Bəzən insanlara özlərini göstərmək lazımdır ki, başa düşsünlər
14.12.2021 [11:10]
Mən demirəm ki, rüşvətxor baxıb bir daha rüşvət almayacaq. Amma içində bir qırılma nöqtəsi ola bilər
Taleh Yüzbəyov
(əvvəli ötən sayımızda)
- Müsahibələrinizin birində demişdiniz ki, düşünün ki, reklam bilbordlarında şəkliniz var və bütün ölkə sizin şəkillərinizi görür. Ondan sonra işə gəlib zənglərə cavab verən sadə bir adamın həyatına davam edirsən...
- Bəli. İşlədiyim şirkətin reklamında da çəkilmişəm. Düşünün, telefon tarifi bütün şəhəri bəzəyir, səhəri günü gəlib həmin tarifi “call center”də satmalı olursan. Eyni hadisə “Oğlan evi” filminin çəkilişləri zamanı da baş verdi. O zaman satış şöbəsində çalışırdım. Axşam ilk premyeram idi. Hazırlaşıb getmişəm. Sevinirəm ki, səhnəyə çıxmışam. Zirvədəyəm, premyerada insanlar məni alqışlayır. Növbəti gün isə heç nə olmamış kimi ofis həyatına davam etmişəm.
Sanki, ikili həyat yaşayırdım
- Bir növ, Herman Hessenin “Yalquzaq” əsərinin qəhrəmanı kimi ikili həyat yaşamısınız. O da ikili həyat yaşamaqdan bezmişdi. Çətin olmadı?
- Çox doğru vurğuladınız. Mən anladım ki, bu ikili həyatı yaşaya bilmirəm. Sonra bu cığırda yeni üfüqlər göründü, “youtube” və “facebook” mənim məşhurlaşmağıma təkan verdi. Belə oldu ki, mən özüm özümü çəkmək qərarına gəldim.
Səhər oyananda görüb ki, “facebook”da hər kəs bu videodan danışır
- Tale üzünüzə necə güldü? O qırılma anı necə oldu?
- 14 fevralda nişanlıma hədiyyə almağa pulum yox idi. Fikirləşdim ki, nə edim... Ağlıma gəldi ki, video çəkib onu təbrik edim. Həmin mobil operatorun uşaqları ilə danışdım. Dedim ki, mənə kömək edin, qısa süjet çəkək. O ərəfədə də nişanlım, sən demə, vaxt ayılmadığım üçün məndən inciyibmiş. Deyə də bilmirəm ki, sənə sürpriz hazırlayıram. Bir qəpik də xərcləmədən dostlarımla video çəkdik, montaj etdim. 14 fevral gecəsi sosial şəbəkədə paylaşdım. Ondan başqa hamı baxıb. Səhər oyananda görüb ki, “facebook”da hər kəs bu videodan danışır. Bu video sayəsində məşhur olacağımı gözləmirdim. Ondan sonra davamlı olaraq qısa videolar çəkdim.
Hədəfim o deyildi
- Həmin uşaqlarla indi də görüşürsünüz?
- Həmin uşaqların bir neçəsi indi mənimlə çalışır. Yeni layihələrimdə hər zaman onlar olub, olacaqlar. Hələ də münasibət və dostluq var. Həyat yoldaşımla da iş yoldaşı olmuşuq. O uşaqların həyatımda rolu çox böyükdür. Çox şey o uşaqların hesabına oldu. Amma orada çox qala bilməzdim. Çünki hədəfim o deyildi.
İnciyənlər də var
- “Instagram” hesabınızda “Aktyor dövrünün güzgüsüdür” - deyə qeyd edibsiniz. Aktyor kimi dövrün hansı problemlərinə ayna tutubsunuz?
- Bu, Şekspirin fikridir. Müasir dövr üçün “Yaradıcı insan dövrünün güzgüsüdür” olmalıdır. Videolarımda dövrümüzün reallıqlarını işıqlandırmağa çalışıram. Mənim işlərimə baxan özünü görə bilir. Bəzən insanlara özlərini göstərmək lazımdır ki, başa düşsünlər. Mən demirəm ki, rüşvətxor baxıb bir daha rüşvət almayacaq. Amma içində bir qırılma nöqtəsi ola bilər. Dəfələrlə videolara baxıb nəticə çıxaran insanlar olub. Özləri yazıb etiraf edirlər və mənə təşəkkürlərini bildirirlər. Əksinə, qəbul etməyən, inciyənlər də var.
Dünyada elə təhsilsiz aktyorlar var ki...
- Əhatənizdə təhsili olmayan gənclər də var, münasibət necədir?
- İnternet nə teatrdır, nə də televiziya. Sən heç kimin yerini tutmursan. Sponsor tapıb video çəkirsən və öz kanalında yayımlayırsan. Əgər insan ədalətlidirsə, bu gənclər insanlarda qıcıq yaratmamalıdır. Əlbəttə, təhsil önəmlidir. İnsan aktyor olmaq istəyirsə, təhsilinin olması üstünlükdür. Amma dünyada elə təhsilsiz aktyorlar var ki, təhsilli aktyorlardan kameranı daha yaxşı hiss edirlər, tərəf müqabilinin sözünə girmirlər, mətni yadda saxlaya bilirlər. Bunlar təcrübə ilə qazanılır.
Bizim vaxtımızda operatorun kamerası yox idi
- Demişdiniz ki, Mədəniyyət və İncəsənət Universitetinin düşünən beyinlərini söküb yenidən yığmaq lazımdır. Sənət böyüklərinizin xətrinə dəyməkdən qorxmursunuz?
- Əgər yolunu satira janrından salırsansa, onsuz da həmişə kiminsə xətrinə dəyməli olacaqsan. Videolarımın çoxu satiradır. Qara yumorla məşğul olmaq istəyirsənsə, istər-istəməz səndən inciyəcəklər. İncəsənət Universitetini bitirmiş, məzunları ilə dəfələrlə söhbət etmiş bir adam kimi deyə bilərəm ki, teatr və kino aktyorluğunu oxuyan uşaqlara heç vaxt kamera qarşısında dərs keçmirlər, ancaq teatrda dərs keçirlər. Hətta bizim vaxtımızda operatorun kamerası yox idi. Bəs o nə ilə öyrənəcək? Evdə öyrənəcək? Sovet dövründən qalma bir “kafa” var. Müəllim və tələbələr zamanla ayaqlaşmalıdırlar. Onların nə yeni filmlərdən, nə də festivallardan xəbərləri var. Bu kimi hallar belə düşünməyə məcbur edir. Bu yaxınlarda reklam çəkilişi edirdik. Kast üçün uşaqları çağırdıq. İstədim ki, öz uşaqlarımız olsun. Gördüm ki, alınmır. Ən azından, masterklasslar keçirilməlidir. Dünyanın məşhur aktyorları 100 dollar ödəməklə sənə masterklass keçir. Bax, bu özünə yatırımdır. Deyiləsi dərd deyil. Mən oradan məzun olmuşam deyə bilirəm. Heç kəsə şər atmıram. Ümid edirəm ki, dəyişilsin. Amma necə deyərlər, köhnə hamam, köhnə tas.
Olmazdı ki, özümüz ona dəstək olaq?
- Film sektoru həqiqətən çöküb?
- 10 il əvvəl ilə müqayisədə çöküb. Xatırlayırsınızsa, ilk komediya filmlərinin bir uğur dönəmi oldu. 2017-ci ildə bir ilə 15 film çəkilirdi. Sonradan o kino çəkənlərin filmə kommersiya məqsədi ilə yanaşması tamaşaçıları küsdürdü. Daha sonra, məlum olduğu kimi, kinoteatrlar arasında soyuq müharibə oldu. Vəziyyət gərginləşdi. Kinoya pul ayrılır, amma reklama ayrılmır. Bu, sovetdən qalma düşüncədir. Filmi tanıtmaq lazımdır. Baxın Rüfət Həsənovun “Daxildəki ada” filmi 26-cı Sarayevo Film Festivalında qalib oldu. Oskar mükafatı mərasimində Azərbaycanı təmsil etdi. İkinci uğurumuz isə Hilal Baydarov oldu. Ötən il Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi dünyanın ən nüfuzlu festivalında bizi təmsil etdi. Hilal kino dərvişidir. Onu şəxsən tanıyıram. Bu insanın kinodan başqa amalı yoxdur. Filmlərini də dost-tanışla 100 manata çəkirdi. Xarici prodüserlərdən biri onun işini bəyənib dəstək oldu. Olmazdı ki, özümüz ona dəstək olaq? Azərbaycanda “art house” alternativ janrlı filmlərə, az büdcəli azad filmlərə dəstək olmaq lazımdır. Ən əsası, filmlərə ayrılan pulları düzgün xərcləmək lazımdır ki, sənətkarlar yetişsin və ölkəmizi layiqincə təmsil edə bilsinlər. Biz də mədəniyyətimizlə fəxr edək.
Zövq aldım
- Səmimi söhbətə görə təşəkkür edirik.
- Uzun müddətdir ki, heç bir mətbuat orqanına müsahibə vermirdim. Sözlərim və fikirlərim təhrif olunurdu. Amma çox zövq aldım. Mən təşəkkür edirəm.
Müşfiqə
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

