/ / Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndələri ilə görüş olub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndələri ilə görüş olub
05.02.2021 [09:37]
Fevralın 4-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq 44 günlük Vətən müharibəsi dövründə türkdilli ölkələrin, xüsusilə qardaş Türkiyənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması uğrunda apardığı haqlı mübarizəsində göstərdiyi dəstəyi vurğulayıb: “Bununla da Türkiyə-Azərbaycan dostluğunun, həmrəyliyinin əbədiliyi və sarsılmazlığı bütün dünyaya bir daha sübut olundu”.
O, eyni zamanda, fond və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi arasında konstruktiv əməkdaşlıq münasibətlərinin olduğunu qeyd edib: “Türk Dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən 2016-cı ili Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə ehtiram əlaməti olaraq “Heydər Əliyev ili” elan edilmiş və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə Ankarada ilin açılış mərasimi keçirilmişdi”.
Günay Əfəndiyeva, həmçinin Qarabağda olan Azərbaycanın tarixi, dini, mədəni abidələrinin mövcud vəziyyətinin acınacaqlı halda olması məsələsinə də toxunub. Fondun prezidenti Azərbaycanın maddi-mədəni irsinə, incəsənət nümunələrinə qarşı törədilən vandal əməllərin 30 illik tarixin nəticəsi olduğunu qeyd edib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına rəhbər səviyyəsində iki dəfə səfər edən ilk beynəlxalq təşkilat olduğunu bildirib.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Dəmirçi Azərbaycana səfərindən, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olmağından məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycanın qədim torpaqlarının işğalçılardan tamamilə təmizlənməsinin və qazanılan şanlı zəfərin bütün türk dünyasına böyük qürur yaşatdığını vurğulayıb. Baş katib tarixi Azərbaycan ərazilərinin geri qaytarılması ilə Azərbaycanın milli kimliyinin bir daha qoruyub saxladığını bildirib. İlyas Dəmirçi, həmçinin Qarabağda yerləşən memarlıq nümunələrinin dağıdılması, təhqir olunması əməllərini qətiyyətlə pisləyərək, abidələrin bərpa edilməsi istiqamətdə görülməsi planlanan işlər barədə məlumat verib.
Qeyd edək ki, birliyin nümayəndə heyəti Qarabağ bölgəsində yerləşən maddi-mədəni abidələrə dəyən zərəri, eləcə də bu istiqamətdə görülə biləcək işləri müzakirə etmək məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Azərbaycana səfər edib.
Daha sonra tərəflər bir-birilərinə hədiyyələr təqdim ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

