Parisdə Azərbaycan kinoları nümayiş etdirilib
14.04.2015 [09:56]
Parisdə, “L’Entrepot” kinoteatrında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin təşkilatçılığı ilə “Europe by Europe Film Festivalı”nın 10 illiyi çərçivəsində Azərbaycan kinosuna həsr olunan gecə keçirilib.
TEAS-dan AZƏRTAC-a bildiriblər ki, kinosevərlər dörd qısametrajlı filmə baxıblar. Tomas Qoltzun “Ofsayd”, Teymur Hacıyevin “Yara”, Sergey Pikalovun “Sonuncu”, Elmar İmanov və Engin Kundağın “Torn” filmləri parisli kinosevərlər tərəfindən maraqla qarşılanıb. Tamaşaçılar arasında Macarıstan və İspaniya kinorejissorları da olub. Azərbaycanlı rejissorların qısametrajlı filmləri festival üçün seçilib.
Tədbirdə çıxış edən festivalın direktoru İrena Biliç artıq dörd il ərzində ardıcıl olaraq Azərbaycan filmlərinin təqdimatını keçirməkdən məmnunluğunu bildirib. O deyib: “İlk növbədə bu əməkdaşlıq bizə Azərbaycan kimi ölkəni kinematoqrafiya vasitəsilə kəşf etməyə imkan yaradır. Əməkdaşlıq etdiyimiz dörd il ərzində biz səkkiz film təqdim etmişik. Onlardan dördü ilə siz bu gecə tanış olacaqsınız. Bu dövr ərzində Azərbaycanın kino sənayesinin dirçəlişinin şahidi oldum və burada yeni yaranan sənətkarlar nəslinin yaradıcılığını misal kimi göstərmək istərdim”.
Bu il festival üçün seçilmiş filmlər Azərbaycan cəmiyyətinin müxtəlif tərəflərindən bəhs edir. “Ofsayd” filmi Qarabağın “Ağdam” futbol komandasından bəhs edir və bildirilir ki, bu komanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz oyunlarını işğal altında olan şəhərindən kənarda keçirmək məcburiyyətində qalıb.
“Yara” filmi Azərbaycanın sovet hakimiyyəti dövründə yaşayan yaşlı nəsli və Qərb həyat tərzinə keçidi başa vurmuş gənc nəsil arasında olan boşluğu nümayiş etdirir. “Sonuncu” adlı film isə nəsillər arasında mövcud olan boşluğu daha çox metafizik və bədii formada göstərməyə çalışıb.
Sonuncu “Torn” filmində isə bir ailənin həyatından bəhs edilir. Bu sosial mövzu gənc istedadlı aktyor Mir-Mövsüm Mirzəzadə tərəfindən bacarıqla interpretasiya edilib.
Xatırladaq ki, “Torn” və “Sonuncu” filmləri ötən il Kann Film Festivalında qısametrajlı film kateqoriyasında rəsmi olaraq seçilib.
Nümayişdən sonra auditoriya və rejissorlar - Elmar İmanov, Teymur Hacıyev və Engin Kundağ arasında debatlar aparılıb. Rejissorlar filmlərini necə ərsəyə gətirdikləri, məkan və aktyor seçimi, Azərbaycanda kino sənayesinin hazırkı vəziyyəti və gələcək planlar barədə sualları cavablandırıblar.
Xəbər lenti
Hamısına baxElm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23

