Bu gün Müslüm Maqomayevin xatirə günüdür
25.10.2022 [11:07]
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan!!!
Səsi ilə dünyanı fəth edən, Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri əvəzolunmazdır.
1947-ci il avqustun 17-də Bakıda anadan olan bəstəkar gənc yaşlarından unikal səsi ilə milyonlarla insanın məhəbbətini qazanıb. Yüz ildə bir dünyaya gələn nadir tembrli gözəl səsi, möhtəşəm səhnə ustalığı və mükəmməl musiqi duyumu ilə o, sənət aləmində atdığı ilk addımlardan milyonların sevimlisinə çevrildi. Müslüm Maqomayevin bəstəkar kimi formalaşmasında ailəsinin musiqiyə olan sonsuz marağının da rolu böyükdür. Adını görkəmli bəstəkar babasından alan Müslüm onun sənətini layiqincə davam etdirərək adını ölməzliyə ucaltdı.
Musiqi sənətimizdə böyük iz qoyaraq ölkəmizi dünyaya tanıdan musiqiçimizin şöhrətə gedən yolu çox cavan yaşlarında başlayıb.
Müslüm Maqomayevi 14 yaşında Bakı dənizçilər evində keçiriləcək konsertdə xüsusi nömrə ilə çıxış etməyə çağırırlar. Ailəsi hələ yeniyetmə olduğu üçün səsinin batmasından qorxaraq solo konsertlə çıxış etməyə icazə vermir. Müslüm isə artıq səsinin tam formalaşdığını düşünür və qəti qərarını verir. Bu çıxışı böyük uğur gətirərək onu yüksəklərə aparır. O, 1961-ci ildə Bakı hərbi dairəsinin mahnı və rəqs ansamblının solisti olur və bu zaman Müslümün Zaqafqaziya üzrə ilk qastrolu baş tutur. Həmin il Helsinkidə keçirilən gənclər festivalında “Buxenvald harayı”nı mükəmməl şəkildə ifa etdikdən sonra Müslüm Maqomayev məşhurlaşmağa başlayır. 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurla çıxış edir və həmin “haray” Kreml sarayında ifa edildikdən sonra sovet televiziya efirinə böyük səs gətirir. Bundan sonra Müslüm Maqomayev şöhrət addımlarını sürətlə atmağa başlayır. Ardı-arası kəsilməyən solo konsert təklifləri onu daha da məşhurlaşdırırdı və çıxışlarına görə Sovet dövlət mükafatları alırdı. Sonrakı mərhələ artıq dünya miqyaslı səhnələr idi. 1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verdi. Bundan sonra beynəlxalq mükafatlar da almağa başladı. 1969-cu ildə Polşada keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını aldı. Hər şey çox tez baş verirdi, sanki dünya onu gözləyirdi.
Müslüm Maqomayevin adı həm Avropada, həm də Amerikada “müsəlman” mənasını daşıyırdı. Buna görə də Moskva onun adına ilişir və “müştəriləmizi qaçırdacaq”, “müsəlman hara, opera sənəti, estrada hara?” deyərək Müslümü adını dəyişməyə zorlayırdılar. Yerli partiya rəhbərliyi də razı olmağa hazır idi. Lakin ulu öndər Heydər Əliyevin vəziyyətdən xəbərdar olması ilə məsələ həll yolunu tapdı:
“Bizim müsəlmanlar... siz dediyiniz kimi, “müslüm”lər, görünür, xaricdəkilərdən dəfələrlə ağıllı, istedadlıdırlar. Opera, estradada ən tanınmış Avropa sənətkarını belə yerində otuzdurarlar. Afişalardakı “Müslüm” adını görən bütün müsəlmanlar Maqomayevi özününkü bilib dərhal bilet alacaq bu konsertlərə. Bizdəki xalqlar dostluğuna heyran qalacaq, inanın”.
Bununla da təhlükə birdəfəlik aradan qaldırıldı.
Ümummilli lider Heydər Əliyev Müslüm Moqamayevin hamisi və eyni zamanda pərəstişkarı olub. Müslüm Maqomayev Heydər Əliyevin onun həyatında oynadığı əvəzsiz rolu hər zaman çox böyük ehtiramla yad edirdi.
Dünyaşöhrətli musiqiçimiz Müslüm Maqomayev SSRİ “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenləri ilə təltif edilib və 31 yaşında SSRİ Xalq Artisti adına layiq görülüb. 1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib və bir çox kitablar çap olunub.
Repertuarında 600-dək əsəri olan Müslüm Maqomayevin ən gözəl əsərlərindən biri Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və ölkəmizə ithaf olunmuş “Azərbaycan” mahnısıdır. Bu mahnı artıq ölkəmizin simvoluna çevrilib. Müslüm Maqomayev, həm də gözəl mahnılar müəllifidir.
Müslüm Maqomayev daim vətəni ilə fəxr edir və ona dərin məhəbbət bəsləyirdi.
Müslüm Maqomayevin Sergey Yeseninin sözlərinə bəstələdiyi və yalnız evindəki studiyada yazdırmağa macal tapa bildiyi “Əlvida, ey Bakı” mahnısı onun sonuncu əsəri olub:
Əziz Bakı, əlvida! Son görüşdür, əlvida.
Bir həyəcan, bir kədər könlümü etmiş vətən.
Ürəyim narahatdır bu ayrılıq çağında,
Adi dostluq sözünü hiss edirəm dərindən.
Ey Azər övladının yurd-yuvası, əlvida!
Damarımda qan donur, gücdən düşür
qollarım.
Ən xoş anlarım kimi çıxmaz yadımdan amma,
Xəzər dalğalarıyla, Balaxanı baharı.
Salamat qal, ey Bakı! Sən sadə bir nəğməsən,
Son dəfə öz dostumu qoy bağrıma basım, qoy!
İstərəm yasəməni tüstülərin içindən
Qızıl gül tək başını üzümə tərpətsin o!
Görkəmli bəstəkar Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də ürək xəstəliyindən vəfat etdi. Onu vəsiyyəti əsasında, Bakıda Birinci Fəxri Xiyabanda öz babasının yanına dəfn etdilər. Dəfn mərasiminə onunla vidalaşmağa minlərlə insan gəldi. Yaşarkən də sevəni çox idi, indi də sevəni çoxdur. Onun musiqimizdə yaratdığı təkrarolunmaz əsərlər hələ də sevilərək dinlənilir.
Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Hazırda Azərbaycan Dövlət Filarmoniyası onun adını daşıyır.
Prezident İlham Əliyev Müslüm Maqomayevin sənətinə yüksək qiymət verir. Onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində hər il Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilir. Bu il avqustun 17-də Prezident İlham Əliyevin müvafiq cərəncamına əsasən Bakının Dənizkənarı Milli Parkında unudulmaz sənətkar Müslüm Maqomayevin abidəsinin açılışı olub. Prezident İlham Əliyev özü şəxsən açılışda iştirak edib. Müslüm Maqomayevin bənzərsiz yaradıcılığından danışan İlham Əliyev onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq deyib:
“Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır... Atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq”.
Müslüm Maqomayev xatirəsi, sənəti, bənzərsiz ifaları ilə Azərbaycan xalqının qəlbində daima yaşayacaq!
SƏİDƏ Rəhimli
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09

