Koreya Respublikasında “Azərbaycan filmləri festivalı” başlayıb
17.10.2015 [13:07]
SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Koreya Respublikasında növbəti layihəyə imza atıb. Belə ki, SEBA Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycan filmləri festivalı” başlayıb.
“Mirospase” kinoteatrında keçirilən festivalın açılış mərasimdə Koreya Fondunun vitse-prezidenti Kim Kvanq Keun çıxış edərək Azərbaycandan gələn qonaqlara xüsusi təşəkkürünü bildirib.
SEBA Assosiasiyası ilə sıx mədəni əməkdaşlıq münasibətlərindən danışan vitse-prezident Azərbaycanda böyük uğurla keçirilmiş “Koreya filmləri festivalı”nın əhəmiyyətini qeyd edib. Bildirib ki, festival çərçivəsində, ümumilikdə Azərbaycanda 14 Koreya filmi nümayiş olunub. Bu isə minlərlə tamaşaçıya Koreya kinematoqrafiyasının dəyərli ekran əsərləri ilə yanaşı, xalqımızın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, məişəti ilə də tanışlıq imkanı qazandırıb.
Sonra SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın “Azərbaycan filmləri festivalı”nın açılış mərasiminin iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubu iştirakçılara assosiasiyanın sədr müavini İrina Zeynalova çatdırıb.
Məktubda SEBA Assosiasiyasının iki ölkə arasındakı mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi layihələrdən söz açılıb. Bildirilib ki, əsas məqsədi gündən-günə inkişaf edən Azərbaycan-Koreya mədəni əlaqələrinə sanballı töhfə verməkdən ibarət olan SEBA-nın həyata keçirdiyi bu layihə də mədəni istiqamətdəki münasibətlərin tarixində yeni mərhələ olacaq.
Açılış mərasimində tanınmış aktyor, Azərbaycanın Xalq artisti Rasim Balayev çıxış edərək festivalın təşkilini yüksək qiymətləndirib, gələcəkdə iki ölkə kinorejissorlarinin birgə filmi çəkmək arzusunu dilə gətirib. Rejissor İlqar Nəcəf isə festivalın təşkilatçılarına minnətdarlıq edib, kino mədəniyyətinin inkişafı və təbliğində bu cür festivalların mühüm rol oynadığını bildirib.
Sonra tədbirdə rejissor İlqar Nəcəfin “Buta” filmi nümayiş etdirilib.
Ümumilikdə, “Azərbaycan filmləri festivalı”nda “Buta” da daxil olmaqla 6 ekran əsəri: Azərbaycan kino sənətinin əvəzsiz incilərindən biri olan “Arşın mal alan” (rejissorlar Rza Təhmasib, Nikolay Leşşenko), “Axınla aşağı” (rejissor Asif Rüstəmov), “Dərvişin qeydləri” (rejissor Eldar Quliyev), “Aktrisa” (rejissor Rövşən İsax) və “Girov” (rejissor Eldar Quliyev) koreyalı sənətsevərlərə təqdim olunacaq.
Qeyd edək ki, festivalın ilk günündə qonaqlara kinorejissor Ayaz Salayevin məşhur “Yarasa” filminin diskləri paylanılıb.
Festivalın açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Əməkdar İncəsənət xadimi Ayaz Salayev də iştirak ediblər.
Azərbaycan Mədəniyyət Fondu, SEBA Assosiasiyası və Koreya Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Koreyadakı səfirliyinin dəstəyi ilə keçirilən festival oktyabrın 18-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06

