/ / Günay Əfəndiyeva UNESCO-da Beynəlxalq Türk Dili Gününün elan edilməsi ilə bağlı məsləhət toplantısında iştirak edib
Günay Əfəndiyeva UNESCO-da Beynəlxalq Türk Dili Gününün elan edilməsi ilə bağlı məsləhət toplantısında iştirak edib
13.02.2021 [08:50]
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva UNESCO üzrə Türkiyə Milli Komissiyası tərəfindən təşkil edilən UNESCO-da Beynəlxalq Türk Dili Gününün elan edilməsi ilə bağlı məsləhət toplantısında iştirak edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri ilə yanaşı, digər türk əməkdaşlıq təşkilatlarının, o cümlədən Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un, Beynəlxalq Türk Akademiyasının rəhbər və nümayəndələri, UNESCO - nun Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan üzrə milli komissiyalarının baş katib və təmsilçiləri, eləcə də alimlər və rəsmi şəxslər iştirak ediblər.
Görüşdə iştirakçılar türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsinə, linqvistik və mədəni müxtəlifliyin qorunmasına diqqət çəkərək, Beynəlxalq Türk Dili Gününün elan edilməsi haqqında qətnamə layihəsinin UNESCO -ya təqdim edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
İclası giriş sözü ilə açan UNESCO üzrə Türkiyə Milli Komissiyasının baş katibi Öcal Oğuz zəngin türk dilinin mədəni irsə böyük əsərlər qazandırdığını və bu dəyərli dilin daha geniş sivilizasiyalara yayılmasının vacibliyini vurğulayıb. Öcal Oğuz, eyni zamanda, UNESCO tərəfindən Beynəlxalq Türk Dili Gününün elan edilməsi istiqamətində UNESCO üzrə türk milli komissiyalar və türkdilli beynəlxalq təşkilatlarla birgə tədbirlərin keçirilməsinin vacibliyindən bəhs edib.
Məsləhət toplantısında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da çıxış edib.
Fondun prezidenti öz çıxışında türk dili gününün elan edilməsinin türkdilli xalqların çoxəsrlik tarixinin və mədəniyyətinin beynəlxalq miqyasda daha da geniş tanıdılmasına böyük töhfələr verəcəyini bildirib. G.Əfəndiyeva misilsiz mədəni tarixə malik olan türk xalqlarının həm şifahi, həm də yazılı şəkildə diqqətəlayiq linqvistik və ədəbi əsərlər yaratdığını da qeyd edib.
Fondun prezidenti deyib: “Türk dili qədim tarixə, zəngin köklərə sahibdir. Dilin ən mühüm funksiyası insan dünyasını əks etdirməklə yanaşı, ümumilikdə mədəniyyəti qorumaq və onu nəsildən-nəslə ötürməkdir. Məhz buna görə də dil şəxsiyyətin, milli xarakterin, xalqın, millətin formalaşmasında mühüm rol oynayır. Türk dili köklü təmələ və geniş coğrafiyaya malikdir”, - deyə o qeyd edib.
G.Əfəndiyeva əlifbanın hər bir xalqın həyatında, yazılı mədəniyyətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanın və bütövlükdə türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın Latın əlifbasına keçməsi, eyni zamanda, Qazaxıstan və digər türkdilli dövlətlərin də latın qrafikasından istifadə etməklə bağlı aldığı qərarlar ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. O, eyni zamanda, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin “Yunus Emre və Türk dili ili” elan etməsinin bütün Türk dünyası üçün əlamətdar bir hadisə olduğunu vurğulayıb.
Rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyətindən söz açan Günay Əfəndiyeva, türk dünyasının qədim və zəngin irsinin öyrənilməsi və təşviqi məqsədilə keçirilən tədbirlərin, layihə və proqramların Fondun əsas prioritetlərindən biri olduğunu bildirib.
Sonda G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun türk dünyasının mədəni irsinin qorunması ilə bağlı təşəbbüsləri həm UNESCO layihələri çərçivəsində, həm də dünya miqyasında dəstəkləyəcəyini vurğulayıb.
Yığıncaqda iştirakçılar Beynəlxalq Türk Dili Gününün elan edilməsinə dair fikir mübadiləsi aparıb və təcrübələri ilə bağlı müxtəlif təkliflər veriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06

