Fransa və Kanadada Azərbaycanla bağlı kitab nəşr edilib
20.07.2016 [09:42]
Fransa və Kanadanın məşhur “Connaissances et Savoirs” nəşriyyatında Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovun “Azərbaycanın neft və qaz ehtiyatları: ölkənin regional enerji mərkəzinə çevrilməsi” adlı kitabı çap olunub.
Kitabda Azərbaycanın qədim dövrlərdən bu günə qədər neft və qaz resurslarının istismarı tarixi və ölkəmizin dünyada ən qədim neft istehsalçısı olduğu qeyd edilib.
Müəllif Azərbaycanın dünya neft sənayesinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Bildirib ki, XIX əsrin ikinci yarısından başlayaraq neft sektorunda həyata keçirilən islahatların nəticəsində Azərbaycanda neft sənayesi sürətlə inkişaf edib və ilk texniki yeniliklər məhz bu ölkədə tətbiq olunub. Azərbaycan yeni Eldoradoya çevrilib. Sovet dövründə neft sənayesinin dövlət inhisarına alınmasına baxmayaraq Azərbaycan neft istehsalında aparıcı rolunu qoruyub saxlayıb.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması və ölkədə sabitliyi bərpa etməsi Azərbaycanın yeni neft bumu yaşamasına imkan verib. Ulu öndərin hazırlayıb uğurla həyata keçirdiyi milli neft strategiyası Azərbaycanın möhkəm özüllər üzərində inkişafını, siyasi və iqtisadi transformasiyasını təmin edib.
Kitabda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verən müəllif Ulu öndərin müasir Azərbaycanın inkişafındakı rolunu xüsusi qeyd edib. O, “Əsrin müqaviləsi”nin imzalanmasını Ulu öndərin daxili və xarici siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirib.
Nəşrdə qeyd edilib ki, Azərbaycan eyni zamanda neft və qaz kəmərlərinin diversifikasiyasını uğurla həyata keçirib. Müəllif Ümummilli lider Heydər Əliyevin bu məsələdə qətiyyət nümayiş etdirdiyini və nəticədə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin reallığa çevrildiyini diqqətə çatdırıb.
Kitabda milli neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, neft və qaz kəmərlərinin çəkilməsi və Azərbaycanın regional enerji mərkəzinə çevrilməsi haqqında məlumat verilib. Müəllif qeyd edib ki, Azərbaycan bu gün regionun aparıcı dövləti kimi həyata keçirdiyi qlobal layihələrlə bölgədə sülhün və əməkdaşlığın inkişafına xüsusi töhfə verir.
Kitabda neft və qaz gəlirlərinin cəmləşdiyi Dövlət Neft Fondunun şəffaf və səmərəli fəaliyyətindən, onun Azərbaycan xalqının sosial rifahının yüksəlməsində rolundan, strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsindən söz açılıb.
Kitabda Xəzər dənizinin hüquqi statusu məsələsinə də toxunulub və sahilyanı dövlətlər arasında imzalanan “Rəşt”, “Gülüstan”, “Türkmənçay”, “Moskva” və “Tehran” müqavilələri təhlil edilib. Bu müqavilələrin ticarət, naviqasiya və balıq ovu məsələlərinə aid olduğu və Xəzərin hüquqi statusunu tənzimləmədiyi bildirilib. Sahilyanı dövlətlərin mövqeyi və arqumentləri təhlil edilib və Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsip və normaları ilə əsaslandırılıb.
Azərbaycanla bağlı zəruri məlumatları geniş oxucu kütləsinə çatdıran bu kitab, eyni zamanda, tələbə, müəllim və tədqiqatçılar üçün əyani vəsaitdir. Nəşr ali məktəblərə dərslik kimi tövsiyə edilir.
Qeyd edək ki, F.Zeynalovun Avropa ölkələrində Azərbaycanın siyasi, iqtisadi inkişafı və tarixi ilə bağlı ingilis və fransız dillərində müxtəlif kitab və məqalələri nəşr edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50

