/ / “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” və “Laçın-virtual səyahət” filmlərinin təqdimatı keçirilib
“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” və “Laçın-virtual səyahət” filmlərinin təqdimatı keçirilib
02.05.2015 [09:40]
Aprelin 30-da Bakıda “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın-virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimatı olub. Hər iki film Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri, gənclər təşkilatlarının və QHT-lərin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək filmlər barədə ətraflı məlumat verib. Bildirilib ki, əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, işğal altındakı ərazilərimizin füsunkar təbiəti, tarixi və maddi-mədəniyyət abidələri haqqında gənclərimizi məlumatlandırmaqdır. “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” filminin çəkilişində məqsəd Azərbaycan ərazisində mövcud olan bu qədim dövlət haqqında həqiqətlərin Ermənistanın elmi dairələri və erməni diasporu tərəfindən saxtalaşdırılmasının qarşısını almaq, əsl reallıqları, tarixi faktları dünya ictimaiyyətinə çatdırmaqdır.
Sonra hər iki film nümayiş etdirilib.
Azərbaycan və ingilis dillərində hazırlanan “Laçın - virtual səyahət” filmində bu rayonun tarixi-mədəni abidələri, füsunkar təbiəti, görməli yerləri ətraflı təqdim edilir. Əsərdə Laçın rayonuna virtual səyahətə çıxan tamaşaçı Məşədi Mehralı körpüsü, orta əsrlərə aid Məlik Əjdər türbəsi, Kar kümbəz, Mağara qalası, Sultanbud türbəsi, V-VI əsrlərə aid Ağoğlan məbədi və s. abidələrlə tanış olur.
“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filmində isə britaniyalı tədqiqatçı Nigel Hetherinqton bu qədim dövlətin tarixi, əhalisi, dini məbədləri, yazıları, maddi-mənəvi izləri barədə tarixi sənədlər və faktlar əsasında ətraflı məlumat verir. Yerli və xarici yaradıcı heyətin iştirakı ilə ərsəyə gələn əsər bu mövzuda xarici auditoriya üçün nəzərdə tutulan ilk sənədli filmdir. Filmdə yerli və əcnəbi tədqiqatçılar ekspert qismində iştirak ediblər. Filmin ideya müəllifi və rəhbəri Nurəddin Mehdiyevdir.
Tədbirdə, həmçinin “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən rəsmi internet səhifəsinin (www.virtualkarabakh.az) türk və fransız dillərində yeni versiyaları da təqdim olunub. Qeyd edilib ki, bu da ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında yeni imkanlar açır.
Filmlərin nümayişindən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək tarixən tolerantlığın və multikulturalizmin beşiyi olan ölkəmizlə bağlı həqiqətlərin, Azərbaycanın bu sahədə zəngin təcrübəsinin, eləcə də tarixi və mədəni irsimizin gənclərimiz tərəfindən dünya ictimaiyyətinə çatdırılması baxımından filmin əhəmiyyətini yüksək qiymətləndirib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Virtual Qarabağ” Mərkəzinin fəaliyyətə başladığı üç il ərzində həyata keçirdiyi tədbirlər, elmi və tarixi faktlar əsasında hazırladığı filmlərlə saxta erməni təbliğatına tutarlı cavab verildiyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayev də çıxışında bu filmlərin tariximizin mühüm səhifələrinə işıq saldığını diqqətə çatdırıb, bu sahədə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov tədbirdə çıxış edərək filmlərin uğurla ərsəyə gəlməsində əməyi olan qurumlara və şəxslərə təşəkkürünü çatdırıb. Prezident Administrasiyasının rəsmisi hər iki filmin Azərbaycan tarixinin, mədəniyyətinin, o cümlədən qədim abidələrimizin təbliğinə mühüm töhfə verəcəyini söyləyib.
Tahir Süleymanov gənc müstəqil ölkə olan Azərbaycanın dövlətçilik tarixinin bir neçə minilliyə qədər uzandığını vurğulayaq, ölkəmizin ərazisində mövcud olan dövlətlərdən bəhs edib. Diqqətə çatdırıb ki, eramızdan əvvəl IV əsrdə tarixi Azərbaycan torpaqlarında - cənubda Atropatena, şimalda isə Albaniya dövlətləri yaradılıb. Qafqaz Albaniyasının tərkibinə Dağıstanın cənub, Ermənistanın böyük hissəsi, o cümlədən Göyçə və Zəngəzur mahalları daxil idi.
Administrasiya rəsmisi Qafqaz Albaniyasında yaşayan tayfaların yaratdığı maddi-mədəniyyət abidələrinin, zəngin tarixi və mənəvi irsin uğurla təbliği baxımından filmin əhəmiyyətini yüksək qiymətləndirib, yaradıcı heyətə təbriklərini bildirib.
GİN-in dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi 7 gənclər təşkilatının tərəfdaşlığı ilə həyata keçirilir. Mərkəzin ötən il “Qarabağa virtual səyahət” silsiləsindən təqdim etdiyi “Şuşa - virtual səyahət” 3D qrafik təsvirli filmi ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

