Respublika Muğam Müsabiqəsi öz işinə başladı
06.03.2009 [10:03]
Birinci Beynəlxalq Muğam Festivalında iştirak edəcək gənc ifaçıların I Respublika Muğam Müsabiqəsi öz işinə başlayıb. Dünən Abdulla Şaiq adına Uşaq Kukla Teatrında müsabiqənin açılış mərasimi keçirilib. Açılışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə təhsil naziri Misir Mərdanov da iştirak edib.
çıxışında I Beynəlxalq Muğam Festivalının keçirilməsini yüksək qiymətləndirən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkəmiz layihənin təşkilatçısı olaraq müsabiqəyə ciddi şəkildə hazırlaşır. Yarışmaya 100-dən artıq iştirakçının sənəd təqdim etdiyini diqqətə çatdıran M.Mərdanov onlar arasından cəmi 27 ifaçının seçildiyini bildirib. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə öz növbəsində vurğulayıb ki, həyata keçirilməkdə olan festival Azərbaycan xalq sənətinin inkişafı üçün olduqca dəyərli bir layihədir. Muğam sənətinin yeni dövrə qədəm basdığını deyən nazir bildirib ki, məhz YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti muğam dövrünü yaşayır. Ə.Qarayev onu da diqqətə çatdırıb ki, sözügedən müsabiqə “Muğam aləmi” adı altında reallaşacaq.
Sonda müsabiqədə iştirak edəcəyi nəzərdə tutulan ifaçıların püşkatması keçirilib. Qeyd edək ki, öncədən yarışmada 27 gəncin iştirakı nəzərdə tutulsa da, onlardan 24-ü müsabiqənin püşkatmasına qatılıb. Belə ki, üç muğam ifaçısı Abgül Mirzəliyev, Güldanə Cavadzadə və Rəvanə Ərəbova püşkatmaya qatılmadıqları üçün münsiflər heyətinin qərarına əsasən müsabiqədən kənarlaşdırılıb. Sona qalan dörd iştirakçı festivalda iştirak etmək hüququ qazanacaq ki, onlar da Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Siyavuş Kərimi, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Zöhrabov və Azərbaycan Mədəniyyət Dostları Fondunun nümayəndəsi İbrahim Quliyevin təmsil olunduğu münsiflər heyəti tərəfindən seçiləcək. Qeyd edək ki, mart ayının 17-dən başlanacaq I Beynəlxalq Muğam Festivalı martın 25-dək davam edəcək.
TURANƏ
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45

