Beynəlxalq Mədəniyyət Günüdür
15.04.2023 [11:00]
15 aprel dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqəlidir. Beynəlxalq hüquq təcrübəsində bu gün Rerix paktı kimi də tanınır və dünyanın bir çox ölkəsində qeyd olunur.
1935-ci ildə Nyu-Yorkda Rerix paktının rəsmi simvolu olan Sülh Bayrağına həsr olunmuş bayram tədbiri keçirilirdi. Rəssam onu ağ fonda qırmızı dairəyə daxil edilmiş üç qırmızı dairə kimi təsvir etmişdi.
Ümumiyyətlə, tarix və mədəniyyət abidələrinin xarici qüvvələrin dağıdıcı təsirindən qorunmasını tənzimləyən qaydalar ideyası məhz rəssam və filosof Nikolas Rerix tərəfindən yaradılıb. 20-ci əsrin lap əvvəllərində, müharibələr və ərazilərin yenidən bölüşdürülməsi dövründə milli antik dövr abidələrini öyrənərkən onların qorunmasının nə qədər vacib olduğunu başa düşən rəssam 1914-cü ildə Rusiya hökumətinə və digər hökumətlərə müraciət edir. Lakin sonradan bu müraciət cavabsız qalır. 1929-cu ildə o, müxtəlif ölkələrin hökumətlərə və xalqlara mədəni irsin qorunmasının hərbi zərurətdən üstünlüyünü təsdiq edən beynəlxalq müqavilənin təkmil formada işlənmiş layihəsi ilə müraciət edir. Onu bu işdə Albert Eynşteyn, Bernard Şou, Herbert Uells, Tomas Mann və o dövrün digər bir çox tanınmış mədəniyyət və elm xadimləri dəstəkləyirdi.
Bundan sonra N.Rerix Pakt üzərində işləməyə davam edir. Daha sonra 1931-ci ildə Belçikada keçirilən Rerix Paktı I Beynəlxalq Konfransı zamanı o, Ümumdünya Mədəniyyət Gününün təqdim edilməsini təklif edir. Və 1935-ci il aprelin 15-də Vaşinqtonda, Ağ Evdə 21 dövlətin başçıları Yer kürəsinin tarixində onun yaradıcısının adını daşıyan “Bədii və elmi müəssisələrin və tarixi abidələrin mühafizəsi haqqında” ilk beynəlxalq müqaviləni imzalayırlar. Bu razılaşma da məhz onun adını daşıyır və “Rerix Paktı” adlandırılır.
1998-ci ildə Beynəlxalq Reriklər Mərkəzi tərəfindən iki il əvvəl təsis edilmiş Mədəniyyətin Müdafiəsi üzrə Beynəlxalq Liqa Paktın imzalanma tarixini Beynəlxalq Mədəniyyət Günü kimi qeyd etmək təşəbbüsü ilə çıxış edir. Bu, fəaliyyəti mədəniyyət, incəsənət, elm və dinin nailiyyətlərinin qorunmasına və artırılmasına yönəlmiş ictimai təşkilatdır. Nəhayət, 2008-ci ildə Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya, Litvada ictimai təşkilatların təşəbbüsü ilə 15 aprelin Sülh Bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi qeyd olunması üçün Beynəlxalq Hərəkat yaradılır.
Hazırda dünyanın müxtəlif ölkələrində və şəhərlərində bu bayram qeyd olunur. Həmin gündə konfranslar və mühazirələr, sərgilər və konsertlər, şeir gecələri, rəqs və teatr tamaşaları keçirilir.
Ümumiyyətlə, mədəniyyət anlayışının izahı insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insan övladının yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlər ilə bağlıdır. Latın dilindən tərcümədə “julture” - “becərmək”, “bəsləmək”, “yaxşılaşdırmaq” mənalarını verən “mədəniyyət” anlayışı insanların fəaliyyət dairəsinin tədricən genişlənməsi ilə əlaqədar olaraq daha geniş bir məna daşımağa başladı. Bununla da, sözün “maarifçilik”, “savad”, “tərbiyə” kimi müxtəlif mənaları formalaşdı. Ərəb dilindən tərcümədə isə bu söz “şəhərsalma” anlamında izah edilir.
Çoxəsrlik zəngin mədəni irsə sahib olan Azərbaycanda da mədəniyyətin inkişafı hər zaman dövlət tərəfindən diqqət mərkəzində saxlanılmaqdadır. Müstəqil Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, mədəniyyətin inkişafının dövlət səviyyəsində təmin edilməsi Heydər Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlərin, islahatların uğurlu nəticəsidir. Onun mədəniyyət işçilərinə xüsusi həssaslıqla yanaşması, sənət adamlarının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri sənət adamları bu gün də böyük həvəslə xatırlayırlar.
Sevindirici haldır ki, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də mədəniyyət sahəsinin inkişafı hər zaman diqqət mərkəzində saxlanılır. Dövlət başçısının müxtəlif vaxtlarda sənət adamları ilə görüşü, mədəniyyət işçilərinə fəxri adların, dövlət mükafatlarının verilməsi deyilənlərin əyani nümunələrindəndir.
Azərbaycan mədəniyyətinin inkişafı barədə söz açarkən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri mütləq vurğulanmalıdır. Onu hansısa bir mübaliğəyə yol vermədən mədəniyyətimizin səmimi dostu adlandıra bilərik. Milli mədəniyyətimiz, tarixin yaddaşı olan ənənələrimiz, mədəni-dini abidələrimiz onun simasında əsl qayğıkeşini, hamisini, təəssübkeşini tapıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünyada layiqli şəkildə təbliğ olunur.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

