/ / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək
14.07.2015 [09:58]
İyulun 14-dən 31-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, milli və caz musiqisinin, ənənə və müasirliyi yaşadan incəsənətimizin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.
Belə ki, Azərbaycan bu il iyulun 14-dən Kannda başlayan ənənəvi Pirotexnika Sənəti Festivalında (Festival d’Art Pyrotechnique) iştirak edəcək. Qeyd edək ki, Azərbaycan bu festivalda 2013-cü ildən təmsil olunur. Builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir. Müsabiqə iyulun 14-də “Bakı Atəşfəşanlıq Qrupu”nun şousu ilə başlayacaq.
“Bakı Atəşfəşanlıq Qrupu”nun şousu Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası, Fikrət Əmirovun “Min bir gecə” baletindən musiqi, “Qarabağ Azərbaycan incisidir” əsəri, Qara Qarayevin “Yeddi gözəl” baletindən musiqi, Tofiq Quliyevin “Qaytağı” əsəri, Müslüm Maqomayevin “Azərbaycan”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, həmçinin “Azərbaycan maralı”, “Sarı gəlin” xalq mahnıları, görkəmli muğam ustası Alim Qasımovun ifasının müşayiəti ilə təqdim olunacaq. Elə həmin gecə Azərbaycanın Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov və onun ansamblının konserti keçiriləcək.
İyulun 15-də isə Kannda, Festivallar Sarayında “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgi açılacaq. Burada Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri-xalça eskizləri, əsasında milli xalça motivlərinin dayandığı modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim olunacaq. İyulun 16-dan ictimaiyyət üçün açıq olacaq sərgi iyulun 31-dək davam edəcək.
İyulun 15-də daha sonra Festivallar Sarayında “Azərbaycan musiqi gecəsi” keçiriləcək. Konsert proqramında tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunacaq.
Mədəniyyət günləri ilə əlaqədar artıq Kann şəhərində Azərbaycanı tərənnüm edən müxtəlif banerlər quraşdırılıb.
Xatırladaq ki, Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin tarixinin, mədəniyyətinin dünyada təqdim olunması məqsədilə müxtəlif ölkələrdə layihələr reallaşdırır. Fransa və onun regionlarında bir sıra tədbirlər həyata keçirən Heydər Əliyev Fondu dünyanın ən seçilən festivallarının təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq üç ildir ki, Azərbaycan mədəniyyəti günləri təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20

