/ / “Mədəniyyətlərarası dialoqun təşviqində innovativ yanaşmaların təbliği” mövzusunda sessiyada geniş müzakirələr aparılıb
“Mədəniyyətlərarası dialoqun təşviqində innovativ yanaşmaların təbliği” mövzusunda sessiyada geniş müzakirələr aparılıb
06.05.2017 [12:43]
Mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən növbəti panel sessiyada “Mədəniyyətlərarası dialoqun təşviqində innovativ yanaşmaların təbliği” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansının proqramlaşdırma koordinatoru Alessandro Girolanın moderatorluğu ilə keçirilən sessiyada “Red Dot Foundation/Safecity” platformasının təsisçisi və icraçı direktoru Elza Maria De Silva mədəniyyətlərarası dialoqun təşviq edilməsinin əhəmiyyətinə toxunub. İctimai yerlərdə cinsi zorakılıq hallarının getdikcə artdığını deyən Elza Maria De Silva bildirib ki, hər bir cəmiyyətdə təhlükəsizlik təmin olunmalıdır. Biz əldə etdiyimiz məlumatlara istinadən həll yollarının araşdırılmasında yardımçı ola bilərik. Məişət zorakılığı, uşaqların cinsi istismara məruz qalması müasir dünyanın üzləşdiyi bəlalardır. Cinsi zorakılığın aradan qaldırılması üçün bu cür platformaların yaradılması olduqca vacibdir. Nəticə etibarilə mənfi halları araşdırmaqla həll yollarını tapmağa çalışmışıq.
“Unistream” təşkilatının marketinq və biznes əməkdaşlığı üzrə direktoru Naama Markoviç İsraildə yaşayan hər bir qrupun, dini qurumların nümayəndələrinin dinc yanaşı yaşadıqlarını qeyd edib. Lakin bəzi ölkələrdə icmaların sülh və dinc yaşamaqdansa mübarizə apardıqlarını söyləyən Naama Markoviç təmsil etdiyi təşkilatın məqsəd və məramı barədə məlumat verib. Əsas hədəflərinin iqtisadi mobilliyi təmin etmək olduğunu diqqətə çatdıran Naama Markoviç deyib: “İnnovasiya proqramına əsasən biz, eyni zamanda, işimizi uğurun tərkib hissəsi kimi dərk edirik. Şirkətlər bizim işimizə töhfə verir. Onlar marketinq və satış ilə bağlı məhsullar hazırlayırlar. Gördüyümüz əsas işlərdən biri sosial təşəbbüslərdir. Biznes liderləri bizim təşəbbüslərimizi mənsub olduqları qurumlarda təşviq edirlər. Bizim təşkilatımız yeniyetmələrin bacarıqlarını təbliğ etməklə məşğuldur. Biz onlarda özünə inamı yaratmağa çalışırıq, gəncləri gələcəkdə doğru addımlar atmağa yönəldirik”.
“Welcoming America” təşkilatının vitse-prezidenti xanım Mahvaş Hassan çıxış edərək immiqrantların, qaçqınların mühitə adaptasiya edilməsinin əhəmiyyətinə toxunub. Yerli sakinlər arasında cəmiyyətin dəyişilməsi ilə bağlı qorxuların mövcudluğundan danışan Mahvaş Hassan “Welcoming America” təşkilatının insanların bir-biri ilə əlaqələndirilməsinə yardım göstərdiyini diqqətə çatdırıb. Mahvaş Hassan sistemli dəyişikliyin tətbiqinin vacibliyini vurğulayaraq deyib: “Bizim işimizə QHT-lərlə yanaşı, dövlət qurumları da yardımlarını göstərməlidir. Mədəniyyətdə dəyişikliklərin baş verməsi uzunmüddətli prosesdir. Həyata keçirdiyimiz məlumatları bir araya gəlməklə paylaşırıq. Bu cür sistemli dəyişikliklərin aparılması önəmli vasitələrdən biridir. Bizim fəaliyyətimiz şəhərlərlə məhdudlaşmır. Biz fəaliyyət dairəmizi genişləndiririk. İnsanlar düşüncələrini daha geniş məcrada inkişaf etdirməlidirlər. Sosial media vasitəsilə bunu etmək heç də asan deyil. Biz çalışırıq inklüzivlik, əhatəlilik məsələlərini ön plana çıxaraq. Cəmiyyətin qorunması bizim müsbət uğurlarımızdan biridir”.
“Give something back to Berlin” layihəsinin təsisçisi Anna Maria Ollson müxtəlif təhsil səviyyəsi olanlar üçün yeni platformaların qurulmasının əhəmiyyətini qeyd edib. Yerli ictimaiyyətlə qarşılıqlı fəaliyyətin təmin edilməsindən danışan Anna Maria Ollson miqrantların, yeni gələnlərin cəmiyyətə töhfə verdiklərini bildirərək deyib: “Hazırda bizim layihə çərçivəsində işləyənlərin sayı gündən-günə artır. Əsas hədəfimiz mövcud layihələrə yeni gələnləri, könüllüləri cəlb etməkdir. Layihəmizdə məqsəd insanların bir-birini başa düşməsini təmin etməkdir”.
“Cultural İnfusion” təşkilatının təsisçisi və baş icraçı direktoru Piter Mousaferiadis təmsil etdiyi qurumun 30 il öncə yarandığını bildirib. Musiqiyə, oyunlara həsr olunmuş broşürlər hazırladıqlarını söyləyən Piter Mousaferiadis təşkil etdikləri festivallar vasitəsilə gənclərin mədəni potensialının gücləndirilməsinə çalışdıqlarını diqqətə çatdırıb. O deyib: “Hər bir bölgə arasında mədəni, dini, milli müxtəliflik parametrlərindən istifadə edirik. 190-dan çox ölkə arasında əlaqə yaratmışıq. Hesabatlarımızda müxtəliflik barədə məlumat əldə etmək mümkündür. İrqi ayrı-seçkiliyin əsas səbəbi cəhalətdir. İnsanların bir-birini təcrübə, əməkdaşlıq vasitəsilə tanımasının müsbət cəhətləri var. Əsas məsələ sosial qarşılıqlı əlaqənin təmin olunmasıdır”.
Sessiyada mövzu ətrafında geniş müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

