Azərbaycan Milli Kitabxanası “Açıq kitabxana” layihəsini təqdim edib
16.07.2016 [09:37]
İyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, bu layihəyə əsasən Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında günün 24 saatı ərzində oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan açıq kitabxana - sərbəst mütaliə guşəsi yaradılıb.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu layihə Bakı şəhərinin digər rayonlarında da keçirilməlidir. Artıq bölgələrdə bu istiqamətdə müəyyən işlər görülüb. Görülən işlər deməyə əsas verir ki, kitaba olan maraq artacaq və oxucular bu layihə çərçivəsində istədikləri kitabı oxumaq imkanı əldə edəcəklər.
Diqqətə çatdırılıb ki, “Açıq kitabxana”da “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi də fəaliyyət göstərir. Burada hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və yaşayış yerində mütaliə etmək imkanı yaradılacaqdır. Başqa sözlə desək, bu guşəyə müraciət edən hər bir kəs artıq onun mütaliə etdiyi və ona lazım olmayan kitabların başqa şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradacaqdır.
Nazir deyib ki, insanların asudə vaxtının səmərəli keçirilməsi baxımından reallaşdırılan bu layihənin çox böyük dəyəri vardır.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, “Açıq kitabxana”da, həmçinin açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçiriləcək, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri təşkil olunacaq, onlarla imzalı görüşlər keçiriləcəkdir.
Burada, həmçinin kiçik kitab satışı mərkəzi də yaradılacaqdır. İstənilən müəllif özünün yeni çap olunan kitabını satış üçün bu açıq kitabxanaya təqdim edəcək və müəyyən müddətdən sonra satılan kitablarının dəyərini geri ala biləcəkdir. Bu guşədə Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan istənilən kitabın onlayn sifarişi və oxuculara çatdırılması sistemi də təşkil olunacaqdır. Burada həmçinin uşaq guşəsi, dövri mətbuat bölməsi və milli musiqi guşəsi də təşkil olunacaqdır.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin deputatları Qənirə Paşayeva, Nizami Cəfərov, Hikmət Babaoğlu və başqaları çıxış edərək layihəni yüksək qiymətləndiriblər, bunun insanlar arasında kitaba olan marağı daha da artıracağını söyləyiblər.
Vurğulanıb ki, Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan bu “Açıq kitabxana” oxucularla müəlliflərin, yazıçıların, şairlərin, görkəmli şəxsiyyətlərin görüş yerinə çevriləcək, müəlliflərlə oxucular, kitabla oxucular arasında fəal əlaqələndirmə funksiyasını həyata keçirəcəkdir.
Sonra iştirakçılar “Açıq kitabxana” ilə tanış olub və bir sıra müəlliflərdən imzalı kitablar əldə ediblər.
Xəbər lenti
Hamısına baxElm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23

