“LEYLA. FONS VITAE” poeziya tamaşası maraqla qarşılanıb
01.10.2019 [09:55]
İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “LEYLA. FONS VITAE” poeziya tamaşası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanı izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da olub.
“LEYLA. FONS VITAE” Leyla Əliyevanın və şair və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) iştirakı ilə hazırlanmış ilk tamaşadır.
Fons Vitae (lat.) - həyat mənbəyi deməkdir. Bu termin XI əsr şair və filosofu, o zaman üç din arasında tolerantlıq mərkəzi olan Toledoda yaşamış Solomon ibn Qabirolun mesajıdır. Solomon ərəb dilində yazıb, daha sonra latın dilinə “Fons Vitae” şəklində tərcümə edib.
İmadəddin Nəsimi və Solomon ibn Qabirol fərqli zamanlarda, amma ərəb xilafətinin eyni mədəni məkanında yaşayıblar və poeziyalarında bənzər dini köklər və fəlsəfə əks olunub.
Tamaşanın nümayişindən əvvəl səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədov deyib ki, Leyla Əliyeva və Leyla Bəyimin əsərlərində çox yaxın bağlar var. Onlar da öz sələfləri kimi bütün poetik axtarışlarında kamil insan obrazı yaratmaq, Allahın böyüklüyünü insanda görmək, onda tapmaq istəyirlər. Tamaşada Solomon ibn Qabirol Nəsimi ilə üz-üzə gəlir. Səhnə əsərində hər iki şairin 5 şeirindən istifadə edilib. Bu əsərlər bütövlükdə Nəsimi poeziyasının ruhuna yaxın, həm də festivala bir töhfədir.
Rejissor deyib ki, Leyla Əliyeva və Leyla Bəyimi bir-birinə bağlayan, yaxınlaşdıran ideyadır. Bu ideya vaxtilə Nəsimini Solomonla bağlayıb. Əsrlər keçib, bu ideya yenidən iki söz adamını birləşdirir. Burada əsas ideya İnsandır.
Birinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalından “Qurban” immersiv tamaşası ilə sənətsevərlərə yaxşı tanış olan Leyla Bəyim deyib ki, bizim Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində düşündüyümüz poetik tamaşa ideyası zamanın fövqündə olan şairin tutduğu yolu, onun mənəvi maariflənmə yolunu göstərməkdən ibarətdir.
Solomon ibn Qabirolun poeziyasının ruhu zaman məfhumu altında Nəsimi poeziyasından gecə səmasında parlayan yeni ulduz, sevgi ulduzu kimi keçir. Əsrlər ötür, sərhədlər, dillər dəyişir, lakin poeziya və mənəviyyat dili eynidir... Bu, bizim Leyla Əliyeva ilə gələcək dialoqumuzun rasional toxumudur. Bu dialoq məna etibarilə özümüzün əksidir. Bu, öz daxilimizə nüfuz etmək, işığa aparan “gecə”nin dərinliyinə dalmaqdır.
Sonra tanınmış elm və mədəniyyət xadimlərinin, şeirsevərlərin iştirakı ilə “LEYLA. FONS VITAE” poeziya tamaşası təqdim olunub.
Poeziya tamaşasında iki şairənin şeirləri dialoq şəklində, dram quruluşu müşayiəti ilə söylənilib. İki şairənin poetik deyişməsi simvolik olaraq şairlərin lirik qəhrəmanının mənəvi inkişaf və maariflənməsi yolunu əks etdirir.
Tamaşada Fuad Osmanov Solomon ibn Qabirolun, Oleq Əmirbəyov isə Nəsiminin obrazını canlandırıblar.
Tamaşa bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tamaşanın iştirakçıları və festivalın qonaqları dahi mütəfəkkir və filosofa həsr edilmiş festivalın təşkilinin təkcə ölkənin mədəni həyatı üçün yox, ümumilikdə bütün ictimaiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər. “LEYLA. FONS VITAE” poeziya tamaşasının bənzərsizliyini xüsusi vurğulayan qonaqlar hər iki şairəni təbrik edib və onlara ən xoş arzularını çatdırıblar.
Xəbər lenti
Hamısına baxElm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23

