Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / "Xarıbülbül" Festivalının keçiriləcəyi tarix müəyyənləşib

"Xarıbülbül" Festivalının keçiriləcəyi tarix müəyyənləşib

04.05.2022 [11:51]

"Şuşa ili”nin ilk böyük tədbiri "Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib.

Mədəniyyət Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, festivalın 12-14 may tarixində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il mayın 12-i və 13-də Şuşa işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilib.

Paylaş:
Baxılıb: 1260 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30