/ / UNESCO Komitəsinin sessiyasında Daimi Nümayəndəliyimiz Ermənistanın qurumu siyasiləşdirmək cəhdinə etirazını bildirib
UNESCO Komitəsinin sessiyasında Daimi Nümayəndəliyimiz Ermənistanın qurumu siyasiləşdirmək cəhdinə etirazını bildirib
09.02.2021 [09:36]
UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın sədr müavini olduğu Hökumətlərarası Komitənin 14-cü sessiyasında Mədəniyyət Nazirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyimizin nümayəndələri iştirak ediblər.
Sessiya çərçivəsində kreativ sənayeyə dair 18 bənd üzrə müzakirələr aparılıb və onlara uyğun müvafiq qərarlar qəbul olunub. UNESCO yanında Daimi Nümayəndəliyimizin əməkdaşlarının müzakirələr zamanı qərar layihələri ilə bağlı irəli sürdüyü təklifləri təqdir olunaraq, yekdilliklə qəbul edilib.
Sessiyanın gündəliyinin əsas məsələlərindən olan tərəflərin ölkələrində Konvensiyanın həyata keçirilməsini əks etdirən dördillik periodik hesabatlarla bağlı dinləmələrdə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev çıxış edərək, Ermənistanın 2020-ci il hesabatına iradlarını bildirib və ermənilərin növbəti təxribatçı cəhdinə etirazını ifadə edib.
Diqqətə çatdırıb ki, Azərbaycanın Qarabağ regionuna istinad edərək, uydurma marionet rejimin adını hallandırması Ermənistanın 2020-ci ilin noyabrında imzaladığı üçtərəfli sülh bəyanatına ziddir. Ermənistan tərəfi bununla Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağa, Azərbaycan xalqının hüquqlarını və qanuni mənafelərini təhdid etməyə cəhd göstərir.
UNESCO-nun siyasiləşdirilməsinin yolverilməzliyini xüsusi qeyd edən səfir E.Abdullayev, bu regionun adının Qarabağ olduğunu və bütün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını, 44 günlük müharibədən sonra Azərbaycanın ərazilərini 30 illik işğaldan azad edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyini və münaqişənin artıq olmadığını iclas iştirakçılarının diqqətinə çatdırıb.
Səfir çıxışında vurğulayıb ki, Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Şuşa gələcəkdə bütöv regionun mədəniyyət paytaxtı olacaq.
Daimi Nümayəndəliyin rəhbəri bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad edilmiş ərazilərimizdə artıq quruculuq işləri başlayıb. Quruculuq işlərinə cəlb olunmuş yerli və xarici şirkətlərlə birlikdə “ağıllı şəhər” və “ağıllı kənd” quruculuğu istiqamətində layihələrə start verilib.
Sessiya çərçivəsində Mədəniyyət Nazirliyinin, eləcə də Daimi Nümayəndəliyin əməkdaşları müxtəlif qərar layihələrinin müzakirəsində fəal iştirak edərək, “Kreativ Azərbaycan” portalı, ResiliArt Hərəkatı, kreativ layihələr, kreativ sektorda vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının iştirakı kimi məsələlərə dair ölkəmizdə həyata keçirilimiş layihələrdən söz açaraq, ölkəmizin mövqeyini təqdim ediblər.
Hökumətlərarası Komitənin 14-cü sessiyasında növbəti 15-ci sessiyanın 2022-ci il fevralın 8-dən 11-dək keçiriləcəyi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

