/ / Şəki Regional Mədəniyyət İdarəsinin rəisi: Xan Sarayı xalqımızın mədəniyyətinin zənginliyini göstərir
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi: Xan Sarayı xalqımızın mədəniyyətinin zənginliyini göstərir
12.07.2019 [09:46]
“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bu qədim diyarın beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan növbəti mühüm addımdır. Təşkilatın bu qərarı son illər ölkəmizdə mədəni irsin qorunması və dünyada tanıdılması istiqamətində aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova bildirib.
Şəkinin tarixən Azərbaycanın mədəni mərkəzlərdən biri olduğunu və bu ənənənin indi də davam etdiyini vurğulayan idarə rəisi deyib: “Qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəki şəhərində çox zəngin tarixi-mədəni irs yaranıb. Şəki bu gün həqiqətən də zəngin tarixinə, mədəni irsinə, özünəməxsus ənənələrinə, tarixi abidələrinə, memarlıq üslubuna sadiq olan şəhərdir. Bu gün Şəki şəhəri orta əsr şəhərlərinə məxsus şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzəri olmayan bir məkandır. Xan Sarayı və digər memarlıq abidələri xalqımızın mədəniyyətinin zənginliyini göstərir. Şəki, eyni zamanda, beynəlxalq tədbirlərin çox yüksək səviyyədə keçirildiyi bir şəhər kimi də tanınır. Hər il bu şəhər beynəlxalq səviyyəli bir neçə festivala ev sahibliyi edir. Onların arasında bu il onuncu dəfə keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalını xüsusilə qeyd etmək olar”.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayının, həmçinin Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən iftixar hissi keçirdiyini vurğulayan Mirvari Zeynalova deyib: “Bu tarixi nailiyyət, əlbəttə ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəni irsimizin qorunması və təbliğinə yönəldilmiş çoxşaxəli fəaliyyətlərinin, maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği işinə göstərdikləri xüsusi diqqət və qayğının sayəsində mümkün olub”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:22
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30

