Oğlunun ölümünü 40 gün sonra bilən Şəfiqə Axundova
26.07.2022 [10:41]
Şərqdə ilk opera yazan qadın bəstəkarın acı taleyi
MÜŞFİQƏ
Sözlərimə miqyası dünyalara sığmayan “Həsrətindəyəm” bəstəsini dinləyərək başlamaq qərarına gəldim. Hər bir notu hislərimizin, duyğularımızın, itirdiklərimizin, həsrətimizin, nisgilimizin səsinə çevrilir, qəlbləri riqqətə gətirir. “Niyə bu bəstə insana bu qədər toxunur?” deyə düşünmədən dura bilmirsən. Sən demə, notların dili ilə acı taleyini dilə gətirirmiş, dərdini, harayını bizimlə bölüşürmüş böyük sənətkar. Həmin bəstəni müşayiət edən isə dərd yarası, talesiz oğlu Talehdən başqası deyildi. Bir qədər sonra bu mövzuya qayıdacağıq...
Üzeyir bəyin kəşfi idi
Bu gün Şəfiqə Axundovanın anım günüdür. Onu yad etməsək, ruhuna, yaradıcılığına, mirasına, yaşatdığı duyğuya... böyük günah olardı. O, 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub, dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Sənətkarın xatirəsindən bir parça: “Üzeyir bəy mənə ilk dəfə qulaq asdıqdan sonra dedi: “Bu qızın çalğısında yaradıcılıq hiss olunur. Amma mütləq musiqi savadı almalıdır”. Təsəvvür edin ki, 17 yaşım var idi. Amma bircə not da bilmirdim. Kim idi məni bu yaşımda musiqi məktəbinə götürən. Məhz Üzeyir Hacıbəyovun - o böyük insanın qayğısı mənə bu yolda kömək oldu. Onun məsləhəti ilə əvvəlcə Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın sinfində musiqi nəzəriyyəsi ilə tanış oldum. Yadımdadır, imtahan zamanı Qara Qarayev çox ciddi tərzdə dedi: “Bu qız əsl bəstəkar olacaq”.
Şəfiqə xanım tələbəlik illərindən onun üçün çox əziz olan bir hədiyyəni səliqə ilə saxlayırdı. Bu, sevimli müəllimi Ü.Hacıbəyovun “Cəngi” not dəftəri idi. Onun titul vərəqində bəstəkar öz xətti ilə yazmışdı: “Gənc bəstəkar, istedadlı tələbə Şəfiqəyə bir xatirədir. Ü.Hacıbəyov”.
Şərqin ilk opera yazan qadın bəstəkarı
Hələ gənc ikən onun bəstələdiyi mahnıları məşhur müğənnilər Şövkət Məmmədova, Bülbül və başqaları ifa edirdilər.
1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla, Şəfiqə Axundova Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşdü. Operanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulması Şəfiqə Axundovanın yaradıcılığında əlamətdar hadisə oldu. Bu opera neçə illərdir ki, teatrın repertuarındadır. Opera tam şəkildə vala da yazılmışdı. Bu hadisəni bəstəkar özü üçün səadət adlandırırdı.
1998-ci ildə Xalq artisti adına layiq görülüb, 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. 500-dən artıq mahnının müəllifi olan bəstəkarın ürəyi ömrünün ixtiyar çağında da xalqının sevinci və kədəri ilə birgə döyünür, onu daha maraqlı əsərlər yaratmağa ruhlandırırdı.
“Şərqdə ilk operanı yazan qadının acı taleyi” deyə media ondan yazmağa başladı
Çox gənc yaşlarından ailə həyatı quran Şəfiqə xanımın evliliyi uzunömürlü olmadı. Həyat yoldaşı sənətinə mane olurdu. Aralarında tez-tez narazılıqlar yaranan bəstəkar çarəni yeganə oğlu Taleh Hacıyev ilə birlikdə getməkdə gördü. Deyilənə görə, Səməd Vurğun məşhur “Aygün” poemasını ona həsr etmişdi.
Onlar ayrılanda Taleh hələ kiçik idi. Buna baxmayaraq, sevgi ilə əhatələnmişdi. Yaxınları bundan xəbər tutmasalar da onun musiqiyə çox böyük həvəsi vardı. 18-20 yaşlarında yazdığı “Belə qəmli dayanma” mahnısı”, “Həyat sən nə şirinsən” mahnıları ilə istedadı üzə çıxdı. Anası tərəfindən yazılan ilk operanın konsertmeysteri də elə özü idi. “Tale danışanda insan susar”, deyiblər. Talehin musiqiləri dilə gələndə bütün ölkə susdu və onu dinlədi. Günlərin bir günü səssizləşdi, içinə qapandı. Gənc yaşında ruhi xəstəliyə düçar oldu. Oğlunun bu halını gördükcə hər gün sarsılan Şəfiqə xanım çətin günlər yaşadı. Nə qədər müalicə olsa da, səhhəti düzəlmədi ki, düzəlmədi. Ömrünü 2008-ci ildə Maştağada yerləşən ruhi əsəb xəstəxanasında başa vurdu. Ölümü 40 gün anasından gizli saxlanıldı. 40-cı günündə isə...
Oğlu ilə eyni ayda dünyasını dəyişdi
Bəstəkarın artıq yeganə ümidi, bircə balası yox idi. “Talehdən çox nigaranam. Mən dünyada olmayanda nə edəcək, necə yaşayacaq? Axı, uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada” deyirdi.
“Arzu”suna çatdı.
Oğlunun ölümü ilə heç cürə barışa bilmədi. Hər gün iztirab, dərd içində “balam” dedi. Dilindən isə oğluna həsr etdiyi “Lay-lay” mahnısını düşürmədi. Hər gün Talehinə lay-lay çaldı. Övlad dağı çəkildi sinəsinə. Yaradıcılıq ilə məşğul ola bilmədi. Birinci balasının itkisi, ikinci balasını da ondan uzaqlaşdırdı. Beşcə il Talehsiz yaşaya bildi. 2013-cü il iyulda 26-da səssiz-səmirsiz gözlərini yumdu. Tale onu oğluna qovuşdurdu. 90 illiyini xalqı ilə birgə keçirtmək istəyirdi, amma oğluyla qismət oldu.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

