Mədəniyyətlərarası dialoqun e-resurslar vasitəsilə təbliği üçün yeni perspektivlər
06.05.2017 [12:42]
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində növbəti panel sessiya “Mədəniyyətlərarası dialoqun e-resurslar vasitəsilə təbliği üçün yeni perspektivlər: UNESCO nəşrləri və e-platformasının istifadəyə verilməsi” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, panel sessiya Abucada UNESCO-nun multisektoral regional ofisində ictimai və humanitar elmlər üzrə proqram mütəxəssisi Huqu Çarnienin moderatorluğu ilə keçib. UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Nashif sessiyanın mövzusu haqqında məlumat verib.
Vurğulanıb ki, təqdim ediləcək veb-saytda (ingilis versiyası: www.muslimarablegacy.net və fransız versiyası: http://www.heritagearabomusulman.net) yerləşdirilmiş akademik material müsəlman-ərəb irsi ilə Qərb dünyası arasındakı əlaqələrdən bəhs edir. Bu veb-sayt hərtərəfli olmaqdan daha çox, “töhfə vermək üçün çağırışlar”dan ibarət təməl daşıdır. “Vikipediya” ilə eyni məzmuna malik olan bu platforma bütün dünyadan məlumat toplayaraq (məzmun baxımından) zənginləşməyə hazırdır və hər kəs üçün əlçatan olan və durmadan inkişaf edən internet səhifəsidir.
Bildirilib ki, onlayn rəqəmsal kitabxana xüsusilə sülh və tolerantlıq dəyərlərinin formalaşdırılmasında ərəb-müsəlman sivilizasiyasının rolunu və bu irsin müasir Avropanın, nəticə etibarı ilə də çağdaş dünyanın inkişafına necə töhfələr verdiyini diqqət mərkəzində saxlayır.
Layihənin icrası vaxtında atılmış çox mühüm addımdır və ziyarətçilərə həm mədəniyyətlər, həm də onların qarşılıqlı asılılığı haqqında dəqiq məlumatlar verir.
Daha sonra UNESCO-nun xoşməramlı səfiri Aleksandra Oçirovanın məruzəsi dinlənilib. UNESCO tərəfindən məşhur elm və mədəniyyət obyektləri haqqında “Qərb dünyasında müsəlman-ərəb mirası” adlı onlayn rəqəmsal kitabxana sistemindən danışan A.Oçirova qeyd edib ki, bu kitabxana Kral Abdullah bin Əbdüləziz adına Beynəlxalq Sülh və Dialoq Mədəniyyəti Proqramı çərçivəsində maliyyələşdirilir. Rəqəmsal kitabxana ərəb-İslam dünyasının elmi, fəlsəfi, ədəbi və bədii antologiyası və onun Qərbin düşüncə və mədəniyyətinin yenilənməsinə töhfəsi əsasında yaradılıb.
Diqqətə çatdırılıb ki, antologiyada 100-dən çox məqalə yer alıb. “İyirmi tanınmış tədqiqatçı tərəfindən hazırlanan mədəniyyətlərarası sorğu kitabçası “Elm və texnologiya - tibb”, “İncəsənət və ədəbiyyat”, “Fəlsəfə”, “Mütəxəssislər” və “Bilik mənbələri” mövzularını əhatə edir. Elmi obyektivliyə əsaslanaraq, sorğu kitabçasında Aralıq dənizinin bütün sahili boyu intensiv qarşılıqlı əlaqələri və bu əlaqələrin Hindistan, fars, ərəb və Afrika ölkələrinə mənsubluğunu təsdiq etməyin zəruriliyinə xüsusi diqqət yetirilir”, - deyə A.Oçirova bildirib.
Paneldə Kanadanın Kvebek əyalətində yerləşən Laval Universitetinin antropologiya departamentinin fəxri professoru Frankin Seylantin, Paris-Saclay Universitetinin mübahisəli məsələlərin təhlili və onların həlli variantları mərkəzinin direktoru Salim El Sayegin, “İnkişaf üçün mədəni transformasiya” təşkilatının beynəlxalq məsləhətçisi Lazaro İsrail panelin mövzusu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini bildiriblər.
Sessiya müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

