“MUZ TV Azərbaycan”ın peyk yayımına başlaması tamaşaçıya fərqli kanal seçmək imkanı verəcək
04.11.2017 [01:02]
İxtisaslaşmış yeni musiqi kanalının yaranması tamaşaçı sifarişinin və dünya təcrübəsinin ölkəmizdə uğurla tətbiq olunmasının təzahürüdür. “MUZ TV Azərbaycan” bu formatda beynəlxalq standartı yerli televiziya məkanına gətirməklə yanaşı, tamaşaçılara fərqli kanal seçmək imkanı yaradır, efiri daha əyləncəli və maraqlı edir.
2012-ci il mayın 11-də fəaliyyətə internet yayımı ilə başlayan telekanal yarandığı gündən musiqi mədəniyyətimizin təbliğinə xüsusi önəm verir. “Muz-tv.az” saytı vasitəsilə yayımlanan ilk musiqili internet televiziya kanalı kimi o, bir çox yeniliklərə imza atıb.
“MUZ TV Azərbaycan” telekanalının bədii rəhbəri Sədi Məmmədov AZƏRTAC-ın müxbirinə deyib: “Musiqiyə sevgi ilə” devizi altında 5 il ərzində bir dəqiqə belə dayanmadan musiqi mədəniyyətimizi, tariximizi və çağdaş musiqimizi təbliğ etmişik. Yayıma başladığımız ilk gündən tamaşaçıya dünya və yerli musiqi xəzinəsinin incilərini, orijinal layihələri, məxsusi klipləri, canlı reportajları təqdim etmək əsas prioritetimiz olub. “MUZ TV Azərbaycan”ın yeni musiqiçilər nəslinin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar musiqiyə istiqamətləndirilməsi ilə bağlı layihələri bu sırada xüsusi yer tutur”.
Telekanalın bədii rəhbəri qeyd edib ki, indiki dövrdə bir sahə üzrə ixtisaslaşmış, ayrıca kontenti olan televiziyalar daha çox uğur qazanır. Ümumiyyətlə, bir sıra ölkələrdə televiziya keyfiyyətli və nadir məhsul yaradılması ilə məşğuldur. Çünki sonsuz sayda seçim imkanı olan izləyiciyə elə məhsul təqdim edilməlidir ki, o, həm davamlı olsun, həm də tamaşaçını özünə cəlb edə bilsin. Bu baxımdan musiqi kanalları xüsusi önəm daşıyır. İnternet əsrində tamaşaçının irihəcmli televiziya layihələrindən daha lakonik və cəlbedici layihələrə istiqamətlənməsi fonunda musiqili televiziyanın önə çıxması təbiidir.
“Muz-tv.az” saytı vasitəsilə telekanalın verilişləri, eksklüziv süjetləri, musiqiçilər və sənət adamları ilə maraqlı söhbətlərlə tanış olmaq mümkündür. Veb-resursların bol olduğu bir dövrdə yalnız orijinal kontent vasitəsilə oxucuların diqqətini cəlb etmək olar və muz-tv.az saytının özəlliyi də elə bundadır. Resurs həqiqətən məxsusi materialları ilə istifadəçinin diqqətini uzun müddət özündə saxlaya bilir. İnformasiyanın bol olduğu onlayn mediada oxuculara özəl xəbərlər təqdim etmək böyük zəhmət və fəallıq tələb edir. “Muz-tv.az” saytı bu işin öhdəsindən məharətlə gəlir.
“MUZ TV Azərbaycan”ın peyk yayımına başlaması yerli və xarici tamaşaçıya fərqli kanal seçmək imkanı verməklə yanaşı, həm də dünya təcrübəsini, digər ölkələrdə mövcud olan musiqili televiziya formatını Azərbaycana gətirir. Bundan əlavə, məqsəd Azərbaycan milli və müasir musiqisinin dünya arenasına çıxması, təbliği və geniş yayılmasıdır.
Xatırladaq ki, MUZ TV ilə “Azərkosmos” arasında əldə olunmuş razılığa əsasən, kanal oktyabrın 6-dan etibarən “Azerspace-1” peyki vasitəsilə 13975 V/11174,4 H tezliyində yayımlanır.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

