Qırğız Respublikasında Azərbaycan Musiqisi Günü keçirilib
18.10.2014 [10:56]
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin dəstəyi ilə oktyabrın 15-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycan Musiqisi Günü keçirilib. Qırğız Respublikasının hökumət üzvlərinin, xarici dövlətlərin bu ölkədəki səfirlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli ziyalıların, həmçinin, Qırğız ictimaiyyətin nümayəndələrinin də iştirak etdiyi tədbiri A.Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının direktoru Timur Salamatov açaraq Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Sonra çıxış edən Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini, stats-sekretar Akimbek Tekeşov növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinin təşkili üçün Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucova təşəkkür edərək, iki ölkə arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə ona Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin fəxri medalını təqdim edib.
Tədbirdə çıxış edən səfir Hidayət Orucov mükafatın onun üçün gözlənilməz olduğunu və bunun üçün dərin təşəkkürünü bildirib. Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir: “Son zamanlarda həm Azərbaycanda, həm də Qırğızıstanda bir çox birgə maraqlı humanitar tədbirlər keçirilməkdədir. Belə tədbirlərin keçirilməsi qardaş xalqları daha da yaxınlaşdırır. Bu axşam baxacağımız “Arşın mal alan” operettası həm yaşlı, həm də cavan nəsil arasında çox sevilir, çünki o bütün nəsillər üçün yaranmış unudulmaz bir incidir”.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli 101 il bundan əvvəl - 1903-cü ildə hələ Peterburq konservatoriyasının tələbəsi olarkən “Arşın mal alan” operettasını yazıb və elə həmin ildə də bu operetta Bakıda Zeynalabdin Tağıyev adına teatrda səhnəyə qoyulub. Bu əsər 76 ölkənin 187 teatrında səhnəyə qoyulub. Onun əsasında hələ 1945-ci ildə çəkilmiş film isə 136 ölkədə göstərilib. Üzeyir Hacıbəyli bütün müsəlman Şərqində ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisidir. Üzeyir Hacıbəyli 1908-ci ilin 25 yanvarında Azərbaycan milli opera sənətinin ilk nümunəsi kimi tarixə düşən “Leyli və Məcnun”u səhnələşdirilib.
Səfir görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini həmişə öz repertuarına daxil etdiyi və bu gün “Arşın mal alan” operettasını tamaşaya hazırladığı üçün Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının kollektivinə dərin təşəkkürünü bildirib.
Sonra Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerası keçirilib.
Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru - Qırğız Respublikasının Xalq artisti Jumakadır Kanimetov, quruluşçu-rejissoru - Əməkdar artist Sapar İsmailov, quruluşçu-baletmeysteri - Berdalı Pomankulov, quruluşçu-xormeysteri - Karaqul Tilençiyevdir. Əsərin liberettosunun tərcüməçisi - Uzakbay Abdukaimovdur.
“Arşın mal alan” operettasının ifaçıları istedadlı gənc qırğız vokalçılardır.
Gülçöhrə rolunda - Gülnur Niyazbayeva, Əskər rolunda - Stalbek Junuşaliyev, Süleyman rolunda - Nurciqit Asanov, Sultan bəy rolunda - Qırğız Respublikasının Əməkdar artisti Kayınbek Kuskakov, Asya rolunda - Kunduz Karıppayeva, Telli rolunda - Salıyma Mamatova, Vəli rolunda - Almazbek İstambayev çıxış ediblər.
Tamaşanı teatrın xoru və simfonik orkestri müşahidə edib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

