/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisi ilə tanış olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisi ilə tanış olub
26.12.2014 [09:51]
Dekabrın 25-də Heydər Əliyev Mərkəzinin parkında “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
AzərTAc xəbər verir ki, Leyla Əliyevaya sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verilib.
Bildirilib ki, sərgidə Yeni ilin rəmzi olan küknar ağacları və oyuncaqları fərqli tərtibatda - müasir incəsənət üslubunda təqdim olunur. Parkda ümumilikdə 30 küknar nümayiş etdirilir. Onlardan 12-si bu sərgi üçün hazırlanmış yeni əsərlərdir. Müəlliflərdən 9-u yerli, 3-ü isə digər ölkələrin - Yaponiya, Sloveniya və Özbəkistan təmsilçiləridir. Sərgidə tanınmış rəssam, heykəltəraş və illüstratorlarla yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri də iştirak edirlər. Əsərlərdən biri isə IDEA İctimai Birliyinə aiddir.
Sərgidə, həmçinin 2013-cü ildə Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisi və müsabiqəsində iştirak etmiş 18 əsər də nümayiş olunur.
Qeyd edək ki, Mərkəzin ötən il ilk dəfə reallaşdırdığı bu layihə çərçivəsində sərgi ilə yanaşı, müsabiqə də keçirilib və tədbir iştirakçılarının səsverməsi nəticəsində üç küknarın müəllifi mükafatlandırılıb.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin 2013-cü ildə Yeni il və 2014-cü ildə Novruz bayramları ərəfəsində təşkil etdiyi “KÜKNAR” və “SƏMƏNİ” layihələri mədəniyyət və müasir incəsənətin inkişafına töhfə vermək, adət-ənənələri yaşatmaq, eləcə də izləyicilərdə bayram ovqatı yaratmaq məqsədi daşıyır.
Builki sərginin açılış mərasiminin daha bir maraqlı məqamı Heydər Əliyev Mərkəzinin parkına gənclərin gəlişi olub. Bu coşqun gənclər öz qüvvələrini sanki gündüz bu məkana saçılan günəşin şüalarından, eyni zamanda, dekabr küləyindən alırdılar. Onlar rəngarəng musiqi nömrələrinin sədaları altında rəqslər edir, sərgilənən əsərlər ətrafında fotoşəkillər çəkdirir, fikirlərini bölüşürdülər. Əlbəttə ki, isti qəhvənin, dadlı şirələrin də öz yeri var idi. Gənclərin enerjisi, ruh yüksəkliyi sərginin açılışını əsl bayrama çevirdi. Yeni il əhval-ruhiyyəsi bu möhtəşəm məkanın hər bir guşəsində duyulurdu.
Yeni il hər kəsin - uşaqların və böyüklərin ən çox sevdiyi, bütün il boyu gözlədiyi bayramlardan biridir. Bu bayram özlüyündə hər kəsə xoşbəxt gələcək ümidi və arzuların həyata keçəcəyinə inam bəxş edir. Yeni ilin rəmzlərindən biri olan bəzədilmiş küknar ağacı isə həm də bu arzuların əbədiyaşarlığını ifadə edir. İnsanların Yeni il ağacının dövrəsində şənlənməsi bir növ xoş gələcəyə bəslənən arzular ətrafında birləşmənin əlamətidir.
Sərginin rəsmi açılış mərasiminə Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizdə olan tanınmış incəsənət xadimləri Pyer Şeremetyev, Huquet Şeremetyeva və Kolett Tolstoy da gəliblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqlarla görüşərək, sənət əsərlərinə birgə baxıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin Mərkəzin parkında istifadəyə verilmiş yeni kafe ilə də tanış olub.
Sonda sərgiyə toplaşanlarla birgə xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkında təşkil edilən sərgiyə giriş sərbəstdir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

