Mədəniyyət və incəsənət biznesinin inkişafına dair ictimai müzakirələr aparılıb
28.02.2020 [09:38]
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair ictimai müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, fevralın 27-də Yarat Müasir İncəsənət Mərkəzində Mədəniyyət Nazirliyinin və KOBİA-nın dəstəyi, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilmiş “Mədəniyyət və incəsənət sahələri biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbirdə müzakirələr aparılıb, iştirakçıların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı və mədəniyyət sənayesi ilə bağlı fikirlərini bölüşüb, nazirlik tərəfindən bu sahədə görülən işlər, o cümlədən kreativ sənaye ilə bağlı forumun keçirilməsi, internet səhifəsinin və müxtəlif assosiasiyaların yaradılması, yaradıcı şəxslər arasında müsabiqələrin təşkili barədə məlumat verib, bu sahənin inkişafı istiqamətində tədbirlərin davam edəcəyini qeyd edib.
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, müvafiq sektorun Azərbaycan iqtisadiyyatında dəyər yaratma potensialının geniş olduğunu bildirib. Qeyd olunub ki, qabaqcıl dünya ölkələrində yaradıcı və mədəniyyət sənayelərinin ÜDM-də payı 5 faizdən çoxdur, məşğulluqda da payı kifayət qədərdir. Azərbaycanda isə belə göstəricilər haqqında danışmaq hələ tezdir. Sahibkarları dəstəkləyən, onların maraqlarından çıxış edən KOBİA yaradıcı və mədəniyyət sənayesi sahəsində biznesin inkişafına dair ənənəvi sahələr üzrə dövlət və özəl sektorun təmsil olunduğu İşçi Qrupun yaradılmasını, yaradıcı və mədəniyyət sənayesi sahəsində çalışan KOB-ların dövlət dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirilməsi, bu sahədə biznes assosiasiyanın, yeni təşkilati modellərin, o cümlədən Yaradıcı və Mədəniyyət sənayeləri üzrə Startap Biznes mərkəzlərinin, klasterlərin yaradılması və bunun təşviq edilməsini təklif edir.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilmə məqsədi, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib.
KOBİA-nın idarə heyəti sədrinin müavini Nadir Adilov isə forumda sahibkarlar, mədəniyyət və incəsənət nümayəndələri tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınaraq aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.
Forum çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “www.creative.az” saytına dair təqdimat keçirilib, yaradıcı və mədəniyyət sənayesi sektorunda fəaliyyət göstərən sahibkarlar arasında sorğu keçirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50

