/ / Londonda yerləşən Memarlar Birliyi Məktəbi YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə Bakıda praktik məşğələlər keçirəcək
Londonda yerləşən Memarlar Birliyi Məktəbi YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə Bakıda praktik məşğələlər keçirəcək
30.07.2015 [10:03]
Londonda yerləşən Memarlar Birliyi (Architecture Association - AA) Məktəbi avqustun 25-dən sentyabrın 4-dək Bakıda YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə praktik məşğələlər keçirəcək.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, “AA Baku Məktəbi” istedadlı şəxslərin qarşısında açılan, onların öyrənmək və novatorçu təşəbbüslərini nümayiş etdirən gözəl bir imkandır. Bundan əlavə, sözügedən tədbirin iştirakçıları müvafiq tarixlərdə təcrübəli müəllimlər və başqa ölkələrdən gəlib “AA Baku Məktəbi”nə qatılan dinləyicilərlə bilavasitə ünsiyyətdə olacaq və bunun sayəsində dünya miqyaslı təcrübəyə yiyələnəcəklər.
Londonda yerləşən nüfuzlu Memarlar Birliyinə birbaşa aidiyyəti olan “AA Baku Məktəbi” Qafqaz regionunda ilk səyyar məktəb olaraq, Asiya ilə Avropada fəaliyyət göstərən bu cür məktəblər şəbəkəsinə daxildir. Məktəbin işini AA Birliyinin müəllimləri - memarlar Omid Kamvari və Kasper Əks quracaqlar. Onlar Bakının zəngin tarixini, yurdumuzun Qərblə Şərqi birləşdirən yollarda yerləşməsini, ölkə hüdudlarının necə sosial, mədəni və siyasi dəyişikliklərə meydan olduğunu tədqiq edəcəklər. Dinləyicilərə Azərbaycanın özünəməxsus mövqeyini və qonşuları ilə münasibətlərini nəzərə almaqla, ölkəmizin gələcəyini tədqiqat hədəfi kimi ortaya qoyan aktiv bir praktiki məşğələdə iştirak etmək təklif olunacaq.
Həm yerli, həm də qlobal baxımdan Bakının bugünkü və gələcək məkan quruculuğu ideyalarına maraq göstərən və 17 yaşı tamam olmuş şəxslər - istər formalaşan, istərsə də tam formalaşmış memar, rəssam, alim, mühəndis, kurator və yazarlar məktəbə qəbul edilirlər. İştirakçılar lazım olan materiallar ilə təmin ediləcək, yaşayış yeri ilə isə təmin olunmayacaqlar. Dərslər ingilis dilində keçiriləcək.
Bu praktik məşğələ ayrıca hissələrdən təşkil olunaraq, xüsusi obyektlərə ziyarət, model üzərində çalışma, eləcə də müxtəlif material sistemləri və məkan konqlomeratlarına dair mövzular ətrafında debat və müzakirələrdən ibarət olacaq. Praktik məşğələnin sonunda isə dinləyicilər öz işlərini sərgidə nümayiş etdirəcək və məkan barədə ideyaların geniş müzakirəsini keçirəcəklər.
İştirak etmək istəyən şəxslər www.yarat.az saytından müvafiq müraciət blankını endirərək doldurduqdan sonra tərcümeyi-hal (CV) və iştirak etmək marağını bildirən məktubla (bir səhifə həcmində) birlikdə YARAT-a göndərməlidirlər. Yerlər məhdud olduğu üçün toplanan müraciətlər əsasında ən münasib namizədlərin müəyyən edilməsi mərhələsi nəzərdə tutulur. Yalnız uğurlu namizədlərə müvafiq bildiriş göndəriləcək. Müraciət sənədlərini info@yarat.az və ya sayara.h@yarat.az ünvanlarına göndərmək lazımdır. Azərbaycandan müraciət edənlərin iştirak haqqı YARAT Müasir İncəsənət Məkanı tərəfindən ödəniləcək. Avqustun 15-dən sonra göndərilmiş müraciətlərə baxılmayacaq. Əlavə məlumat üçün +994 50 218 06 29 nömrəsinə zəng etmək olar.
“AA Baku Məktəbi”nin proqramı elə bir qlobal və inkişafda olan əməkdaşlıq platformasıdır ki, onun sayəsində AA təlim-tədris yanaşması beynəlxalq pedaqoji elmin ən son nailiyyətlərinə söykənir və dünyanın hər yerinə çatdırılır. Daha ətraflı məlumat aşağıdakı internet ünvanından əldə edilə bilər: http://www.aaschool.ac.uk/STUDY/visitingProgramme.php
“AA Baku Məktəbi”nin müəllimi Omid Kamvari (BA fərqlənmə diplomu, AADipl, AAMsc, PgDip, ARB, RIBA kursunun rəhbəri) Qrinviç universitetində memarlıq ixtisası üzrə təhsili alıb, magistr dərəcəsini Memarlar Birliyində qazanıb. O, “Foster & Partners” şirkətində işləyib. Çoxsaylı layihələr, o cümlədən Bratislavada pərakəndə satış parkı, İtaliyada qarışıq istifadə obyekti, Mərakeşdə kommersiya ofisləri, İtaliyada və Liviyada hotel müəssisələri layihələrini həyata keçirib.
Məktəbin digər müəllimi Kasper Əks danimarkalı memar, dizayner və tədqiqatçıdır. O, Londonda yaşayır. Bakalavr təhsilini Danimarkada yerləşən AAA Memarlıq Məktəbində, magistr dərəcəsini Londonda UCL universiteti nəzdində Bartlett Memarlıq Məktəbində alıb. Kasper Əks hazırda Brüsseldə və Londonda yerləşən LASSA memarlıq şirkətinin ştatdankənar memarıdır. Şirkətin fəaliyyəti mebeldən tutmuş şəhərsalma planlaşdırılmasınadək müxtəlif beynəlxalq sifarişlər və müsabiqələr üzərində qurulub. LASSA-ya keçməzdən öncə Kasper Əks “Asymptote” (Nyu-York), “Marcos” and “Marjan” Ltd. (London) və “MAPT” (Kopenhagen) kimi nüfuzlu memarlıq şirkətlərində işləyib.
Qeyd edək ki, Bakıda yerləşən qeyri-kommersiya təşkilatı olan YARAT gənc rəssam Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. YARAT Azərbaycanda müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə fəaliyyət göstərir, müvafiq sahənin ölkə daxilində və beynəlxalq aləmdə təmsil olunması ilə məşğuldur.
YARAT indiyədək əksəriyyəti Bakıda olmaqla 145-dən artıq layihə həyata keçirib. Təşkilatın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, praktik məşğələlərdən, mühazirələrdən və film nümayişlərindən ibarətdir. 2014-cü ildə YARAT-ın yay məktəbi təşkil olunub, eləcə də yeni binası istifadəyə verilib. Həmin binada rəssam emalatxanaları və “art-rezident” proqramı üçün mənzillər yerləşir. 2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi açılıb. Təşkilatın ilk daimi sərgiləmə yeri olan bu yeni mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı məkandır. YARAT-ın ARTIM proqramı incəsənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini əlaqələndiricilərin diqqətinə çatdırıb sərgilənməsinə imkan yaradır.
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

