İsveçrədə Azərbaycan mədəniyyəti günləri
07.11.2009 [10:54]
Məqalənin əvvəlində oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə rəsmi səfərə gəldiyi xatırlanır və elə həmin gün dövlət başçısının İsveçrə Prezidenti Hans-Rudolf Mertslə birgə Berndə dekabrın 6-dək İsveçrənin hər yerində keçiriləcək Azərbaycan mədəniyyəti günlərinin təntənəli açılış mərasimində iştirak etdiyi bildirilir.
Mədəniyyət günlərinin rəngarəngliyinin isveçrəliləri heyrətə saldığı, hər şeyin nəzərə alındığı xüsusi qeyd olunan məqalədə onların Azərbaycanın zəngin klassik (kamera və simfonik), milli (muğam) musiqisi ilə yanaşı, caz, estrada, rəqs incəsənəti, xalça sərgisi və sairlə yaxından tanış olacaqları göstərilib.
Yazıda istedadlı cazmen İsfar Sarabskidən ayrılıqda bəhs olunub, cari ilin yayında Montre şəhərində keçirilən Beynəlxalq Caz Festivalında müvəffəqiyyətli çıxışı xatırlanıb, qarşıdakı konserti barədə oxuculara məlumat verilib.
Noyabrın 10 və 11-də Bazelin caz klubunda tanınmış Azərbaycan musiqiçisi, bəstəkar və pianoçu Salman Qəmbərov və müğənni Fəridə Məmmədovanın, habelə, S.Qəmbərovun rəhbərlik etdiyi “Bakustik-caz” ansamblının çıxış edəcəkləri bildirilib.
Noyabrın 18-də fotoqraf Rəna Əfəndinin sərgisinin keçiriləcəyi ilə bağlı məlumatda azərbaycanlı fotoqrafın Amerikanın “Photo District” jurnalının 2007-ci ildə dünyanın 30 ən yaxşı foroqrafı siyahısına daxil edildiyi, 2006-cı ildə Getti İmages müsabiqəsinin xüsusi mükafatını aldığı, İtaliyada Giacombelli mükafatına layiq görüldüyü, Fransanın Perpian və Bordo şəhərlərində Visa pour l’image 18-ci Beynəlxlaq Fotojurnalist sərgisində fotolarının fərdi şəkildə nümayiş etdirdiyi, onun fotolarının Fransanın, Amerikanın, Yaponiyanın, Rusiyanın və digər ölkələrin müxtəlif mətbu orqanlarında çap edildiyi məqalədə yer alıb.
Yazıda, həmçinin, noyabrın 25-də Usterdə, 29-da isə Berndə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması ilə bağlı seminarın keçiriləcəyi diqqətə çatdırılıb. Poemanın süjetinin Yaxın və Orta Şərqdə, xüsusən də, Azərbaycanda populyar olan tarixi faciəvi sevgidən götürüldüyü, bu poemanın təsiri altında “Romeo və Cülyetta”nın yarandığı, Nizami Gəncəvinin poemasından təsirlənmiş Füzulinin eyniadlı poema yazdığı, dahi bəstəkar üzeyir Hacıbəylinin yaratdığı operada Leyli və Məcnunun ülvi məhəbbətindən bəhs olunduğu məqalədə öz əksini tapıb.
Müəllif tarixi səhvi təkrarlayaraq Nizami Gəncəvini fars şairi kimi qələmə verib.
Məqalədə Azərbaycan mədəniyyəti günlərində “Qarabağ bülbülləri” vokal ansamblının çıxış edəcəyi, xalqımızın keçmiş tarixindən bu günədək populyarlığını itirməmiş aşıq musiqisinin səslənəcəyi, Vinterture şəhərində Bakı Marionetka və Usterdə isə Dövlət Pantomim teatrlarının isveçrəli tamaşaçılar qarşısında çıxış edəcəyi bildirilib. ü.Hacıbəyli adına Dövlət simfonik orkestrinin dekabrın 6-da Bazeldə konserti ilə İsveçrədə Azərbaycan mədəniyyəti günlərinə yekun vurulacağı bəyan edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

