Rəssam Vüsal Rəhim V Beynəlxalq Platonov İncəsənət Festivalında iştirak edib
01.07.2015 [10:10]
Azərbaycanın istedadlı rəssamı Vüsal Rəhim XX əsrin görkəmli rus yazıçılarından olan Andrey Platonovun şərəfinə adlandırılan Beynəlxalq Platonov İncəsənət Festivalının iştirakçısı olub.
YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, Rusiyanın Voronej şəhərində beşinci dəfədir keçirilən bu festival son beş ildə bölgənin başlıca mədəniyyət layihəsinə çevrilib.
Festival tamaşaçılara incəsənət aləminin müxtəlif istiqamətlərində mühüm yaradıcılıq nailiyyətlərinin iştirakçısı olmaq imkanı verir və məqsədi Voroneji Rusiya mədəniyyətinin liderlərindən biri qismində təsdiq etməkdən ibarətdir. Platonov festivalı hər il “Musiqi”, “Teatr”, “Təsviri incəsənət” və “Ədəbiyyat” istiqamətlərində keçirilir. İndiyədək bu festivalda müasir dövrümüzün görkəmli musiqiçiləri, rəssamları və ədəbiyyatçıları iştirak ediblər. Keçən il festivalın “Dünya musiqisi” bölməsində xalq artisti Alim Qasımov da çıxış edib.
Platonov festivalının vizual proqramı MDB ölkələrindən olan rəssamların yaratdıqları əsərlər şəklində sərgi salonlarından küçələrə, minlərlə insanların görüşünə çıxır. Qədim ayinlər, ənənələr mövzularına və mənsub olduğu xalqın tarixinə müraciət edən rəssamlar tamaşaçıların diqqətini müxtəlif sivilizasiyaların kəsişmə nöqtələrinə və mədəni abidələrə qayğıkeş münasibətin zəruriliyinə yönəldirlər.
Vüsal Rəhim yaradıcılığında qədim bütlər və şamançılıq mövzusu ilə daim eksperiment aparır. Onun festival çərçivəsində həyata keçirmək üçün təklif etdiyi konsepsiya açıq havada “Kainat” adlı sənətkarlıq nümunəsindən, habelə “Od qadını” incəsənət predmetindən ibarət olub. “Kainat” əsərinin təqdim olunmasının əsas məqsədi diametri mərkəzə doğru kiçilən çevrələrin tam mərkəzində mövqe tutmuş rəssamın qırmızı və sarı gildən yaratdığı qadın, kişi və heyvan kimi heykəltəraşlıq nümunələrini nümayiş etdirməkdən ibarətdir.
Müəllifin qeyd etdiyi kimi, “bu heykəltəraşlıq nümunələri üçün başlıca prototip rolunu təkcə Azərbaycanın müxtəlif bölgələrində deyil, həm də dünyanın bütün bölgələrində müxtəlif vaxtlarda tapılmış qədim bütlər oynayır. Dairələr üçün seçilmiş oxra rəngi onun semantikası ilə əlaqədardır. Oxra hər şeyin başlanğıcı olan yeri və torpağı təcəssüm etdirir. Rəssam isə yüksək başlanğıc, təmizlik və yaradılış qüvvəsi kimi bəyaz geyimdə olmalıdır”.
Vüsal Rəhim əcdadların irsi mövzusunu yenidən işləyərək, dini qadın fiqurlarını incəsənət nümunələrində təcəssüm etdirir. O, fiqurları ənənəvi xalçaçılıq sənətinin naxışları və kompozisiyaları ilə bəzəyir. Azərbaycan xalçaları Şərq xalçaçılıq sənətinin bir şaxəsini təşkil edir. Qadın, onun obrazı ətrafındakı sitayiş mövzusu da Azərbaycanda qədim tarixə malikdir və məhsuldarlıqla assosiasiya olunur. Rəssam “Od qadını” əsərində Azərbaycan xalqının mədəniyyətinin mahiyyətcə müxtəlif olan bu cəhətlərini müasir incəsənət kontekstində maksimum dərəcədə qabarda bilib.
Vüsal Rəhim 1987-ci ildə Gəncədə doğulub. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Gənc rəssam Azərbaycanda və xaricdə çoxsaylı sərgilərin və layihələrin iştirakçısıdır. 2013-cü ildə onun YAY Qalereyasında “Qara qadın” adlı fərdi, 2015-ci ildə isə ABŞ-da “Duet” Qalereyasında amerikalı xanım həmkarı ilə birgə sərgisi açılıb.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17

