Azərbaycan musiqi ruhu Londonun aparıcı caz klublarında
21.07.2016 [09:28]
Bu günlərdə məşhur azərbaycanlı pianoçu Elçin Şirinov Londonun iki caz məkanında - “The Spice of Life” və “The Vortex” klublarında etno-caz musiqi üslubunda konsert proqramı ilə çıxış edib. Ecazkar caz musiqi gecəsi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.
Xalq musiqimizin zəngin ənənəsindən bəhrələnən Elçin Şirinov yeni nəsil Azərbaycan caz musiqiçilərinin nəslindəndir. Onlar post-bop caz musiqisinin elementlərini Azərbaycan xalq musiqisi və klassik musiqisinin üsulları, melodiya və mikrotonları ilə birləşdirir.
TEAS-dan AZƏRTAC-a bildirilib ki, “The Spice of Life” klubunda reallaşan konsertə Elçin Şirinovun ifasına yaxşı bələd olan iki musiqiçi - italiyalı bas gitaraçı Andrea Di Bias və britaniyalı zərb ifaçısı Con Skott də qatılıb. İki ildən artıqdır ki, E.Şirinov onlarla sıx əməkdaşlıq edir. Skottun Azərbaycanın xalq mahnısı “Durna”nı zərb alətlərində məharətli ifa etməsi Elçin Şirinovun çevik improvizasiyası ilə dəstəklənib. O, pianoda tempi daha da artıraraq həyəcanın yüksək dərəcəsinə çatmağa müvəffəq olub.
İfa zamanı Elçin Şirinov həm Skott, həm də Di Biasa mümkün qədər sərbəst şəkildə improvizasiya üçün yer ayırıb. Arxa fonda akkompaniator kimi mükəmməl şəkildə ifanı tamamlayıb, zərurət yarandıqda öz həyəcanlı improvizasiyası ilə ön plana çıxıb.
Gecədə Azərbaycan xalq mahnısı olan “Sarı gəlin” də ifa edilib. Skottun təqdimatındakı əzəmətli və davamlı templə başlayan bu kədərli melodiya bütün auditoriyanı valeh edir və bu Di Biasın empatik reflektiv bas keçidlərinə gətirir. Bu parça əsas melodiyanın zəngin bəzədilmiş variasiyaları və basın müşayiəti ilə yekunlaşdırılır və tam sükutda oturan bütün auditoriyanı sanki ovsunlayır.
Azərbaycan klassik musiqisi üzərində improvizasiya edən Elçin Şirinov yeganə caz pianoçusu olaraq qalır və o, Londondakı konsertini Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”ı öz aranjemanında ifa edir. Sakit tempdə ifa olunan məşhur melodiya Skottun poliritmik zərb ifası ilə dəstəklənir. İfanı yekunlaşdırandan sonra təsirlənmiş auditoriya musiqiçini “bravo” deyərək alqışlayır.
Londonda keçirilən hər iki konsertin yekun nəticələri barədə danışan amerikalı pianoçu Bred Mehldaun deyib ki, Elçin Şirinov trionu idarə etmək üçün çox gözəl hissiyyata malik musiqiçidir. Xüsusilə o, musiqidə piano və bas gitara üçün ayrı-ayrı yerlər tapır, basın çaldığı heç bir kənar hissələri ifa etmir.
Elçin Şirinovun innovativ ifasını və onun gələcək debüt albomu barədə ətraflı məlumatı www.elchinshirinov.com səhifəsindən izləmək olar.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22

