Nəsir İmanquliyevin xatirəsinə həsr olunan "Xəbərin rəngi" adlı kitabın təqdimatı keçirilib
23.12.2009 [09:17]
Kitabxananın foyesində görkəmli jurnalist-pedaqoqun həyat və yaradıcılığından bəhs edən kitablar sərgilənib.
Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, “ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşov, jurnalist Zemfira Məhərrəmli, yazıçı-jurnalist Əli İldırımoğlu, Xalq şairləri Zəlimxan Yaqub və Sabir Rüstəmxanlı çıxış edərək görkəmli redaktor-jurnalist, pedaqoq Nəsir İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, mətbuatımızın inkişafındakı xidmətlərindən danışıb, onun yaradıcılığının gənc jurnalistlər üçün böyük örnək olduğunu bildiriblər.
Diqqətə çatdırılıb ki, professor Nəsir İmanquliyev bütün şüurlu həyatını Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. Professor Nəsir İmanquliyevin pedaqoji fəaliyyətindən söz açan natiqlər vurğulayıblar ki, o, yüzlərlə gənc jurnalistə bu peşənin sirlərini dərindən mənimsədib. Ustad yetirmələrini gələcəyin yaxşı qələm sahibləri kimi görmək üçün əlindən gələni əsirgəməyib. Onun pedaqoji ustalığının bir cəhəti də iki kəlmə sözü ilə tələbənin nəyə qadir olduğunu dərhal duyması idi. çox həssas bir insan olan Nəsir İmanquliyev maddi cəhətdən çətinlik çəkən tələbələrə hər zaman qayğı göstərərdi. Nəsir müəllim çox vaxt tədris etdiyi fənnin proqramından kənara çıxaraq, tələbələrə Azərbaycan mətbuatının görkəmli nümayəndələrindən söz açar, milləti, xalqı nadanlıqdan, avamlıqdan, xurafatdan xilas etmək üçün ömürlərini bu mübarizəyə həsr edən yazarların nəcib əməllərindən ürəklə danışardı. ömrünün 30 ilini “Bakı” və “Baku” axşam qəzetlərinin baş redaktoru kimi şərəfli bir işə həsr etmiş Nəsir İmanquliyev bu mətbu orqana gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikirə daha çox yer ayırıb və oxucuları daim yeni informasiya ilə təmin edib. Onun zəhməti sayəsində ərsəyə gələn bu qəzetin səhifələrində paytaxtımızın gözəlliyi, yenilikləri ilə yanaşı, həlli müşkülə çevrilmiş məsələlər də operativ və geniş surətdə işıqlandırılıb.
Bildirilib ki, “Xəbərin rəngi” kitabı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyətlərindən, istedadlı insanların yaratdıqları dəyərli irsdən bəhs edən “Silinməz izlər” seriyasından nəşr olunmuş ikinci kitabdır. Bu seriyanın “Göylər adamı” adlı ilk kitabı görkəmli yazıçı, pedaqoq Mir Cəlal Paşayevə həsr edilib. Bütün iştirakçılara minnətdarlığını bildirən publisist Rəhilə Gülgün vurğulayıb ki, unudulmaz müəlliminə həsr etdiyi “Xəbərin rəngi” kitabında XX əsr Azərbaycan mətbuatı və ictimai fikir tarixində xüsusi yeri olan Nəsir İmanquliyevin həyatından, yaradıcı əməyindən, eyni zamanda, onun çağdaş mətbuatımıza örnək ola biləcək meyarlarından bəhs edilir. “Kür-Araz nəşriyyat evi”ndə yüksək keyfiyyətlə çap edilmiş 224 səhifəlik bu kitabda Nəsir İmanquliyevin ömür yolu bütün çalarları, rəngləri ilə təsvir olunub. R.Gülgün təklif edib ki, Nəsir İmanquliyev adına mükafat təsis edilsin və bu mükafat hər il görkəmli jurnalistin doğum günü - dekabrın 22-də ən yaxşı qələm adamlarına təqdim olunsun. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitab bədii-publisistik üslubda yazılıb.
Xəbər lenti
Hamısına baxSosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40

