/ / Yüen Sikun: Azərbaycan Prezidenti tərəfindən “Nizami Gəncəvi İli”ndə təltif olunmağım böyük şərəfdir
Yüen Sikun: Azərbaycan Prezidenti tərəfindən “Nizami Gəncəvi İli”ndə təltif olunmağım böyük şərəfdir
09.02.2021 [09:35]
Dahi Nizami Gəncəvinin büstünü hazırlayan heykəltaraş kimi məhz “Nizami Gəncəvi İli”ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmağım mənim üçün böyük şərəfdir.
Bu sözləri Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin Pekin şəhərindəki Çaoyan parkında qoyulmuş büstünün müəllifi, Çinin tanınmış heykəltaraş-rəssamı, Pekindəki Cintay İncəsənət Mərkəzinin direktoru, Çin Kreativ Sənaye Alyansının prezidenti, professor Yüen Sikun AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində deyib. O, Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması barədə xəbəri eşidəndə xeyli sevindiyini söyləyib: “Bu mükafata layiq görülməyim mənim üçün qürurvericidir. Təəssüf edirəm ki, indiyədək Prezident İlham Əliyevlə görüşmək imkanım olmayıb. Ümid edirəm ki, nə vaxtsa Azərbaycana səfər edəndə, bu cür yüksək ordenə layiq görüldüyüm üçün Prezident Əliyevə şəxsən təşəkkür edəcəyəm. Mən hətta Çin kalliqrafiya sənəti janrında Azərbaycan Prezidentinin rəsmini də çəkmişəm. Əgər Azərbaycana səfər edə bilsəm, ölkənizi daha yaxından tanımaq, ən əsası isə dahi Nizaminin şəhəri olan Gəncəni görmək istərdim”.
Yüen Sikun müxtəlif xalqların dahilərinin büstlərini hazırlamaqla məşhurdur. Heykəltaraş 2012-ci ildə dahi Nizami Gəncəvinin tuncdan büstünü hazırlayıb. O, Nizami Gəncəvinin büstünü təxminən 8 aya hazırladığını, dahi şairin daxili aləmini dəqiq təqdim etmək üçün dahi şairin əsərlərini mütaliə etdiyini bildirib: “Azərbaycan böyük tarixi və zəngin mədəni irsi olan bir diyardır. Nizami Gəncəvi isə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahidir. Onun poeziyası mənəvi kamilliyi, insanpərvərliyi ilə fərqlənir. Çaoyan parkında yerləşən Cintay İncəsənət Mərkəzinin ərazisində dünyanın müxtəlif xalqlarının tanınmış şəxslərinin büstü var. Onların içərisində Nizami dövrünə görə ən uzaq keçmişdə yaşamış şəxsiyyətdir. Dolayısı ilə onu heç kim görməyib və bu gün qəbul etdiyimiz şəkil də rəssam təxəyyülünün məhsuludur. Əsərlərini ona görə mütaliə etmək qərarına gəldim, çünki bu, mənə dahi Nizaminin obrazını yaratmaqda ən yaxşı bələdçi olacaqdı. Burada abidələri olan digər görkəmli şəxsiyyətlərlə müqayisədə Nizami Gəncəvinin tərənnüm etdiyi ideyalar təkcə öz xalqına ünvanlanmayıb. Nizami Gəncəvi öz əsərləri ilə bütün dünya xalqlarını ədalətə, humanizmə, saf sevgiyə çağırıb. Başqa sözlə, Nizami əsərlərindəki ideyalar ilə sərhədləri aşıb. Məhz elə ona görədir ki, Şərq poeziyasının görkəmli nümayəndəsi olan Nizamini bütün dünyada tanıyırlar, oxuyurlar, onun irsini araşdırırlar. Nizami Gəncəvi gözəl şair olmaqla yanaşı, dərin elmi biliklərə malik olub. Elə əsərləri vasitəsilə də elmi biliklərini insanlara çatdırmağa çalışıb. Onun əsərlərini oxumaqla maariflənmək mümkündür. Bu parkı ziyarət edənlər dünya ədəbi irsində Nizami Gəncəvi kimi bir dahinin olması barədə məlumat əldə edə bilərlər. Bu işdə mənim də əməyim olduğu üçün çox qürurluyam”.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

