq. Gələcək nəsil də gözəl, şirin mahnılardan hələ çox bəhrələnəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

