Evdə qal və muzeylərə onlayn səyahət et!
10.04.2020 [12:03]
Azərbaycan Respublikasında yeni növ koronavirus infeksiyasının (COVID - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə görülən tədbirlər mədəniyyət ocaqlarımızı da əhatə edir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər aprelin 29-dək ziyarətçilər üçün bağlanılıb. Buna baxmayaraq, muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanış olmaq imkanı yaradılıb.
Bu məqamda vurğulayaq ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların evdə qalarkən vaxtlarının daha faydalı təşkili məqsədilə növbəti maraqlı layihəyə start veriblər. Gənclər Fondundan "Yeni Azərbaycan" qəzetinə bildiriblər ki, “Evdə qal və evdə öyrən” çağırışı ilə Bakıda yerləşən muzey və sərgi komplekslərinə virtual səyahət formatında olan bu layihə vətəndaşların bu müddət ərzində vaxtlarını daha səmərəli və maraqlı keçirməsinə, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına xidmət edir.
İlk virtual tur Heydər Əliyev Mərkəzində yerləşən muzeyə təşkil edilib
Virtual tur zamanı seyrçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən, dövlətçilik tariximizin mühüm nümunələri olan eksponatlar, videomateriallar, fotoşəkillər və sənədlər nümayiş etdirilib.
Milli İncəsənət Muzeyinin kolleksiyaları ilə evdən çıxmadan tanış olmaq mümkündür
Növbəti virtual səyahət isə incəsənət sahəsində aparıcı muzeylərdən olan Azərbaycan Milli İncəsənət Muzeyinə həsr olunub. Virtual tur zamanı izləyicilərə muzeyin kolleksiyasında qorunub saxlanılan bir sıra nadir eksponatlar nümayiş etdirilir, onlar haqqında ətraflı məlumat verilir.
Muzeydən bildirilib ki, mobil tətbiqetmə həm böyüklər, həm də uşaqlar üçün mövcuddur və 5 dildə - Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində təqdim olunur. O da qeyd olunub ki, Azərbaycan Milli İncəsənət Muzeyi #MuseumFromHome haştaqı ilə onlayn ünsiyyətə köklənib. Beləliklə, muzey yeni rubrikasını təqdim edir. Sənətsevərlər Milli İncəsənət Muzeyində xoş anlarını əbədiləşdirən fotolarını #AMİMvəMƏN #ANMoA&I #artinart haştaqları ilə paylaşa və ya muzeyə göndərə bilərlər. Muzeyin şəkil qalereyasında #AMİMvəMƏN və #artinart haştaqı ilə paylaşılan ən maraqlı fotolar səhifədə post ediləcək. Məqsəd insanları incəsənətə bir addım daha yaxın etmək və muzeyin eksponatlarını geniş auditoriya ilə tanış etməkdir.
Eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyi #ANMoACollection və #ArtoftheDay haştaqları ilə bütün sənətsevərləri muzeyin zəngin kolleksiyasında yer alan incilərlə hər gün daha yaxından tanış olmağa, sənət əsərlərini, günün tablosunu təhlil edərək onların yaranma tarixçəsini öyrənməyə, eləcə də videoçarxlar vasitəsilə korifey rəssamlarımızın bədii dünyasına səyahətə dəvət edir. Beləliklə, onlar hər gün yeni rəssamlar kəşf edəcək, misilsiz sənət nümunələri ilə tanış olacaqlar. Habelə muzeyi onlayn izləməklə “İncəsənəti kəşf et!” (Explore art!) devizi ilə təqdim edilən maarifləndirici viktorinalara qoşulmaq mümkündür.
Azərbaycan Dövlət Rəsm Qalereyası virtual sərgi təşkil edib
Muzeylərlə yanaşı, bir sıra rəsm qalereyalarını da virtual ziyarət etmək imkanı əldə edəcəksiniz. Belə ki, Azərbaycan Dövlət Rəsm Qalereyası da “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində “Evim, gözəl evim” virtual sərgi təşkil edib.
Virtual sərgi müxtəlif texnikada və məişət mövzusunu əhatə edən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarətdir. Sərgidə Adil Hacıyev, Hafiz Zeynalov, Qafar Seyfullayev, İbrahim Rzayev, Məmməd Mustafayev, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Niyaz Nəcəfov, Fuad Qafarov, Cahangir Rüstəmov, Çingiz Fərzəliyev, Ağa Mehdiyev, Fikrət Bağırov, Həsən Haqverdiyev, Faiq Ağayev kimi rəssamların əsərləri yer alır. Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

