“Sülh naminə Daş” xatirə simvolu təqdim olunub
17.10.2015 [13:11]
Yaponiyanın “Sülh naminə Daş Hirosima Assosiasiyası” təşkilatı və Yaponiyanın “Kyodo News” informasiya agentliyi dünyada sülhün təbliği məqsədilə “Sülh naminə Daş” adlı xatirə simvolunu Azərbaycan Respublikasına hədiyyə edib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində bu simvolun təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İkinci Dünya müharibəsindən sonra Yaponiyanın Hirosima şəhərinə atılmış atom bombasının bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu söyləyib.
Nazir diqqətə çatdırıb ki, müxtəlif ictimai təşkilatlar, dövlət orqanları tərəfindən sülhün bərpa olunması naminə layihələr həyata keçirilir. “Sülh naminə Daş Hirosima Assosiasiyası” bu təşkilatlar arasında layiqli yer tutub. 1991-ci ildən bu assosiasiya müxtəlif layihələr reallaşdırır. Assosiasiyanın təşəbbüsü və Yaponiya hökumətinin dəstəyi ilə keçirilən “Sülh naminə Daş” adlı xatirə simvolunun təqdim edilməsi layihəsi bir sıra ölkələri əhatə edir. Faciənin baş verdiyi ərazidən çıxarılan daş lövhələr dünyada sülh çağırışının simvoluna çevrilib.
Nazir ölkəmizin müharibə şəraitində yaşadığını, torpaqlarının 20 faizinin düşmən tapdağı altında olduğunu vurğulayaraq Azərbaycan dövlətinin apardığı siyasətin sülhə yönəldiyini, mövcud münaqişənin sülh yolu ilə həllinə çalışdığını söyləyib.
Ə.Qarayev qeyd edib ki, “Sülh naminə Daş” simvolunun Milli İncəsənət Muzeyinin ekspozisiyasına daxil edilməsi atom faciəsi qurbanlarına hörmət rəmzi olmaqla yanaşı, Azərbaycan-Yaponiya mədəni əlaqələrinin inkişafına yeni töhfədir.
“Sülh naminə Daş Hirosima Assosiasiyası”nın sədri Michio Umemoto nəzərə çatdırıb ki, bu faciədən 70 il ötməsinə baxmayaraq, onun yaratdığı fəsadları hələ də bir çox insanlar öz üzərində daşıyırlar. Hirosima qurbanlarının xatirəsi hər il Yaponiyada dərin hüznlə yad edilir.
Michio Umemoto bu gün təqdim edilən daş lövhənin atom bombasının düşdüyü ərazidən 200 metr aralıdan çıxarıldığını qeyd edərək bildirib ki, simvolu qəbul etməyə razı olduğu üçün başda Prezident İlham Əliyev olmaqla Azərbaycan hökumətinə təşəkkür edirik. Ölkələrin bu simvolu qəbul etməsi ilə hədəf seçdiyimiz sülh çağırışı bir qədər də genişlənir.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi vətəndaşlarımızın Yaponiyaya sevgi ilə yanaşmasının onu çox sevindirdiyini dilə gətirib. O, təqdim edilən simvolun Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərində irəliyə atılan daha bir addım olduğunu vurğulayıb.
Sonra “Sülh naminə Daş” adlı xatirə simvolunun açılışı olub.
Azərbaycan hökuməti adından simvolun sənədini Baş nazirin müavini Elçin Əfəndiyev qəbul edib.
Tədbir iştirakçıları, həmçinin muzeydə Hirosima faciəsini əks etdirən fotosərgi ilə də tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47

