2009-cu il teatrlarımız üçün uğurlu olub
16.01.2010 [08:32]
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov qəzetimizə açıqlamasında ümumiyyətlə, 2009-cu ildə ölkənin mədəni həyatında baş verən hadisələri müsbət qiymətləndirdi: “2009-cu il bizim üçün çox əlamətdar və uğurlu oldu. Əvvəla, ona görə ki, xeyli müddətdir aparılan yenidənqurma işlərindən sonra öz binamızda fəaliyyət göstəririk. ötən il qısa bir müddət ərzində teatrmızda 4 klassik əsərə quruluş verildi. Bunlar böyük dramaturqumuz Cəfər Cabbarlının 110 illiyinə həsr olunan “Aydın” tamaşası, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi, Mirzə Fətəli Axundovun “Hekayəti-xırs quldurbasan” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa və Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti əsasında hazırlanan “Məkkəyə yol” adlı yeni tamaşadır”.
M.Həmidov yaradıcı heyətin qastrol səfərlərindən də danışdı: “2009-cu ilin may-iyun aylarında Kazan şəhərində keçirilən ənənəvi Türkdilli Xalqların IX Beynəlxalq Teatr Festivalında iştirak etdik. Orada Əbdürrəhimbəy Haqverdiyevin “Pəri cadu” tamaşası ilə çıxış etmişdik. Deyim ki, tamaşa nəinki türkdilli xalqların, eyni zamanda, Rusiya teatr ictimaiyyətinin də çox böyük diqqətini çəkdi. Sözügedən festivalda həm TüRKSOY-un, həm də festival təşkilatçılarının xüsusi mükafatlarına layiq görüldük. Bizi sevindirən isə orada Azərbaycan teatrı haqqında olduqca xoş fikirlərin formalaşması idi. Keçən il kollektivimiz üçün həm də ona görə uğurlu sayılır ki, Gəncə şəhərində keçirilən Yeni Teatr respublika festivalında Rəsul Rzanın “Ana qaz” tamaşası ilə iştirak etdik. Bu tamaşa həm münsiflərin, həm də tamaşaçıların marağına səbəb oldu. Ən böyük uğurumuz isə təbii ki, doğma binamıza yenidən qayıtmağımız oldu. Artıq yolu bir dəfə də olsa burdan düşən hər bir kəs Gənc Tamaşaçılar Teatrının binasının tam olaraq müasir standartlara cavab verdiyini bilir. Bu gözəllik isə bizlərə yaratmaq şövqü verir”.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rəhbəri Əliqismət Lalayev də ötən ilin ölkəmizin teatr həyatı üçün bir sıra önəmli hadisələrlə yadda qaldığını dedi. İlk dəfə olaraq Azərbaycan teatrı Musiqili Komediya Teatrının timsalında Beynəlxalq quruma - Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına daxil oldu. Ə.Lalayev teatrda 2009-cu il ərzində 5 yeni tamaşa hazırlandığını, həmçinin, bir tamaşanın yenidən səhnələşdirildiyini bildirdi. Onun sözlərinə görə, teatr son 20 ildə ilk dəfə olaraq Rusiya, Türkiyə, Gürcüstan kimi xarici ölkələrdə qastrol olub. Bundan başqa, bir çox bölgələrimizdə də yaddaqalan görüşlər keçirilib.
“Cəmiyyətin mənəvi tərbiyəsində, xüsusilə də, gənc nəslin yetkin və hərtərəfli insan, vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edən bədii sözün, təsirli musiqinin, ümumilikdə isə, maraqlı səhnə quruluşlarının daha da təkmilləşdirilməsi və genişləndirilməsi üçün görülən tədbirlər bu sahəyə dövlət qayğısından xəbər verir. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə nə qədər böyük önəm verdiyini hamımız minnətdarlıq hissi ilə xatırlayırıq. Bu gözəl ənənə bu gün də yaşamaqdadır. ümummilli liderimizin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin də teatrlara, yaşı əsrlərlə ölçülən bədii irsimizə, musiqi mədəniyyətimizə, ədəbiyyatımıza və mədəniyyətimizə qayğısı gündən-günə artmaqdadır” - deyən Ə.Lalayev “Teatr və teatr fəaliyyəti haqqında” Qanunu və ölkə başçısının ötən il təsdiq etdiyi “Azərbaycan teatr sənəti 2009-2019-cu illərdə Dövlət Proqramı”nı da bu qayğı və diqqətin bariz nümunəsi hesab edir. Onun sözlərinə görə, 2009-cu il 100 illik yubileyini qeyd edən Musiqili Komediya Teatrının da ömür tarixçəsinə yeni, həm də unudulmaz məqamlar, yaddaqalan premyeralarla yazılıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Maqbet Bünyatov da ölkəmizdə mədəniyyət sahəsində görülən işləri yüksək qiymətləndirdi: “Bildiyiniz kimi, ölkə başçısının Sərəncamına uyğun olaraq, teatrımız təmirə dayandırılıb. Bu səbəbdən də fəaliyyətimizi repertuarımıza uyğun şəkildə səyyar tamaşalarla davam etdiririk. Bölgələrlə yanaşı, Türkiyəyə, Rusiyanın bir neçə şəhərlərinə səfər etmişik. ötən il ərzində teatrın daxili imkanları hesabına dörd yeni tamaşa təqdim olunub. Həmçinin, İsmayıl Şıxlının 90 illiyi ilə əlaqədar Bakıda və qastrol səfərlərində olduğumuz bölgələrdə tədbirlər keçirmişik”.
ötən il teatr tərəfindən səhnələşdirilən tamaşalardan söhbət açan M.Bünyatov xatırlatdı ki, bu yaxınlarda yaradıcı heyət Aqata Kristinin müəllifi olduğu və Əsgər Əsgərovun quruluş verdiyi “Tələ” tamaşasını təhvil verib. Daha sonra Hüseyn Cavidin “Şeyda” (quruluşcu rejissor Mərahim Fərzəlibəyov), Əli Əmirlinin “Sevən qadın” (quruluşcu rejissor Bəhram Osmanov), o cümlədən, uşaqlar üçün Vaqif İbrahimoğlunun quruluş verdiyi “Tülkü - tülkü tümbəki” tamaşaları da təhvil verilib. Direktor onu da diqqətə çatdırdı ki, hazırda teatr Türkiyəyə qastrol səfərinə hazırlaşır. Repertuarını zənginləşdirən teatrın Dərbənd şəhərinə səfəri də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxElm
24 İyun 12:27
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14

