Mədəniyyət Nazirliyi ilə ABŞ-ın ölkəmizdəki səfirliyi arasında anlaşma memorandumu imzalanıb
20.08.2020 [08:56]
Avqustun 19-da Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə ABŞ-ın Azərbaycandakı Səfirliyi arasında “Amerika guşələri” proqramı çərçivəsində əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanıb.
Anar Kərimov Azərbaycanla ABŞ arasında humanitar sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib.
Xatırladaq ki, nazirliklə səfirlik arasında 2017-ci ildə imzalanan anlaşma memorandumuna əsəsən, Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” yaradılıb. Qarşılıqlı razılıq əsasında növbəti üç il müddətinə yeni sənəd imzalanıb. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ABŞ-ın Azərbaycan Respublikasında Səfirliyi 2020 - 2023-cü illərdə Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” kimi tanınan ictimai informasiya və fəaliyyət mərkəzlərini dəstəkləməkdə birgə əməkdaşlığının davam etdirilməsini nəzərdə tutur.
Sənədə əsasən, Mədəniyyət Nazirliyi guşələrin fəaliyyət göstərməsinə dəstəyi təmin edəcək. Öz növbəsində səfirlik guşələri Birləşmiş Ştatlar haqqında, habelə ikitərəfli maraqlara uyğun mövzularda çap edilmiş ədəbiyyat və internet əsaslı elektron resurslarla, ABŞ-ın dövri mətbuatına abunə və Amerika filmlərinin nümayişinə icazəni nəzərdə tutan lisenziya ilə təmin etməyi üzərinə götürür. Hər bir guşənin veb-saytının fəaliyyəti və mütəmadi qaydada yenilənməsi də səfirlik tərəfindən həyata keçiriləcək. Eyni zamanda, nazirlik və səfirliyin birgə əməkdaşlığı ilə guşələrin işçiləri üçün treninq və məşvərətlər təşkil ediləcək.
Səfir Örl Litzenberqer layihənin regionlarda yaşayan azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib. Səfir anlaşma memorandumunun yenidən imzalanmasının əhəmiyyətini bildirib.
Ölkəmizin mədəniyyət və tarixi abidələrinin bərpasına səfirliyin ənənəvi dəstəyinin davam etdirilməsi və mədəniyyət sahəsində menecerlərin yetişdirilməsi üçün birgə treninq layihələrinin həyata keçirilməsi, mədəniyyət sahəsində rəqəmsallaşmanın inkişafı ilə bağlı əməkdaşlığın gücləndirilməsi, yaradıcı sənayelərin inkişafı üçün təcrübə mübadiləsinin aparılması ilə bağlı mövcud əməkdaşlığın daha da genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan incəsənət xadimlərinin ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyi, eyni zamanda, ABŞ sənətçilərinin Bakıda keçirilən caz festivallarında çıxış etdiyi diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

