“Çanaqqala-1915” oratoriyası Bakıda türkiyəli solistlərin ifasında səslənib
31.10.2015 [09:31]
Bakıda, görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi “Çanaqqala-1915” oratoriyasının türkiyəli solistlərin ifasında təqdimatı ilə yadda qaldı.
AZƏRTAC xəbər verir ki, oktyabrın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan gecədə əvvəlcə iştirakçılar foyedə, görkəmli bəstəkarın əsərlərindən və Çanaqqala savaşından bəhs edən sərgi ilə tanış olublar.
Tədbirdə hökumət üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, bəstəkarın dostları və ailə üzvləri, eləcə də musiqisevərlər iştirak ediblər.
Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət xor kapellasının ifasında səslənən oratoriyada solo partiyaları türkiyəli sənətçilər Perihan Nayir, Nesrin Gönüldağ, Okan Şenozan, Ünüşan Kuloğlu və Tuncay Kurtoğlu ifa ediblər.
Bu oratoriyanı Vasif Adıgözəlov yaradıcılığının zirvəsi saymaq olar. “Çanaqqala-1915” oratoriyası mahiyyətcə rekviyemdir, şəhidlərin ruhuna ithaf edilmiş musiqidir. Bu əsərdə türk əsgərlərinin Vətənə olan sonsuz, tükənməz sevgisi, rəşadəti, yenilməzliyi tərənnüm olunur.
Azərbaycanda qardaş Türkiyənin zəfər savaşı olan Çanaqqala mövzusuna ilk dəfə Vasif Adıgözəlov müraciət edib. Onun “Çanaqqala-1915” oratoriyası türk dünyasında əlamətdar bir hadisə kimi qiymətləndirilir.
İlk dəfə 1996-cı ildə Çanaqqalada səslənən bu oratoriyanın Bakıda yenidən təqdimatı da möhtəşəm alınıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

